Məhkəmə qərarları › İş №2(025)-1/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1/2020

17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1/2020 17.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı X5 nümayəndəsi X3 və Cavabdeh1 iştirakları ilə, İddiaçı X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı X9 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 6.581,86 ABŞ dolları məbləğində əsas borcu, 766,51 ABŞ dolları faiz borcu və 1.205,07 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 8.553,44 ABŞ dolları kredit borcu, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka pıedimetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün dövlət büdcəsinə ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının İddiaçı QSC-nin xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi xx xxxxxx 2014-cii il tarixli 007M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən, 0.42 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh2 xüsusi mülkiyyətində olan 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin İddiaçı QSC-nin xeyrinə ödənilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutulması, Qəbələ rayonu Bum qəsəbəsində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.42 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh2 xüsusi mülkiyyətində olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 həmin əmlakdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2018-ci il tarixdə İddiaçı X5 nümayəndəsi Cümşüd Qədirov iddia ərizəsinin həcminin artırılmasına dair ərizə təqdim edərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə kredit razılaşması üzrə 6581,86 ABŞ dolları məbləğində kredit borcu, 4477.58 ABŞ dolları məbləğində faiz borcu və 6699.64 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 17759.08 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; Tələbin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan Qəbələ rayonu Bum kəndində yerləşən 0,42 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh2 xüsusi mülkiyyətində olan 2 mərtəbəli, 3 otaqlı, 83 m2 yaşayış, 212,4 m2 yardımçı, 295,7 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsinə, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və 17759.08 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada tutulması; Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan Qəbələ rayonu Bum kəndində yerləşən 0,42 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh2 xüsusi mülkiyyətində olan 2 mərtəbəli, 3 otaqlı, 83 m2 yaşayış, 212,4 m2 yardımçı, 295,7 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmələrinə, onların həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmalarına, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı X5 nümayəndəsi HəsənovMəhərrəmRasimoğluiddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə kredit razılaşması üzrə 3125,20 ABŞ dolları məbləğində kredit borcu, 1084.96 ABŞ dolları məbləğində faiz borcu və 414.71 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 4624.87 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; Tələbin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan Qəbələ rayonu Bum kəndində yerləşən 0,42 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh2 xüsusi mülkiyyətində olan 2 mərtəbəli, 3 otaqlı, 83 m2 yaşayış, 212,4 m2 yardımçı, 295,7 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsinə, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və 17759.08 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada tutulması; Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan Qəbələ rayonu Bum kəndində yerləşən 0,42 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh2 xüsusi mülkiyyətində olan 2 mərtəbəli, 3 otaqlı, 83 m2 yaşayış, 212,4 m2 yardımçı, 295,7 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmələrinə, onların həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmalarına, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)-1/2020 saylı qərardadı ilə Cavabdeh2 vəfat etdiyindən onun arvadı, eyni zamanda iş üzrə Cavabdeh1 prosessual hüquq varisi qismində tanınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 007L**********76 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 qızma İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 007R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 (səkkiz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış xx.xx.2015- ci il tarixli sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, borclu götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 kredit razılaşması üzrə götürdüyü kredit borcundan 1418,14 ABŞ dolları ödəmiş, onun 6581,86 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri qaytarmadığı üçün xx.xx.2016-cı il tarixə 162 gün üçün hesablanmış faiz borcu 766,51 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kreditin qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2016-cı il tarixə 162 gün üçün hesablanmış cərimə 1205,07 ABŞ dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər-ipoteka verənlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bank ilə bağladıqları xx.xx.2014-cü il tarixli 007M**********01 saylı ipoteka müqaviləsi (Qəbələ rayon xüsusi notariusu Alxasov E.S. tərəfindən təsdiq edilib) əsasında Qəbələ rayonu Bum kəndində ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus olan 0,42 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus 2 mərtəbəli, 3 otaqlı, 83 m2 yaşayış, 212,4 m2 yardımçı, 295,7 m2 ümumi sahədən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən 20 №-li reyestr kitabının 47 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Qəbələ rayonu Bum kəndində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan 0,42 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh2 xüsusi mülkiyyətində olan 2 mərtəbəli, 3 otaqlı, 83 m2 yaşayış, 212,4 m2 yardımçı, 295,7 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC cavabdehlər-ipoteka verənlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq xx.xx.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilmiş, sonuncular tərəfindən xx.xx.2016-cı il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər xx.xx.2016-cı tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişlərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Qəbələ Rayon İcra Hakimiyyəti Bum qəsəbə inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 977 saylı arayışına əsasən əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 83 kv.m yaşayış, 212,4 kv.m yardımçı, 295,7 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evində qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh3, həmçinin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh5 həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi İddiaçı X7 ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notarjat kontoruna ərizələr təqdim edərək həmin fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin fərdi yaşayış evini və torpaq sahəsini qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Məhkəmə iclasında iştirak edən İddiaçı X5 nümayəndəsi X6 iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək göstərdi ki, onunla İddiaçı X5 arasında bağlanmış kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Bir müddət ödənişləri etsə də, sonradan maddi imkanı aşağı olduğundan ödənişlərini dayandırmaq məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın qismən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə baxışı iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2014-cü il tarixli 007L**********76 saylı uzun müddətli kredit müqaviləsindən görünür ki, İddiaçı X9 tərəfindənCavabdeh1 200.000 ABŞ dolları məbləğində 120 ay müddətinə kredit limiti ayrılmışdır. İşdə olan ölüm haqqında arayışdan görünür ki, Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli 007R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı X9 tərəfindən Cavabdeh1 8000 ABŞ dolları məbləğində aylıq 2 faiz hesablanmaqla 36 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 007S**********1 və 007S**********2 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 xx.xx.2014-cü il tarixli 007R********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İşdə olan «Ödəniş cədvəli»nin surətindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit vəsaitini hər ay 248 manat məbləğində, sonuncu ay isə 250,75 manat məbləğində ödənişlər etməklə 43 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 007R********** kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 3125 ABŞ dolları 20 sent əsas borc, 1084 ABŞ dolları 96 sent faiz, 414 ABŞ dolları 71 sent cərimə olmaqla, cəmi 4624 ABŞ dolları 87 sent borcunun olması göstərilmişdir. İşdə olan ölüm haqqında arayışdan görünür ki, Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdeh X4 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. İşdə olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli 07M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 2 mərətəbəli 3 otaqlı, 295.7 kv.m ümumi, 83 kv.m yaşayış, 212.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,42 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 2.4-cü bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 15.000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı (reyestr nömrəsi – **********29-10301; qeydiyyat nömrəsi – **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0.42 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı (reyestr nömrəsi – **********29-10301; qeydiyyat nömrəsi – **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0.42 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(025)-1932/2016 nömrəli qərardadı ilə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Daşınar və Daşınmaz əmlakların Qiymətləndirilməsi Xidməti” X1 ekspertlərinə həvalə edilmiş, ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən (reyestr nömrəsi-**********29-10301; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi xx.xx.2014-cü il) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0.42 ha torpaq sahəsi və onun üzərində yerləşən Cavabdeh2 məxsus olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin hazırda ilkin satış qiyməti nə qədərdir? “Daşınar və Daşınmaz əmlakların Qiymətləndirilməsi Xidməti” X1 xx.xx.2016-cı il tarixli 735 saylı qiymətləndirmə rəyi ilə müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0.42 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 65.000 manat müəyyən edilmişdir. Ekspertizanın keçirilməsi xərci 300 (üç yüz) manat təşkil edir. xx xxxxxx 2017-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı X5 nümayəndəsi ekspertiza rəyi ilə razı olmadığını bildirərək təkrar məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi və təkrar ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası ƏMDK-ə həvalə edilməsi barədə yazılı vəsatət vermişdir. Bu səbəbdən üzrə təkrar qiymətləndirmə ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli 004-09\17 saylı qiymətləndirmə rəyi ilə müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0.42 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin xx xxxxxx 2017ci il tarixinə bazar dəyəri 125.000 manat müəyyən edilmişdir. xx xxxxxx 2018-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh3 ekspertiza rəyi ilə razı olmadığını bildirərək təkrar məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi şifahi vəsatət vermişdir. Bu səbəbdən iş üzrə təkrar qiymətləndirmə ekspertizası keçirilmiş və ekspertizanın keçirilməsi “xxxxxxxxxxxxxxx” MMC-yə həvalə edilmişdir. «xxxxxxxxxxxxxxx» MMC-nin xx.xx.2018-ci il tarixli 0814/18/ATAB saylı qiymətləndirmə rəyi ilə müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0.42 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 55.000 manat müəyyən edilmişdir. xx xxxxxxx 2018-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı X5 nümayəndəsi ekspertiza rəyi ilə razı olmadığını bildirərək təkrar məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi barədə şifahi vəsatət vermişdir. Bu səbəbdən iş üzrə təkrar qiymətləndirmə ekspertizası keçirilmiş və ekspertizanın keçirilməsi «X8» İctimai Birliyinə həvalə edilmişdir. «X8» İctimai Birliyinin xx.xx.2019-cu il tarixli 67/12-19/E-01 saylı qiymətləndirmə rəyi ilə müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0.42 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 60.000 manat müəyyən edilmişdir. Ekspertizanın keçirilməsi xərci 250 (iki yüz əlli) manat təşkil edir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehlər ekspertiza rəyi ilə razı olmadıqlarını bildirərək təkrar məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi barədə yazılı vəsatət vermişdir. Bu səbəbdən üzrə təkrar qiymətləndirmə ekspertizası keçirilmişdir. «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xx.xx.2019-cu il tarixli H/03-PLS saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 2 mərətəbəli 3 otaqlı, 295.7 kv.m ümumi, 83 kv.m yaşayış, 212.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,42 ha torpaq sahəsinin bazar dəyəri 24.000 manat, Likvid qiyməti 18.000 manat müəyyən edilmişdir. Ekspertizanın keçirilməsi xərci 250 (iki yüz əlli) manat təşkil edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı X9 borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona və digər ipoteka qoyana xəbərdarlıq etmişdir. Göründüyü kimi, Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı X9 ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 3125 ABŞ dolları 20 sent əsas borc, 1084 ABŞ dolları 96 sent faiz, 40 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4250 ABŞ dolları 16 sent ödəniş günü qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı X5 xeyrinə tutulmalı; Tələb üzrə tutma Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 2 mərətəbəli 3 otaqlı, 295.7 kv.m ümumi, 83 kv.m yaşayış, 212.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,42 ha torpaq sahəsinə yönəldilməli; Həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılmalı; Fərdi yaşayış evinin və torpaq sahəsinin likvid qiyməti 18000 (on səkkiz min) manat müəyyən edilməli; Satışdan əldə olunan vəsait hesabına borc İddiaçı X7 ödənilməli; borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4qaytarılmalı: satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli; Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olanQəbələ rayonu, Bum qəsəbəsində yerləşən 2 mərtəbəli 3 otaqlı, 295.7 kv.m ümumi, 83 kv.myaşayış, 212.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evivə 0,42 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalıdır. Bundan başqa 300 manat qiymətləndirmə xərci cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq təqdim edilmiş hesab üzrə “Daşınar və Daşınmaz əmlakların Qiymətləndirilməsi Xidməti” X2 ödənilməli; 250 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq təqdim edilmiş hesab üzrə “X8” İstehsalat Birliyinə ödənilməli; 250 manat qiymətləndirmə xərci cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq təqdim edilmiş hesab üzrə “xxxxxxxxxxxxxxxxxxxxxx” X2 ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəməhesabedirki, xx.xx.2014-cü il tarixli 007R********** nömrəli kredit müqaviləsi üzrə 40 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, xx.xx.2014-cü il tarixli 007R********** nömrəli kredit müqaviləsi üzrə 40 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. 3125 ABŞ dolları 20 sent əsas borc, 1084 ABŞ dolları 96 sent faiz, 40 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4250 ABŞ dolları 16 sent ödəniş günü qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı X5 xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 2 mərətəbəli 3 otaqlı, 295.7 kv.m ümumi, 83 kv.m yaşayış, 212.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,42 ha torpaq sahəsinə yönəldilsin. Həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılsın. Fərdi yaşayış evinin və torpaq sahəsinin likvid qiyməti 18000 (on səkkiz min) manat müəyyən edilsin. Satışdan əldə olunan vəsait hesabına borc İddiaçı X7 ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olanQəbələ rayonu, Bum qəsəbəsində yerləşən 2 mərtəbəli 3 otaqlı, 295.7 kv.m ümumi, 83 kv.myaşayış, 212.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evivə 0,42 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılsın. 300 manat qiymətləndirmə xərci cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq təqdim edilmiş hesab üzrə “Daşınar və Daşınmaz əmlakların Qiymətləndirilməsi Xidməti” X2 ödənilsin. 250 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq təqdim edilmiş hesab üzrə “X8” İstehsalat Birliyinə ödənilsin. 250 manat qiymətləndirmə xərci cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq təqdim edilmiş hesab üzrə “xxxxxxxxxxxxxxxxxxxxxx” X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar