Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1312/2021 02.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı MMC-nin nümayəndəsi A.Gözəlovun Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı Vurulmuş ziyanın ödənişinin tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı vurulmuş ziyanın ödənişinin tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən avtoqəza nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 1818 manat, həmçinin ödəniin verilməsinin gecikdirildiyi hər günə 0,1 % hesablanmaqla 680 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2252 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki, mülkiyyətində olan sığortalı BAİC A115 markalı 90PD269 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi etibarnamə əsasında X1 istifadəsində olmuşdur. Həmin nəqliyyat vasitəsi 12 iyul 2019-cu il tarixdə Hacıqabul rayonu ərazisində X3 markalı 04BO050 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh İddiaçı MMC-yə məxsus BAİC A115 markalı 90PD269 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. X3 markalı 04BO050 dövlət qeydiyyat nişanlı avtomobil Günay Sığorta ASC-də sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi ilə sığortalanmışdır. Sığorta hadisəsi zamanı Sirena» MMC-yə məxsus BAİC A115 markalı 90PD269 dövlət qeydiyyat nişanlı avtomobilə 6818 manat məbləğində maddi zərər vurulmuşdur. Hadisə yerinə gələn Hacıqabul Rayon Polis şöbəsinin X4 Bölməsinin əməkdaşları araşdırma apardıqdan sonra hadisə üzrə günahkar X3 markalı 04BO050 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barəsində TP3068334 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Sürücü ayıq vəziyyətdə olmuş, avtomobili idarə etməyə hüquq verən müvafiq sürücülük vəsiqəsi olmuş və hadisə nəticəsində İddiaçı MMC-nin mülkiyyətində olan avtomobilə əhəmiyyətli dərəcədə ziyan dəymişdir. Hadisə baş verdikdən sonra dərhal müvafiq dövlət orqanlarına və sığortaçıya məlumat verilmiş və sığorta ödənişinin verilməsi xahiş edilmişdir.Bundan əlavə hər gün üçün hesablanmış dəbbə pulu 680 manat təkil edir. Bakı Kommersiya Məhkəməsi tərəfindən Günay Sığorta ASC-dən 5000 manat pulun tutularaq İddiaçı MMC-yə verilməsi barədə qərar qəbul etmişdir.Odur ki, cavabdehdən avtoqəza nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 1818 manat, həmçinin ödəniin verilməsinin gecikdirildiyi hər günə 0,1 % hesablanmaqla 680 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2252 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı MMC-nin nümayəndəsi Adil Gözəlov məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi, iddiasının əsaslı olduğu üçün iddianın təmin edilməsini xahiş etdi.Həmçinin bildirdi ki, iddia ərizəsində xahiş etdi hissədə yekun borc məbləğinin hesablanmasında texniki səhvə yol verilmişdir.Odur ki, qətnamə qəbul edərkən bu halın da nəzərə alınmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, tənbeh vermə haqqında tərtib edilən inzibati xətanın törədilməsində onun heç bir günahı və təqsiri yoxdur. Sadəcə olaraq iş araşdırılarkən prokurorluq işçilərinin ziyanı sığortanın ödəyəcəyi barədə vədləri onu inzibati tənbeh vermə barədə qərardan şikayət etməyə qoymamışdır. Ona qarşı irəli sürülmü iddia tamamilə əsassızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı MMC-nin mülkiyyətində olan sığortalı BAİC A115 markalı 90PD269 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi etibarnamə əsasında X1 istifadəsində olmuşdur. 12 iyul 2019-cu il tarixdə Hacıqabul rayonu ərazisində X3 markalı 04BO050 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh İddiaçı MMC-yə məxsus BAİC A115 markalı 90PD269 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. X3 markalı 04BO050 dövlət qeydiyyat nişanlı avtomobil Günay Sığorta ASC-də sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi ilə sığortalanmışdır. Sığorta hadisəsi zamanı Sirena» MMC-yə məxsus BAİC A115 markalı 90PD269 dövlət qeydiyyat nişanlı avtomobilə 6818 manat məbləğində maddi zərər vurulmuşdur. X3 markalı 04BO050 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində TP3068334 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məclləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən «hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh təqsiri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə 6818 manat məbləğində maddi ziyan dəymişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsində təqsiri olmadığını bildirsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş inzibati tənbeh vermə haqqında qərardan və ona əlavə olunmuş sənədlərdən görünür ki, inzibati xətanı cavabdeh törətmişdir. Cavabdeh tərəfindən inzibati tənbeh vermə haqqında həmin qərardan şikayət edilməmişdir.İddiaçı tərəfindən bildirilmidir ki, dəymiş ziyanlığın 5000 manat hissəsi Bakı Kommersiya Məhkəməsinin qərarı ilə Günay Sığorta ASC-dən tutularaq İddiaçı MMC-yə verilməsi qərara alınmışdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli,lakin iddia ərizəsində yekun məbləğin hesablanmasında texniki səhvə yol verilməsi də nəzərə alınmalıdır. İddia təmin edildiyi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1818 manat maddi ziyana görə,680 manat dəbbə pulu,cəmi 2498 manat(iki min dörd yüz doxsan səkkiz manat) və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə Apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Məsibov
Məhkəmə qərarları › İş №2(014)-1312/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1312/2021
02.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver