Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1346/2020 10.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rаyоn Məhkəməsinin hаkimi Əliyev Nizam Mubariz oğlu, iddiаçılar İddiaçı1 Kəmaləddin oğlunun, İddiaçı2, İddiaçı4, Xəlilova (Səfərova) Xalisə Kəmaləddin qızının cavabdehlər X2 və Cavabdeh2 qarşı «torpaq sahəsinin zəbtdən azad edilməsi» tələbinə dаir iddiа ərizəsini və оnа əlаvə еdilmiş sənədləri nəzərdən kеçirərək, Müəyyən etdim: İddiаçılar İddiaçı1 Kəmaləddin oğlu, İddiaçı2, İddiaçı4, Xəlilova (Səfərova) Xalisə Kəmaləddin qızı cavabdehlər X1 və Cavabdeh2 qarşı «torpaq sahəsinin zəbtdən azad edilməsi» tələbinə dаir ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərində uyğun, forma və məzmuna riayət edilmədən tərtib edilmişdir. Belə ki, iddiаçılar İddiaçı1 Kəmaləddin oğlunun, İddiaçı2, İddiaçı4, Xəlilova (Səfərova) Xalisə Kəmaləddin qızının cavabdehlər X2 və Cavabdeh2 qarşı «torpaq sahəsinin zəbtdən azad edilməsi» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, o cavbdehlərin yaşayış yeri barədə sənədləri və iddia tələbinin əsasını təşkil edən sübutlarını iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsidə göstərilir ki, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 89.4-cü maddəsində qeyd edilir ki, sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsində göstərilir ki, iddia ərizəsi verilərkən işdə iştirak edən şəxslərin adları və onların poçt ünvanları göstərilməlidir. Belə olan halda məhkəmə tərəfindən məhkəmə bildirişinin lazımi ünvana göndərilməsi və çəkişmə prinsipinin təmin edilməsi mümkün olmur. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinə görə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri ərizəyə əlavə olunmalıdır. İddia ərizəsindən də görünür ki, iddiaçı cavavbdehlərin ünvanı qeyd etsə də, həmin ünvanda qeydiyyatda olub olmamaları barədə arayışları və öz tələblərini əsaslandırdığı hallara dair sənədləri iddia ərizəsinə əlavə etməmişdir. İddiаçıya izah edilməlidir ki, göstərilən nöqsanları aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.1,
152. 152.3, 152.4, 268-269-cu maddələrinin rəhbər tutaraq , məhkəmə Qərara aldım: İddiaçılar İddiaçı1 Kəmaləddin oğlunun, İddiaçı2, İddiaçı4, Xəlilova (Səfərova) Xalisə Kəmaləddin qızının cavabdehlər X2 və Cavabdeh2 qarşı «torpaq sahəsinin zəbtdən azad edilməsi» tələbinə dаir iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiаçıya izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Ağdaş rayon məhkəməsinə şikayət verilə bilər.
HАKİM: NİZAM ƏLİYEV