Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1359/2021 30.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı Kredit borcunun qaytarılması haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 17.05.2019-cu il tarixli, 160GTKR0713183AA saylı kredit müqaviləsinə əsasən 2748.52 manat əsas borcun, 573.64 manat faiz borcunun, cəmi 3322.16 manat məbləğində borcun, 26.09.2019-cu il tarixli, **********01944165 saylı kredit xətti müqaviləsinə əsasən 201.12 manat əsas borcun, 42.46 manat faiz borcunun, cəmi 243.58 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17.05.2019-cu il tarixli, 160GTKR0713183AA saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, illik 24.9% dərəcəsi ilə 3950 manat kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17.05.2019-cu il tarixli, **********01944165 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 25% dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə cavabdehin 19.05.2021-ci il tarixə İddiaçı ASC-yə 17.05.2019-cu il tarixli, 160GTKR0713183AA saylı kredit müqaviləsinə əsasən 2748.52 manat əsas borcu, 573.64 MANAT faiz borcu, cəmi 3322.16 manat məbləğində borcu, 26.09.2019-cu il tarixli, **********01944165 saylı kredit xətti müqaviləsinə əsasən 201.12 manat əsas borcu, 42.46 manat faiz borcu, cəmi 243.58 manat borc yaranmışdır. Odur ki, İddiaçı ASC-nin xeyrinə borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması xahiş edilir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini bildirərək, işə iştirakı olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, maddi imkanı zəif olduğu üçün kredit borcunu ödəyə bilməmişdir. Odur ki, iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17.05.2019-cu il tarixli, 160GTKR0713183AA saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, illik 24.9% dərəcəsi ilə 3950 manat kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17.05.2019-cu il tarixli, **********01944165 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 25% dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamış, nəticədə 160GTKR0713183AA saylı kredit müqaviləsinə əsasən 3322.16 manat borc, **********01944165 saylı kredit müqaviləsinə əsasən 243.58 manat borc yaranmışdır. Həmçinin iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddianın məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 17.05.2019-cu il tarixli, 160GTKR0713183AA saylı kredit müqaviləsinə əsasən 2748.52 manat əsas borc, 573.64 manat faiz borcu, 26.09.2019-cu il tarixli, **********01944165 saylı kredit xətti müqaviləsinə əsasən 201.12 manat əsas borc, 42.46 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumu ümumilikdə 3595.74 (üç min beş yüz doxsan beş manat yetmiş dörd qəpik) manat tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1359/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1359/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver