Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-136/2021 08.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İlkin iddia üzrə iddiаçı, qarşılıqlı iddia üzrə cavabdeh X2 Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cаvаbdеh Cavabdeh nümayəndəsi X9 iştirakı ilə, İddiаçı X2 cаvаbdеh Cavabdeh qаrşı «borcun və faizin ödənilməsi» tələbinə dаir ilkin, Cavabdeh X3 qarşı " əqdin etibarsız hesab edilməsi" tələbi ilə bağlı dair qarşılıqlı iddiasına dair mülki işə аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı X4 cаvаbdеh Cavabdeh qаrşı «borcun və faizin ödənilməsi» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon, Pirəyir kəndində yaşayan Cavabdeh oğlundan 09.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 8970.00 manat əsas borcu və 5382.00 manat faiz üzrə borcun, cəmi 14352.00 manat borcun, həmçinin dövlət rüsumu kimi ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən sahibkar mağazasında sahibkarlıq və elektronik əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdeh oğlu ilə aralarında bağlanmış 09.02.2014-cü il tarixli kredit müqaviləsinə əsasən VAZ2107 markalı, ** XU *** dövlət nömrə nişanlı minik avtomaşının alınması məqsədi ilə cavabdehə 48 ay müddətinə, yəni 09.02.2018-ci il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 10080.00 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlin müvafiq olaraq həyata keçirilir. Cavabdeh 09.02.2014-cü il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə 1110.00 manat pul ödəmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh oğlu müqavilənin həmin şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh 10.01.2020-ci il tarixə 09.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə ona əsas borcunun məbləği 8970.00 manat təşkil edir. Kredit Müqavilələrin 2.2-ci bəndinə əsasən borcalan cavabdeh bu müqavilələrin 1 saylı əlavəsinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə “Borcalan” müddəti keçmiş dövr ərzində illik 60 faiz məbləğində artırılmış faizləri “Kreditora” ödəməlidir. Lakin Cavabdeh oğlunun maddi vəziyyətini nəzərə alaraq müddət ötürdüyü və bu gecikməyə görə ona vurduğu maddi ziyana görə artırılmış faiz borcunun 09.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 5382.00 manatı tələb edir. Hazırda Cavabdeh oğlunun ona 09.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 8970.00 manat əsas borc və 5382.00 manat faiz üzrə borcun, cəmi 14352.00 manat borcu yaranmışdır. Cavabdeh ona olan borcunu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə uyğun olaraq qaytarmaqdan yayındığından aralarında yaranmış mülki mübahisə məhkəmə qaydasında həll edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh məhkəmə iclasına qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək borcun tam olaraq ödənilməsini və iddia müddətinin bitməsini əsas götürüb iddianın rədd edilməsini, 09 fevral 2014-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını, habelə iddaçının əməllərinədə AR CM-nin 178,192 və 294-cü maddələrinin əlamətləri olduğu üçün onun barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı rayon Məhkəməsinə müraciət edərək 09.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 8970.00 manat əsas borc və 5382.00 manat faiz üzrə borcu, cəmi 14352.00 manat borcun, həmçinin dövlət rüsumu hesabına ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları ilə bağlı bildirir ki, 09.02.2014-cü il tarixində İddiaçıla aralarında bağlanılmış kredit müqaviləsinə əsasən 10080 manat VAZ 2107 markalı 90XU 411 dövlət nişanlı avtomobilin alınması üçün 36 ay müddətinə, ödəmələr vaxtında həyata keçirilməzsə müddəti keçirilmiş dövr ərzində illik 60% məbləğində artırılmış faizləri ödəməklə müqavilə bağlanılmışdır. Müqavilə “X21”sının möhrüylə təsdiqlənmişdir. O müqavilə əsasında götürdüyü pul məbləğini tam şəkildə 36 ay müddətindən tez ödəmişdir. Sübut olaraq Məhkəmənin diqqətinə çatdırır ki, ödənişlə bağlı cavabdehliyini tam bitirəndən sonra Əhmədov Kamran ona sərəncam vermək hüququ ilə bağlı etibarnamə vermək üçün özünün də səlahiyyət müddətinin bitdiyini əsas gətirərək bu etibarnamənin, yəni avtomobilin ilkin sahibi X5 almalı olduğunu bildirmiş, ona görə də avtomobillə bağlı borc pul məbləğini tam ödədiyi üçün avtomobilə tam sahib olmaq hüququnu həyata keçirtmək məqsədiylə X1 hüququ olmaqla etibarnamə almışdır. Əlavə olaraq bildirir ki, borcunu mütəmadi olaraq və tam şəkildə ödədiyini şahidlər: X6, X7 və X15 təsdiq edə bilər. Həmçinin bildirir ki, borcunu tam ödəyib X1 vermək üçün etibarnamə aldıqdan sonra ona nə iddiaçı X8, nə “Okean” mağazası nə də ki, Əhmədov Kamran tərəfindən borcunun olması barəsində nə şifahi nə də ki, yazılı xəbərdarlıq edilməmişdir. O, ödənişləri ödəyərkən ona heç bir kassa mədaxil qəbzləri verilməmiş və sonunda avtomobilin ilkin sahibi tərəfindən ona sərəncam hüququ ilə bağlı etibarnamə verildikdən sonra ona İddiaçı borcunun olmamasıyla bağlı təmizlik kağızı verəcəyini vəd versə də, amma sonralar mağazaya gəlib sənəd istəməyinə baxmayaraq ona təmizlik sənədi verməyə bəhanələr gətirmiş və verməmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, X10 da təsdiq edə bilər ki, ona sərəncam üçün etibarnamə verəndə Əhmədov Kamran etibarnamə vermək səlahiyyəti yox idi. Buna görə də o, etibarnaməni avtomobilin ilkin sahibindən almaq məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, guya onlar kredit müqaviləsini 48 ay müddətinə razılaşmaqla imzalamışlar. İddia ərizəsinə əlavə olunmuş müqavilə və imzalar saxtalaşdırılmışdır. İddiaçının müqaviləni və imzaları saxtalaşdırmaqla əsas niyyəti üç illik iddia müddətini itirmiş və buna görə də müqavilənin müddətini 48 ay olaraq göstərmişdir. Onun 09.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcu qalmayıb və o, borcunu tam olaraq ödəyib bitirmişdir. İddiaçının hər hansı formada ondan pul məbləğini tələb etməsi tamamilə qanunsuz və əsassızdır. Onun hüququnu müdafiə edən vəkil X16 Azərbaycan Respublikasının Mərkəzi bankına sorğu edərək İddiaçı Rafail oğlunun və “Okean” mağazasının kreditlə pul vermək üçün müvafiq icazəsi-Lisenziyasının olub- olmaması barədə məlumat verilməsini xahiş etmişdir. Sorğuya Azərbaycan Respublikasının Mərkəzi bankı tərəfindən 17.03.2021-ci il tarixdə 16-00671-2021 nömərsi məktubla cavab verilərək İddiaçı Rafail oğluna və “X21”sına kreditlərin verilməsi fəaliyyətini həyata kerçirilməsi üçün Mərkəzi Bank tərəfindən lisenziya verilməməsi bildirilmişdir. Belə hesab edir ki, 09.02.2014cü il tarixlu kredit müqaviləsi etibarsız hesab olunmalıdır. Onun ödədiyi pul məbləği geri qaytarılmalı və avtomobil Əhmədov Kamrana verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 156.1.2-ci maddəsinə əsasən qarşılıqlı iddianın icraata qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin uyğun izahat verərək məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cаvаbdеh Cavabdeh nümayəndəsi X17 məhkəmə iclasında ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilmsi barədə qətnamə, ilkin iddiaçı barəsində isə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh oğlu ilə ünvan 1 ünvanında yerləşən sahibkar mağazasında sahibkarlıq və elektronik əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdeh oğlu ilə aralarında bağlanmış 09.02.2014-cü il tarixli kredit müqaviləsinə əsasən VAZ2107 markalı, ** XU *** dövlət nömrə nişanlı minik avtomaşının alınması məqsədi ilə cavabdehə 48 ay müddətinə, yəni 09.02.2018-ci il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 10080.00 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlin müvafiq olaraq həyata keçirilir. İlkin iddia üzrə cavabdeh 09.02.2014cü il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə 1110.00 manat pul ödəmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ilkin iddia üzrə Cavabdeh oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Cavabdeh oğlu borc məbləğini tam ödədiyini, müqavilənin saxtalaşdırıldığını bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəmə iclasında təqdim edə bilməmişdir. Beləliklə də ilkin iddia üzrə Cavabdeh oğlu müqavilənin həmin şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. ilkin iddia üzrə Cavabdeh oğlunun 10.01.2020-ci il tarixə 09.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə ona əsas borcunun məbləği 8970.00 manat təşkil edir. Kredit Müqavilələrin 2.2-ci bəndinə əsasən borcalan cavabdeh bu müqavilələrin 1 saylı əlavəsinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə “Borcalan” müddəti keçmiş dövr ərzində illik 60 faiz məbləğində artırılmış faizləri “Kreditora” ödəməlidir. Lakin Cavabdeh oğlunun maddi vəziyyətini nəzərə alaraq müddət ötürdüyü və bu gecikməyə görə ona vurduğu maddi ziyana görə artırılmış faiz borcunun 09.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 5382.00 manatı tələb edir. Hazırda Cavabdeh oğlunun ona 09.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 8970.00 manat əsas borcun və 5382.00 manat faiz üzrə borcu, cəmi 14352.00 manatı tələb edir. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. AR MM-nin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. AR MM-nin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. AR MM-nin 529.3-ci maddəsinə əsasən Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. AR MM-nin 529.4-ci maddəsinə əsasən Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. AR MM-nin 529.5-ci maddəsinə əsasən Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. AR MM-nin 529.6-ci maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. AR MM-nin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. AR MM-nin 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. AR MM-nin 337.3-ci maddəsinə əsasən Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. AR MM-nin 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. AR MM-nin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. AR M-nin 349-cu maddəsinə əsasən hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızdır. Hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, borc müqaviləsi üzrə tələb edilən 5382.00 manat faiz borcu yox, dəbbə puludur, belə ki, tərəflər arasında bağlanmış müqavilədə faiz borcunun hesablanması nəzərdə tutulmamışdır, lakin dəbbə pulu həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və müqavilə üzrə əsas borc məbləği ilə müqayisədə həddən artıq yüksək məbləğdir. Əsas borcun miqdarının 8970.00 manat təşkil etdiyi halda dəbbə pulunun miqdarının 5382.00 manat məbləğində olması borclunun mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən gecikməyə görə artırılmış dəbbə pulunun miqdarının əsas borcun miqdarı ilə müqayisədə yüksək olması və işin digər faktiki halları nəzərə alınmaqla iddiaçının cavabdehdən 5382.00 manat dəbbə pulu tələbinə dair hissəsi qismən – 500 manat həddində təmin edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İlkin iddia qalan hissədə rədd edilməlidir. Qarşılıqlı iddia təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh oğlundan 8970 (səkkiz min doqquz yüz yetmiş ) manat əsas borc və 500 (beş yüz) manat cərimə borcu, cəmi 9470 (doqquz min dörd yüz yetmiş ) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-136/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-136/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver