Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1361/2024 03.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiаçı İddiaçı iştirakları ilə, İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «borcun alınması» tələbinə dаir işə Ağdaş Rayon Məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «borcun alınması» tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, xx xxxx 1988-ci ildə Ağdaş şəhərində M.P.Vaqif küçəsi 7/14 yaşayan cavabdeh X2 300 manat məcburi qaydada pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 avqust 2023-cü il tarixdə Ağdaş rayon Polis şöbəsinə müraciət edərək bildirmişdir ki, Cavabdeh 2023-cü ilin fevral ayından tanıdığını, onunla üç ay Rusiya Federasiyasının Moskva şəhərində bir evdə qaldığını, bir yerdə tikinti şirkətində işlədiyini, sonra həmin ilin aprel ayında “Ramazan” bayramına görə Azərbaycana qayıtmalı olduğunu, ondan bir müddət sonra isə İsmayılın Azərbaycana gəldiyini, “Ramazan” bayramından sonra yenidən Kırım şəhərinə işləmək üçün geri qayıtdığını, lakin orada iş olmadığı üçün yenidən Gürcüstan Respublikasına gəldiyini, orada isə bir həftə qaldıqdan sonra səhhəti ilə əlaqədar əməliyyat olunduğunu, səhhəti ilə əlaqədar işləyə bilmədiyini, buna görə də, yaşadığı evə geri qayıtmaq istədiyini, buna görə də İsmayıl ilə əlaqə saxladığını İsmayıla telefon danışığı zamanı Gürcüstanda biletlərin baha olduğunu ona Bakı şəhərindəki aviakassadan bilet almasını dediyini, İsmayılın ona narahatçılığın olmadığını dediyini, bundan sonra İsmayılın ona göndərmiş olduğu kart hesabına bir dəfə xx.xx.2023-cü il tarixdən 260 manat, bir dəfə isə xx.xx.2023-cü il tarixdə isə 40 manat olmaqla iki dəfəyə ümumilikdə 300 manat pul göndərdiyini, İsmayılın ona iyul ayının 19-u üçün bilet almalı olduğunu, lakin qeyd olunan tarixdə havalimanına getdiyini, ona havalimanında həmin gün üçün biletinin olmamasının bildirildiyini, bundan sonra özünün bilet alıb Azərbaycana gəldiyini, gəldikdən sonra İsmayıl ilə əlaqə saxladığını, pulu geri istədiyini, hər dəfə İsmayılın ona pulu qaytaracağını bildirərək, lakin bu günə kimə pulunu geri qaytarmadığını, buna görə Ağdaş RPŞ-nə gələrək bu barədə müraciət etdiyini, Cavabdeh ümumilikdə 300 manat pulun ona təyyarə bilet alması üçün verdiyini bildirmişdir. Araşdırma zamanı Ağdaş şəhəri M.P.Vaqif küçəsi ev 7/14 ünvanında yaşayan Cavabdeh ünvanına məktub göndərilərək izahat verməsi üçün Ağdaş RPŞ-yə dəvət olunmuşdur. Araşdırma zamanı Cavabdeh Sadıq oğlunun yerinin müəyyən olunub, izahatının alınası ilə əlaqədar Ağdaş RPŞ-yə gətirilməsi üçün Ağdaş RPŞ-nin CAB-na tapşırıq verilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. İddiаçı İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Rusiyada cavabdeh ilə bir yerdə yaşamış, bir otaqda qalmışlar. Cavabdeh bilet lazım olan hər kəsə bilət almaqda köməklik edirdi. Ona görə o da, cavabdehə 300 manat pul ödəmişdir ki, ona da bilet alsın. Sonra cavabdeh ona nə bilet almış, nə də ki pulunu geri qaytarmışdır. Cavabdehi tapmaq mümkün olmadığından məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmədən iddiasının təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş matеriallarını tədqiq еdərək hеsab еdir ki, iddia təmin еdilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzlərin surətlərindən görünür ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə 416973******9870 saylı kartdan 526163******5643 saylı karta 260 və 40 manat məbləğlərində vəsait köçürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ tərəfindən verilmiş 04 sentyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Ağdaş rayon Nehrəxəlil kənd sakini İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən olmadığından material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ-ə olan telefon danışığından görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsi ilə əlaqə saxlanılmış, telefon danışığı zamanı Ağdaş rayonu Nehrəxəlil kənd sakini İddiaçı xx.xx.2023-cü il tarixli Ağdaş RPŞ-yə müraciəti ilə bağlı məlumat verilmişdir. Cavabdeh Ağdaş RPŞ-yə gələrək izahat verməsi izah olunmuşdur. Telefon danışığı zamanı Cavabdeh hazırda Ağdaş rayonunda olmadığını, İddiaçı uzun müddətdir ki, tanıdığını, onunla əvvəllər Rusiya Federasiyasında birlikdə işlədiyini, xx.xx.2023-cü il tarixdə İddiaçı AR-na gəlməsi üçün təyyarə bileti aldığını, lakin Turalın sonradan biletdən imtina edib gəlmək istəmədiyini, bilet üçün etdiyi ödənişi hələdə geri almadığını və geri qayıtdıqda onun pulunu qaytaracağını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilənAğdaş RİHB-nin Nehrəxəlil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 iyul 2024-cü il tarixli 5-32- 12/2-207/2024 saylı arayışdan görünür ki, İddiaçı 1987-ci ildə anadan olub, Ağdaş rayon Nehrəxəlil kəndində yaşayır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh telefon danışığı zamanı Gürcüstanda biletlərin baha olduğu ona Bakı şəhərindəki aviakassadan bilet almasını istəmiş və bunun üçün də cavabdehin iddiaçıya göndərmiş olduğu kart hesabına bir dəfə xx.xx.2023-cü il tarixdən 260 manat, bir dəfə isə xx.xx.2023-cü il tarixdə isə 40 manat olmaqla iki dəfəyə ümumilikdə 300 manat pul göndərmişdir. Cavabdeh iddiaçıya iyul ayının 19-u üçün bilet almalı olsa da, qeyd olunan tarixdə havalimanına gedərək orada həmin gün üçün biletinin olmamasının bilmiş və iddiaçı özü bilet alaraq Azərbaycana gəlmişdir. İddiaçı gəldikdən sonra İsmayıl ilə əlaqə saxlayaraq pulu geri istəsə də, hər dəfə İsmayıl ona pulunu qaytaracağını bildirmiş, lakin bu günə kimə pulunu geri qaytarmamışdır. Cavabdeh Ağdaş RPŞ-nin əməkdaşları telefon danışığı apararaq İddiaçı uzun müddətdir ki, tanıdığını, onunla əvvəllər Rusiya Federasiyasında birlikdə işlədiyini, xx.xx.2023-cü il tarixdə İddiaçı AR-na gəlməsi üçün təyyarə bileti aldığını, lakin Turalın sonradan biletdən imtina edib gəlmək istəmədiyini, bilet üçün etdiyi ödənişi hələdə geri almadığını və geri qayıtdıqda onun pulunu qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Yuxarıda qeyd edilən hüquq normalarını məhkəmə iclasında müəyyən edilmiş işin faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında borc münasibətləri yaranmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh borc öhdəliyini icra etməkdən imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx xxxx 1988-ci ildə Ağdaş şəhərində M.P.Vaqif küçəsi 7/14 yaşayan cavabdeh X2 300 manat borc alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 30 (otuz) manat dövlət rüsumu X2 alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ЕTDİ: İddiа təmin еdilsin. xx xxxx 1988-ci ildə Ağdaş şəhərində M.P.Vaqif küçəsi 7/14 yaşayan Cavabdeh 300 (üç yüz) manat pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı xeyrinə verilsin. Qətnamədən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) məhkəməsinə apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1361/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1361/2024
03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver