Məhkəmə qərarları › İş №2(014)-1363/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1363/2023

22.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1363/2023 22.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin may ayında iddiaçıya məlum olmuşdur ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının Torpağın mülkiyyətə verilməsinə dair 30 iyun 1998-ci il tarixli 12 nömrəli qərarına əsasən (JN: 022A nömrəli 90302048 kodlu Şəhadətnamə) iddiaçıya və mərhum anası X3 verilmiş Ağdaş rayonu, Yeniarx kəndi ərazisində yerləşən 0,4731 hektar həyətyanı torpaq sahəsinin bir hissəsinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 nömrəli Ərazi idarəsi tərəfindən iddiaçının çəpər qonşusu olan Cavabdeh valideynlərinin adına daşınmaz əmlaka mülkiyyət hüququ barədə **********39 reyestr nömrəli Çıxarış verilmişdir. Belə olduqda iddiaçı qanun üzrə vərəsəlik və şəxsi mülkiyyət hüququ əsasında özünə məxsus olan torpağın bir hissəsini qeyriqanuni olaraq Cavabdeh valideynlərinə verilməsi barədə Çıxarışın qismən ləğv edilməsi və JN: 022A nömrəli Şəhadətnamə əsasında özünə məxsus olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması öhdəliyinin 17 nömrəli Ərazi idarəsi üzərinə qoyulması barədə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir və Məhkəmənin 2-1(116)-637/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərarı ilə iddiaçının iddia tələbi təmin edilmişdir. 2-1(116)-637/2022 nömrəli iş üzrə 3-cü şəxs, hazırki iddia tələbi üzrə isə cavabdeh olan Cavabdeh qeyd edilən məhkəmə Aktından narazı olaraq ondan Apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(107)-122/2023 nömrəli Qərarı ilə onun şikayəti təmin edilməyərək rədd edilmişdir. 10 aprel 2023-cü il tarixdə iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Ərazi İdarəsinə müraciət edərək qanuni qüvvəyə minmiş Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-637/2022 nömrəli Qərarına əsəsən Ağdaş rayonu, Yeniarx kəndi ərazisində yerləşən 0,4731 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə rəsmi sənəd verilməsini xahiş etmiş və ona daşınmaz əmlaka mülkiyyət hüququ barədə **********38-10301 reyestr nömrəli Çıxarış verilmişdir. 03 iyul 2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Ərazi İdarəsinə müraciət edərək iddiaçı cavabdehlə qonşuluqda olan torpaq sahənin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş döngə nöqtələrinin koordinatlarının naturada dəqiqləşdirilməsi və ara mərz nişanlarının göstərilməsini xahiş etmiş və bu xidmətin göstərilməsi üçün müvafiq haqqı ödəmişdir. 24 iyul 2023-cü il tarixdə 17 saylı Yevlax Ərazi idarəsinin əməkdaşları **********3810301 reyestr nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 0,4731 ha torpaq sahəsinə naturada baxış keçirmişlər, lakin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş döngə nöqtələrinin koordinatlarının naturada dəqiqləşdirilməsi və ara mərz nişanlarının göstərilən zaman, Ərazi idarəsinin əməkdaşları və iddiaçı tərəfindən çöl-ölçü işlərinin keçirilmə tarixi, vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 637/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərarı və Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(107)-122/2023 nömrəli Qərarı ilə razı olmadığını bidirərək bu tədbirdə iştirak etməkdən imtina etmiş, bunun nəticəsində isə döngə nöqtələrinin koordinatlarının naturada dəqiqləşdirilməsi və ara mərz nişanlarının iddiaçıya göstərilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Ərazi İdarəsinin **********39 reyestr nömrəli Çıxarışı ilə mülkiyyətinə verilmiş 0,4731 ha həyətyanı torpaq sahəsi üzərində hüquqlarının qanuna və öz istəyinə uyğun həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılan süni maneələrə birdəfəlik son qoyulmasına dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə ünvanlayaraq Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Ərazi İdaərsinin **********39 reyestr nömrəli Çıxarışı ilə mülkiyyətinə verilmiş 0,4731 ha həyətyanı torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş döngə nöqtələrinin koordinatlarının naturada dəqiqləşdirilməsi və ara mərz nişanlarının göstərilməsi məqsədi ilə 17 saylı Ərazi İdarəsi tərəfindən müvafiq çöl-ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun vəkili və nümayəndəsi X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 25 iyul 2023-cü il tarixli, 3-21-3-35/2-Ə-01xx-xx/2023 saylı məktubdan görünür ki, 24 iyul 2023-cü il tarixdə 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisi X1 rayonu, Yeniarx kəndi ərazisində **********38-10301 reyestr nömrəli Çıxarışla mülkiyyətinə verilmiş 0,4731 ha torpaq sahəsinə iddiaçının iştirakı ilə baxış keçirilmişdir. “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş döngə nöqtələrinin koordinatlarının naturada ara mərz nişanları göstərilən zaman iddiaçı ilə qonşu mülkiyyətçi arasında mübahisə olduğundan və həmin qonşu mülkiyyətçinin çöl-ölçü işlərində iştirakı təmin edilmədiyindən torpaq sahəsinin ara mərz nişanlarının döngə nöqtələrinin koordinatlarını naturada göstərmək mümkün olmamışdır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Yeniarx kəndində yerləşən 0,4731 hektar torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmış Çıxarışa əsasən Ağdaş rayonu, Yeniarx kəndində İddiaçı mülkiyyətinə 0,4731 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının naturada ara mərz nişanlarını ölçmək üçün həmin əraziyə gəlmişlər, lakin cavabdehə məlumat verilməsinə baxmayaraq ölçmə işlərində iştirak etməmişdir. Bu da iddiaçının özünə məxsus torpağından istifadə hüquqlarının pozulmasına səbəb olur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Ərazi İdaərsinin **********38-10301 reyestr nömrəli Çıxarışı ilə İddiaçı mülkiyyətinə verilmiş 0,4731 ha həyətyanı torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş döngə nöqtələrinin koordinatlarının naturada dəqiqləşdirilməsi və ara mərz nişanlarının göstərilməsi məqsədi ilə 17 saylı Ərazi İdarəsi tərəfindən müvafiq çöl-ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Ərazi İdaərsinin **********38-10301 reyestr nömrəli Çıxarışı ilə İddiaçı mülkiyyətinə verilmiş 0,4731 ha həyətyanı torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş döngə nöqtələrinin koordinatlarının naturada dəqiqləşdirilməsi və ara mərz nişanlarının göstərilməsi məqsədi ilə 17 saylı Ərazi İdarəsi tərəfindən müvafiq çöl-ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar