Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1383/2020 13.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Mən Ağdaş rayon məhkəməsinin hakimi Əliyev Nizam Mübariz oğlu, X5 X3 Cavabdeh qarşı “Pul” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək Müəyyən etdim: X5 X4 Cavabdeh qarşı “Pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 244.20 manat ziyan pulunun alınaraq Bərdə Regional X3 “KapitalBank”ın Bərdə rayon şöbəsinin AZ 88CTRE 000 000 000 000 ******* saylı hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. X5 X4 iddia ərizəsində göstərmişdir ki, Mərkəzin əməkdaşları xx xxxx 2020-ci il tarixdə Ağdaş rayonun, Abad kənd sakini Cavabdeh mal novatçısı olarkən kənd sakinlərinin təxminən 37 başdan artıq iri-buynuzlu mal qarasını meşə sahəsinə salaraq otarmış və bununla da meşə sahənə ziyan vurmuşdur. Meşə Birliyinin əməkdaşları tərəfindən edilmiş xəbərdarlıqlara baxmamış, tərtib edilmiş akta imza etməkdən imtina etmişdir. Həmçinin cavabdeh edilmiş xəbərdarlığa baxmayaraq o vurduğu ziyanı bu günədək könüllü ödəməkdən imtina etmişdir. Ona görə də Cavabdeh tərəfindən Bərdə Regional X4nə vurmuş olduğu 244.20 manat dəyərində ziyanın ödənilməsu tələbi ilə məhkəməyə müraciət edilməsinə zəruriyyət yaranmışdır. X5 X4 tərtib edilmiş həmin aktı, məlumatı və bildirişi iddia ərizəsinə əlavə edərək baxılması üçün Ağdaş Rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh etdiyi hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 253-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 43-cü maddəsinin tələbinə əsasən İXM-nin 253-cü maddəsin ilə başlanmış işlərə rayon məhkəməsində baxılmır. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən Məcəllənin 40, 41 və 43-cü maddələrində göstərilən hallardan başqa, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş digər inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanları baxırlar İddiaçı tərəfindən Cavabdeh barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolu və İnzibati tənbeh vermə haqqında qərarı iddia ərizəsinə əlavə olunmamış bu barədə iddia ərizəsində Cavabdeh barəsində inzibati protokolun tərtib olunması və onun barəsində Mərkəzin qərarı ilə inzibati tənbeh verilməsi, inzibati xəta haqqında işə həmin inzibati orqan tərəfindən baxılarkən vurulmuş zərərin ödənilməsi məsələsinə baxıması haqqında heç bir məlumat göstərilməmişdir. Halbuki, iddiaçı fakta görə Cavabdeh barəsində inzibati xəta haqqında icraat başlamalı, işə baxılarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxmalı, mübahisə olduqda inzibati xəta haqqında materialı aidiyyati məhkəməyə göndərməlidir. İnzibati xəta haqqında işə baxılaraq qərar qəbul edildikdən və qərar qanuni qüvvəsini aldıqdan sonra inzibati orqan olan iddiaçı barəsində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan şəxsin iştirakını təmin etməklə baxaraq həll etməlidir. Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinin tələbinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxıla bilər (Maddə 36.1), izibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər (Maddə 36.2). İnzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir (maddə 36.3). “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli qərari ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatın 17-ci bəndində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və onun qurumlarının İXM-nin 40, 41 və 43-cü maddələrində göstərilən hallardan başqa öz səlahiyyətləri daxilində Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş digər inzibati xətalar haqqında və qanunla müəyyən olunmuş mülki xarakterli işlərə baxa bilər. İnzibati orqan olan Bərdə Regional X4 “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun İV fəslinə uyğun olaraq cavabdeh barəsində icrrat işi başlamalı, Qanunu 57-62-ci maddələrinə əsasən onun barəsində inzibati akt –qərar qəbul edə bilər. Qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsində qeyd edilir ki,inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci iki ay keçənədək verilə bilər. Gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 36.2.-ci maddəsinə əsasən davam edən inzibati xətalara görə inzibati tənbeh onun aşkara çıxarıldığı gündən ən geci iki ay keçənədək verilə bilər. OGöründüyü kimi, X5 X4 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qurumu olmaqla həmin qəbildən olan işlərə baxılaraq müvafiq qərar qəbul etməli olduğu halda, Cavabdeh barəsində toplanmış materialları iddia formasında baxılması üçün məhkəməyə göndərmişdir. Ona görə də hesab edirəm ki, X5 X3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığına görə iddia ərizəsini icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizəni qəbul edilməsindən imtina haqqında qərardad çıxarır.Bu qərardaddan şikayət verilə bilməz. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 153 263-264 və 279-cu maddələrini rəhbər tutaraq, qərar verdim: X5 X3 Cavabdeh qarşı “Pul” tələbinə dair iddia ərizəsini qəbul etməkdən imtina edilsin. Qərardadın surəti, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı Bərdə X1ytarılsın. Məhkəmənin hakimi: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-1383/2020
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1383/2020
13.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver