Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1401/2021 29.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı "xxxx" MM QBKT-nin nümayəndəsi L.Şadlinskayanın iştirakı ilə "xxxx" MM QBKT-nin Cavabdeh2 və X2 qarşı borc tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MM QBKT Cavabdeh2 və X2 qarşı borc tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclular Cavabdeh2 və X1 müştərək qaydada **********7760 saylı kredit müqaviləsi üzrə 1129 ABŞ dolları əsas borcun, 278 ABŞ dolları faiz borcunun, 10.23 ABŞ dolları cərimə borcunun, cəmi 1417.23 ABŞ dolları borcun, **********3413 saylı kredit müqaviləsi üzrə, 1129 manat əsas borcun, 278 manat faiz borcunun, 10.23 manat cərimə borcunun, cəmi 1417.23 manat borcun, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MM QBKT iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 15 yanvar 2016-cı il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 22.79% dərəcəsi olmaqla 24 ay müddətinə 1200 ABŞ dolları və 1200 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 64 ABŞ dolları və 64 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərinin icrasına təminat olaraq Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. 15.01.2016-cı il tarixli, ******* saylı kredit müqaviləsi 01.06.2016-cı il tarixli **********3413 və **********7760 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1129 ABŞ dolları və 1129 manat, faiz 0 manat və cərimə 0 manat müəyyən edilmişdir. Beləliklə 27.05.2021ci il tarixinə olan maliyyə arayışına əsasən 01.06.20216-cı il tarixli **********3413 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1129 manat əsas, faiz borcu üzrə 278 manat, cərimə borcuna görə 10.23 manat olmaqla cəmi 1417.23 manat, 07.05.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən 01.06.2021-ci il tarixli **********7760 saylı kredit müqaviləsi üzrə, borcun məbləği 1129 ABŞ dolları əsas, faiz borcu üzrə 278 ABŞ dolları, cərimə borcuna görə 10.23 ABŞ dolları olmaqla cəmi 1417 ABŞ dolları təşkil edir. Buna görə də cavabdehlər Cavabdeh2 və X1 ümumilikdə 1417.23 ABŞ dolları və 1417.23 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı "xxxx" MM QBKT-nin nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2 və X3 məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, iddiaçının işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini, cavabdehlərin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olsa da, məhkəmə iclasına heç bir üzürlü səbəb olmadan gəlməməsini əsas götürərək işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki,"xxxx" MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 15 yanvar 2016-cı il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 22.79% dərəcəsi olmaqla 24 ay müddətinə 1200 ABŞ dolları və 1200 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərinin icrasına təminat olaraq Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. 15.01.2016cı il tarixli, ******* saylı kredit müqaviləsi 01.06.2016-cı il tarixli **********3413 və **********7760 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuşdur. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən hər ay ödəniş etməli olduğu halda borclu Cavabdeh2 ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri cəmiyyətə ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədikləri üçün 1417.23 ABŞ dolları və 1417.23 manat məbləğində borc yaranmış, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə kredit müqaviləsi bağlayıb üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə sözügedən tələblə müraciət etməkdə tam haqlıdır. Odur ki,iddia əsaslı olduğu üçün təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 və X1 müştərək qaydada **********7760 saylı kredit müqaviləsi üzrə 1129 ABŞ dolları əsas borc, 278 ABŞ dolları faiz borcu, 10.23 ABŞ dolları cərimə borcu olmaqla cəmi 1417.23 (bir min dörd yüz on yeddi dollar iyirmi üç sent) ABŞ dolları borc ödəniş gününə məzənnə üzrə manatla tutularaq "xxxx" MMM QBKT-nin xeyrinə ödənilsin. Cavabdeh2 və X1 müştərək qaydada **********3413 saylı kredit müqaviləsi üzrə 1129 manat əsas borc, 278 manat faiz borcu, 10.23 manat cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu cəmi 1447.23 (bir min dörd yüz qırx yeddi manat iyirmi üç qəpik) manat tutularaq "xxxx" MMM QBKT-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində cavabdeh tərəfindən qətnamənin ləğvi üçün Ağdaş Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verə bilərlər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1401/2021
Ağdaş Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(014)-1401/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver