Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1418/2020 20.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı BOKT «xxxxxxxxx» MMC-nin nümayəndəsi Musayev Seymur Əlövsət oğlunun iştirakı ilə, İddiaçı BOKT «xxxxxxxx» MMC-nin Cavabdeh qarşı «kreditin ödənilməsi, girov predmetinə tutma yönəldilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT «xxxxxxxxx» MMC-nin Cavabdeh qarşı «kreditin ödənilməsi, girov predmetinə tutma yönəldilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh «15» noyabr 2016-cı il tarixili, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 670.05 (altı yüz yetmiş 05 qəpik) manat, faiz borcu üzrə 0.00 (sıfır) manat, cərimə üzrə 0.00 (sıfır) manat olmaqla ümumilikdə 670.05 (altı yüz yetmiş 05 qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində pul vəsaitinin BOKT «xxxxxxxxx» MMC-nin xeyrinə tutulması, tutmanın xx xxxxxx 2016-cı il tarixli, girov müqaviləsinə əsasən qoyulmuş Cavabdeh məxsus 116 ABŞ dolları dəyərində olan çəkisi 5.7 qram 750 əyar üzük briliyantla, 152 ABŞ dolları dəyərində olan çəkisi 10.3 qr olan 583-585 əyyar üzük 4(dörd) ədəd və 96 ABŞ dolları dəyərində olan çəkisi 6 qr olan 583 əyyar boyunbağı+sırqa 1(bir) cüt qızıl-zinyət əşyalarına yönəldilməsi və həmin əşyaların hərracda satılmasına, satışdan əldə olunan vəsaitin BOKT «xxxxxxxx» MMC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 Təşkilatı “X1” MMC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış «15» noyabr 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə «16» noyabr 2020-ci il tarixə qədər aylıq qalıq borcun 0 % dərəcəsini tətbiq etməklə 2459 (iki min dörd yüz əlli doqquz) manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1,2.2 və 4.1-ci bəndləri). X2 Təşkilatı “X1” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxx” MMC-yə satılmışdır. (güzəşt edilmişdir). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı X2 Təşkilatı "xxxxxxxxx" MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi xx xxxxxx 2016-ci il tarixli girov müqaviləsinə əsasən Cavabdeh məxsus 116 ABŞ dolları dəyərində olan çəkisi 5.7 qr olan, 750 əyar üzük briliyantla, 152 ABŞ dolları dəyərində olan çəkisi 10.3 qr olan 583-585 əyyar üzük 4(dörd) ədəd və 96 ABŞ dolları dəyərində olan çəkisi 6 qr olan 583 əyyar boyunbağı+sırqa 1(bir) cüt qızıl-zinyətəşyaları X2 Təşkilatı “X1” MMCyə girov qoyulmuşdur. Bildiririk ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında “Azərbaycan Respublikası prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədi ilə Azərbaycan Respublikası Maliyyə bazarlarına Nəzarət Palatası tərəfindən təqdim edilən kompensasiyaya düşən şəxslərin siyahısına əsasən iş üzrə cavabdehə kompensasiyaya düşüb-düşməməsi dəqiqləşdirilmişdir. Belə ki, dövlət büdcəsi vəsaiti hesabına həmin cavabdehə görə iddiaçıya kompensasiya ödənilməmişdən əvvəl Cavabdeh kredit müqaviləsi üzrə BOKT “X1” MMC-yə 1418.31 AZN əsas borcu, 0 AZN faiz borcu və 141.83 AZN cərimə borcu olmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanın icrası məqsədilə həmin əsas borcdan 748.26 AZN dövlət büdcəsi hesabına ödənilmiş, 0 AZN faiz borcu və 141.83 AZN cərimə borcu isə BOKT “X1” MMC tərəfindən həmin şəxsə kompensasiya düşdüyündən tam olaraq silinmişdir. Cavabdeh xx xxxx 2020-ci il tarixli arayışa əsasən BOKT “xxxxxxxx” MMC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 670.05 (altı yüz yetmiş 05 qəpik)manat, faiz borcu üzrə 0.00 (sıfır) manat, cərimə üzrə 0.00 (sıfır) manat olmaqla ümumilikdə 670.05 (altı yüz yetmiş 05 qəpik) manat təşkil edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT «xxxxxxxx» MMC-nin nümayəndəsi Musayev Seymur Əlövsət oğlu məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehməhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş BOKT “xxxxxxxx” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan məlum olurki, Cavabdeh BOKT “xxxxxxxx” MMC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 670.05 (altı yüz yetmiş 05 qəpik)manat, faiz üzrə 0.00 (sıfır) manat, cərimə 0.00 (sıfır) manat, olmaqla ümumlikdə 670.05 (altı yüz yetmiş 05 qəpik)manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2016-cı il tarixli LD/16320/00134 saylı kredit müqaviləsindən məlum olur, X2 Təşkilatı “X1” MMC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış «15» noyabr 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə «16» noyabr 2020-ci il tarixə qədər aylıq qalıq borcun 0 % dərəcəsini tətbiq etməklə 2459 (iki min dörd yüz əlli doqquz) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2016-cı il tarixli LD/16320/00134 saylı girov müqaviləsindən məlum olur ki, Cavabdeh 116 ABŞ dolları dəyərində olan çəkisi 5.7 qram 750 əyar üzük briliyantla, 152 ABŞ dolları dəyərində olan çəkisi 10.3 qr olan 583- 585 əyyar üzük 4(dörd) ədəd və 96 ABŞ dolları dəyərində olan çəkisi 6 qr olan 583 əyyar boyunbağı+sırqa 1(bir) cüt qızıl-zinyətəşyaları X2 Təşkilatı “X1” MMC-yə girov qoyulmuşdur. İş materiallarına əlavə olunmuş qızıl və zinət əşyalarının götürülməsi haqqında xx xxx 2014-cü il tarixli AH-1627 saylı qızıl və zinət əşyalarının götürülməsi haqqında aktdan məlum olur ki, 116 ABŞ dolları dəyərində olan çəkisi 5.7 qram 750 əyar üzük briliyantla, 152 ABŞ dolları dəyərində olan çəkisi 10.3 qr olan 583-585 əyyar üzük 4(dörd) ədəd və 96 ABŞ dolları dəyərində olan çəkisi 6 qr olan 583 əyyar boyunbağı+sırqa 1(bir) cüt qızılzinyət əşyaları qiymətləndirilmiş və Filialın /Kredit meneceri tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2016-cı il tarixli LD/16320/00134 saylı kredit müqaviləsinə Əlavə №1 ödəniş qrafikindən məlum olur ki, Cavabdeh48 (qırx səkkiz) ay müddətinə «16» noyabr 2020-ci il tarixə qədər aylıq qalıq borcun 0 % dərəcəsini tətbiq etməklə hər ay 52.00 manat olmaqla 2459 (iki min dörd yüz əlli doqquz) manat məbləğində kredit verilmişdir Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsidə vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünun nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 445.2.1-ci maddəsində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 465.2-ci maddəsində göstərilir ki, Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.
279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, X2 Təşkilatı “X1” MMC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış «15» noyabr 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə «16» noyabr 2020ci il tarixə qədər aylıq qalıq borcun 0 % dərəcəsini tətbiq etməklə 2459 (iki min dörd yüz əlli doqquz) manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin sazişlə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı barədə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi xx xxxxxx 2016-cı il tarixli girov müqaviləsinə əsasən Cavabdeh məxsus 116 ABŞ dolları dəyərində olan çəkisi 5.7 qram 750 əyar üzük briliyantla, 152 ABŞ dolları dəyərində olan çəkisi 10.3 qr olan 583-585 əyyar üzük 4(dörd) ədəd və 96 ABŞ dolları dəyərində olan çəkisi 6 qr olan 583 əyyar boyunbağı+sırqa 1(bir) cüt qızıl-zinət əşyaları X2 Təşkilatı “X1” MMC-yə girov qoyulmuşdur. Nəticədə banka borcu yaranmışdır. BOKT «xxxxxxxxxxx» MMC Cavabdeh cəmi 670.05 (altı yüz yetmiş 05 qəpik) manat məbləğində borcunun yarandığını bildirir və həmin məbləği cavabdehdən tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehlərdən tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və xx.xx.2020-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi tələb edilən əsas, faiz və cərimə borcu məbləği hissəsində əsaslıdır. Ödəniş qəbzindən görünür ki, 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.--1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 670.05 (altı yüz yetmiş 05 qəpik) manat, xx xxxxxx 2020-ci il tarixli hesablanmış faiz borcu üzrə 0.00 (sıfır) manat, cərimə üzrə 0.00 (sıfır) manat olmaqla ümumilikdə 670.05 (altı yüz yetmiş 05 qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində pul vəsaitinin BOKT «xxxxxxxx» MMC-nin xeyrinə tutulmalı, tutmanın xx xxxxxx 2016-cı il tarixli, girov müqaviləsinə əsasən qoyulmuş Cavabdeh məxsus 116 ABŞ dolları dəyərində olan çəkisi 5.7 qram 750 əyar üzük briliyantla, 152 ABŞ dolları dəyərində olan çəkisi 10.3 qr olan 583-585 əyyar üzük 4(dörd) ədəd və 96 ABŞ dolları dəyərində olan çəkisi 6 qr olan 583 əyyar boyunbağı+sırqa 1(bir) cüt qızıl-zinət əşyalarına yönəldilməli və həmin əşyalar hərracda satılmalı, satışdan əldə olunan vəsait BOKT «xxxxxxxxx» MMC-nin xeyrinə ödənilməli, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borc cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 30 AZN pul tutularaq iddiaçıya qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci, 225-227-ci, 233-cü maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehdən Cavabdeh 670.05 (altı yüz yetmiş 05 qəpik) manat, xx xxxxxx 2020-ci il tarixli hesablanmış faiz borcu üzrə 0.00 (sıfır) manat, cərimə üzrə 0.00 (sıfır) manat olmaqla ümumilikdə 670.05 (altı yüz yetmiş 05 qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində pul vəsaitinin BOKT «xxxxxxxx» MMC-nin xeyrinə tutulmalı, tutmanın xx xxxxxx 2016-cı il tarixli, girov müqaviləsinə əsasən qoyulmuş Cavabdeh məxsus 116 ABŞ dolları dəyərində olan çəkisi 5.7 qram 750 əyar üzük briliyantla, 152 ABŞ dolları dəyərində olan çəkisi 10.3 qr olan 583-585 əyyar üzük 4 (dörd) ədəd və 96 ABŞ dolları dəyərində olan çəkisi 6 qr olan 583 əyyar boyunbağı+sırqa 1(bir) cüt qızıl-zinət əşyalarına yönəldilsin və həmin əşyalar hərracda satılsın, satışdan əldə olunan vəsaitin BOKT «xxxxxxxx» MMC-nin xeyrinə ödənilsin, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borc cavabdehdən tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Hakim: Nizam Əliyev.