Məhkəmə qərarları › İş №2(014)-1422/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1422/2024

16.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1422/2024 16.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı X5 iştirakı ilə İddiaçı X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı süni maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı süni maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli, 01 saylı qərarı və JN:1752A saylı (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Ağdaş şəhəri, M.İsayev küçəsi, 4/2 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi mərhum anası X6, mərhum qardaşı X13, mərhumun arvadı olan Cavabdeh1 və mərhumun uşaqları olan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin ünvanda yerləşən 0.1294 ha həyətyanı torpaq sahəsi isə Ağdaş İHB-nın 05 yanvar 2006-cı il tarixli 01 saylı Sərəncamı ilə mərhum anam X1 mülkiyyətinə verilmişdir və bu barədə adına Dövlət Torpaq kadastrı kitabında xx.xx.2011-ci il tarixdə 3/537 nömrə ilə qeydiyyata alınmış sriya A 328022 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədi işlənmişdir. O, 03 mart 1983cü ildə X9 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuş, nikah bağlanandan sonra “Nağdıyeva" soyadını qəbul etmişdir. Mərhum atası X10 xx.xx.1970-ci ildə, anası X6 isə xx.xx.2010-cu ildə Ağdaş şəhərində vəfat etmişdir. Mərhum anasının ölümündən sonra ondan ünvan 2 ünvanda miras qalmış torpağın mülkiyyətə verilməsinə dair JF-1752 A nömrəli şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə olan 0.06 ha həyətyanı torpaq sahəsindən ona çatası payına düşən hissəsinə və A 328022 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən mülkiyyətində olan 0.1294 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahələrində yerləşən fərdi yaşayış evinə vərəsəlik işinin açılması ilə əlaqədar Ağdaş rayon notariat ofisinə müraciət etmişdir. Vərəsəlik işinin açılması üçün həmin həyətyanı torpaq sahələrinin və üzərində yerləşən fərdi yaşayış evinin DƏDRK publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsində qeydiyyatdan keçirilməsi və hüquqların dövlət qevdivyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport olmadığından notariat ofisi mərhum anasının adına həmin çıxarış və pasportun verilməsi üçün məktubla qeyd edilən İdarəyə müraciət etmişdir. Fərdi yaşayış evini və həyətyanı torpaq sahəsinin mülkiyyət hüququ əsasında qeydə alınması məqsədi ilə DƏDRK PMŞ-n 17 saylı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcı mühəndisi yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsini inventarlaşdırmaq məqsədi ilə həyətə getmişdir. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ölçü işlərinin aparılmasına etiraz edərək mütəxəssisə müayinə və ölçü işləri aparmağa süni manelər törətmişdir. Ona görə də orada inventarlaşma işlərinin aparılması mümükün olmamışdır. Bu barədə həmin idarə tərəfindən ona rəsmi məlumat verilmişdir. Bütün bunlara görə, yəni cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o mərhum anasının ölümündən sonra vərəsəlik işini davam etdirə bilmir. Mərhum anası X1 ölümündən sonra Ağdaş şəhəri, M.İsayev küçəsi, 4/2 ünvanında ondan miras qalmış torpağın mülkiyyətə verilməsinə dair JF- 1752 A nömrəli şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə olan 0.06 ha həyətyanı torpaq sahəsindən ona çatası payına düşən hissəsinə və A 328022 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən mülkiyyətində olan 0.1294 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahələrində yerləşən fərdi yaşayış evinə vərəsəlik işinin açılması ilə əlaqədar DƏDKR Publik hüquqi şəxin 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər Cavabdeh1. Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılan süni maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı X11 iddia ərizəsində göstərilənlərə uyğun izahat iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatı dinləyib və işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin materiallarında olan Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı və JN – 1752A saylı (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Ağdaş şəhəri ərazisində X1, X8, Cavabdeh1 Müğdət qızının, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə 0,06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Ağdaş şəhəri ərazisindən X3 Ağdaş rayon İHB-nın xx.xx.2006-cı il tarixli, 01 nömrəli sərəncamı ilə 1293,64 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş rayon VVAQ tərəfindən 27 noyabr 1997-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1957-ci il tarixdə anadan olmuş, atası X12, anası X4r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsinin 28 iyul 2015-ci il tarixli, AZ-İ № 732343 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2010-cu il tarixdə ürək qan damar çatışmamazlığından ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsinin 29 iyul 2015-ci il tarixli, AZ-İ № 732351 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1970-ci il tarixdə xroniki bronxitdən ölmüşdür. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən X5 nümayəndəsi X2 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2-3365/2024 saylı məktubdan görünür ki, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı və JN – 1752A saylı (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi əsasında Ağdaş şəhəri, M.İsayev küçəsi, 4/2 ünvanında X1, X8, Cavabdeh1 Müğdət qızının, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə 0,06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Eyni zamanda Ağdaş rayon İHB-nın xx.xx.2006-cı il tarixli, 01 nömrəli sərəncamı ilə Ağdaş şəhəri, M.İsayev küçəsi, 4/2 ünvanında X3 1293,64 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı X11 həyətyanı torpaq sahəsinə və həmin torpaq sahələrində yerləşən fərdi yaşayış evinə vərəsəlik işinin açılması ilə əlaqədar Ağdaş rayon notariat ofisinə müraciət etmiş, vərəsəlik işinin açılması üçün həmin həyətyanı torpaq sahələrinin və üzərində yerləşən fərdi yaşayış evinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsində qeydiyyatdan keçirilməsi və hüquqların dövlət qevdivyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport olmadığından notariat ofisi mərhum anasının adına həmin çıxarış və pasportun verilməsi üçün məktubla etmişdir. 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşlarına mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu da iddiaçının özünə məxsus torpağından istifadə hüquqlarının pozulmasına səbəb olur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X5 cavabdehlər Cavabdeh1, iddiaçı X5 mərhum anası X1 ölümündən sonra Ağdaş şəhəri, M.İsayev küçəsi, 4/2 ünvanında ondan miras qalmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə olan 0,06 ha həyətyanı torpaq sahəsindən ona çatası payına düşən hissəsinə və torpaq sahəsinin planı və ölçüsünə əsasən mülkiyyətində olan 0.1294 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahələrində yerləşən fərdi yaşayış evinə vərəsəlik işinin açılması ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı süni maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilsin. İddiaçı X5 mərhum anası X1 ölümündən sonra Ağdaş şəhəri, M.İsayev küçəsi, 4/2 ünvanında ondan miras qalmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə olan 0,06 ha həyətyanı torpaq sahəsindən ona çatası payına düşən hissəsinə və torpaq sahəsinin planı və ölçüsünə əsasən mülkiyyətində olan 0.1294 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahələrində yerləşən fərdi yaşayış evinə vərəsəlik işinin açılması ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar