Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1446/2021 29.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi ilə "xxxx" MMC-nin Cavabdeh qarşı Pul tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 04.05.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********46696 olan Huawei Y5 Lite markalı telefon üçün 160 manat ödənilməmiş hissənin, 16 manat cərimə borcunun, 20.06.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********98645 olan Samsung galaxy A01 markalı telefon, 2 ədə aksesuar, qulaqlıq, povver bank üçün 340.20 manat ödənilməmiş hissənin, 34.80 manat cərimə borcunun, 10.08.2020ci il tarixli müqavilə üzrə İMEİ kodu **********46113 olan Samsung galaxy A10 markalı telefon üçün 275.60 manat ödənilməmiş hissənin, 27.40 manat cərimə borcunun, ümumilikdə 854 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmənin 16.07.2021-ci il tarixli qərardadı ilə iş üzrə əlavə araşdırmaya ehtiyac olduğu üçün iş iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbi haqqında iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə 04.05.2020-ci il, 20.06.2020-ci il və 10.08.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********46696 olan Huawei Y5 Lite markalı telefon, İMEİ kodu **********98645 olan Samsung galaxy A01 markalı telefon, 2 ədəd aksesuar, qulaqlıq, povver bank, İMEİ kodu **********46113 olan Samsung galaxy A10 markalı telefon almış və nəticədə 854 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 257 manat olan İMEİ kodu **********46696 olan Huawei Y5 Lite markalı telefon üçün ümumilikdə 176 manat olmaqla ondan 160 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16 manat cərimə borcu, 20.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 511.20 manat olan İMEİ kodu **********98645 olan Samsung galaxy A01 markalı telefon, 2 ədəd aksesuar, qulaqlıq, povver bank üçün ümumilikdə, 375 manat olmaqla ondan 340.20 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34.80 manat cərimə borcu, 10.08.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı 414.60 manat olan İMEİ kodu **********46113 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 303 manat olmaqla, 275.60 ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27.40 manat cərimə borcu vardır. Cavabdehin ödədiyi məbləğ 407 manat təşkil edir. Odur ki, Cavabdeh "xxxx" MMCnin xeyrinə ümumilikdə 854 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı "xxxx" MMC-nin baş direktoru məhkəməyə teleqrama göndərərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, işə iştirakları olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir, məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh 4.05.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********46696 olan Huawei Y5 Lite markalı telefon üçün 160 manat ödənilməmiş hissə, 16 manat cərimə borcu, 20.06.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********98645 olan Samsung galaxy A01 markalı telefon, 2 ədəd aksesuar, qulaqlıq, povver bank üçün 340.20 manat ödənilməmiş hissə, 34.80 manat cərimə borcu, 10.08.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********46113 olan Samsung galaxy A10 markalı telefon üçün 275.60 manat ödənilməmiş hissə, 27.40 manat cərimə borcu, ümumilikdə 854 manat borcu qalmışdır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddianın məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu tələbinə dair hissəsi də təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 04.05.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********46696 olan Huawei Y5 Lite markalı telefon üçün 160 manat ödənilməmiş hissə, 16 manat cərimə borcu, 20.06.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********98645 olan Samsung galaxy A01 markalı telefon, 2 ədəd aksesuar, qulaqlıq, povver bank üçün 340.20 manat ödənilməmiş hissə, 34.80 manat cərimə borcu, 10.08.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********46113 olan Samsung galaxy A10 markalı telefon üçün 275.60 manat ödənilməmiş hissə, 27.40 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 884 manat (səkkiz yüz səksən dörd) tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1446/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1446/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver