Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1447/2021 06.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı Pul tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavadeh Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddiaçı "xxxx" MMC iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə 02.04.2019-cu il, 18.12.2019-cu il və 18.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********01143 olan Samsung Galaxy J4 markalı telefon, LG LED TV, İMEİ kodu **********38726 olan X1 8 markalı telefon almış və nəticədə 2767 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 468 manat (18 ay x 26 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********01143 olan Samsung Galaxy C4 markalı telefon üçün ümumilikdə, 266 manat olmaqla ondan, 204 manat ödənilməmiş hissə, güzəşt olaraq 62 manat dəbbə pulu, 18.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1348.20 manat (18 ay x 74.9 manat + 0 manat ilkin ödəniş) olan LG LED TV üçün ümumilikdə, 1704 manat olmaqla, ondan 1348.20 manat ödənilməmiş hissə, 355.80 manat dəbbə, 18.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 613.20 manat (12 ay x 51.1 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********38726 olan X1 8 markalı telefon üçün ümumilikdə, 797 manat olmaqla, ondan 613.20 manat ödənilməmiş hissə, 183.80 manat dəbbə olmaqla, cəmi 2767 manat miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 264 manat təşkil edir. Odur ki, Cavabdeh "xxxx" MMC-nin xeyrinə cəmi 2767 manat manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı "xxxx" MMC-nin baş direktoru məhkəməyə teleqram göndərərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, işə iştirakları olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir, məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh "xxxx" MMC ilə 02.04.2019-cu il, 18.12.2019-cu il və 18.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********01143 olan Samsung Galaxy J4 markalı telefon, LG LED TV, İMEİ kodu **********38726 olan X1 8 markalı telefon almış və nəticədə 2767 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 468 manat olan İMEİ kodu **********01143 olan Samsung Galaxy J4 markalı telefon üçün ümumilikdə, 266 manat olmaqla ondan, 204 manat ödənilməmiş hissə, güzəşt olaraq 62 manat dəbbə pulu, 18.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1348.20 manat olan LG LED TV üçün ümumilikdə, 1704 manat olmaqla, ondan 1348.20 manat ödənilməmiş hissə, 355.80 manat dəbbə, 18.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 613.20 manat İMEİ kodu **********38726 olan X1 8 markalı telefon üçün ümumilikdə, 797 manat olmaqla, ondan 613.20 manat ödənilməmiş hissə, 183.80 manat dəbbə olmaqla, cəmi 2767 manat miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 264 manat təşkil edir, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılıması istisna edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, hər üç müqavilə üzrə əsas borc tam məbləğdə, 02.04.2019-cu il tarixli müqavilə üzrə dəbbə pulu 10 manat məbləğində, 18.12.2019-cu il tarixli müqavilə üzrə dəbbə pulu 20 manat məbləğində, 18.12.2019-cu il tarixli müqavilə üzrə dəbbə pulu 10 manat təmin məbləğində edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 02.04.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********01143 olan Samsung Galaxy J4 markalı telefon üçün 204 manat əsas borc, 10 manat dəbbə pulu, 18.12.2019-cu il tarixli müqaviləyə əsasən, LG LED TV üçün 1348.20 manat əsas borc, 20 manat dəbbə pulu, 18.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********38726 üçün 613.20 manat əsas borc, 10 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 2235.40 manat (iki min iki yüz otuz beş manat, qırx qəpik) tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1447/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1447/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver