Məhkəmə qərarları › İş №2(014)-1448/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1448/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1448/2021 13.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 24.11.2019-cu il tarixli müqaviləsinə əsasən, X3, Dolab, Tumba, Termo, Doshek Uretan, Alyans-Masa Verona, Venetsıya FS-5 mebel, Alyans-Tv-alti Verona və Samsung LED TV almış və nəticədə 3921 (üç min doqquz vüz iyirmi bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2472 (iki min dörd yüz yetmiş iki) manat (20 ay x 122 manat + 32 manat ilkin ödəniş) X3, Dolab, Tumba, Termo, Doshek Uretan, Alyans-Masa Verona, Venetsıya FS-5 mebel, Alyans-Tv-alti Verona üçün ümumilikdə. 2309 (iki min üç yüz doqquz) manat olmaqla ondan. 1907 (min doqquz yiiz yeddi) manat ödənilməmiş hissə, 402 (dörd yüz iki) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1358 (min üç yüz əlli səkkiz) manat (18 ay x 75 manat + 8 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə, 1612 (min altı yüz on iki) manat olmaqla ondan, 1275 (min iki yiiz yetmiş beş) manat ödənilməmiş hissə, 337 (üç yüz otuz yeddi) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 648 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa. Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X1 məhkəməyə teleqram ünvanlayaraq iştrakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, işsiz olduğuna görə borcundan ödəniş etməmişdir. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İşin materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə ünvanlanmış 26.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 26.05.2021-ci il tarixə 24.11.2019-cu il tarixli, 01071679 saylı müqaviləyə əsasaən İddiaçı MMC-yə əsas borc üzrə 1907 manat, cərimə borcu üzrə 402 manat, 24.11.2019-cu il tarixli, 01071788 saylı müqaviləyə əsasaən İddiaçı MMC-yə əsas borc üzrə 1275 manat, cərimə borcu üzrə 337 manat, cəmi 3921 manat borcu qalmışdır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İşin materiallarında olan İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış 24.11.2019-cu il tarixli, № 01071679 saylı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 20 ay müddətinə ayda 122 manat ödəmək şərti ilə, ilkin ödəniş 32 manat olmaqla dəyəri 2472 manat olan, X3, Dolab, Tumba, Termo, Doshek Uretan, Alyans-Masa Verona, Venetsıya FS-5 mebel, Alyans-Tv-alti Verona verilmişdir. İşin materiallarında olan İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış 24.11.2019-cu il tarixli, № 01071788 saylı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 75 manat ödəmək şərti ilə, ilkin ödəniş 8 manat olmaqla dəyəri 1358 manat olan Samsung LED TV verilmişdir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 23.07.2021-ci il tarixli bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən müqaviləyə əsasən pul ilə bağlı xəbərdar olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış 24.11.2019-cu il tarixli, № 01071679 saylı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 20 ay müddətinə ayda 122 manat ödəmək şərti ilə, ilkin ödəniş 32 manat olmaqla dəyəri 2472 manat olan, X3, Dolab, Tumba, Termo, Doshek Uretan, Alyans-Masa Verona, Venetsıya FS-5 mebel, Alyans-Tv-alti Verona verilmişdir, 24.11.2019-cu il tarixli, № 01071788 saylı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 75 manat ödəmək şərti ilə, ilkin ödəniş 8 manat olmaqla dəyəri 1358 manat olan Samsung LED TV verilmişdir. Cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun İddiaçı MMC-yə əsas borc üzrə 3182 manat, cərimə borcu üzrə 739 manat, cəmi 3921 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə saltılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə saltılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə saltılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə saltılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının saltıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə saltıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək müvafiq olaraq cərimə borcu 40 manat və 30 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 24.11.2019-cu il tarixli, № 01071679 saylı müqaviləsinə əsasən əsas borc üzrə 1907 manat, cərimə borcu üzrə 40 manat, 24.11.2019-cu il tarixli, № 01071788 saylı müqaviləsinə əsasən əsas borc üzrə 1275 manat, cərimə borcu üzrə 30 manat, cəmi 3252 manat məbləğində borc məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 24.11.2019-cu il tarixli, № 01071679 saylı müqaviləsinə əsasən əsas borc üzrə 1907 manat, cərimə borcu üzrə 40 manat, 24.11.2019-cu il tarixli, № 01071788 saylı müqaviləsinə əsasən əsas borc üzrə 1275 manat, cərimə borcu üzrə 30 manat, cəmi 3252 manat məbləğində borc məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar