Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1450/2021 14.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 16.02.2019-cu il, 27.07.2019-cu il, 04.08.2019-cu il və 17.09.2018-ci il tarixli müqaviləsinə əsasən, Playstatıon-4 Sony, Xiaomi Mi AirDots qulaqlıq, Nikon D7500 fotoaparat, İMEİ kodu **********86550 olan Samsung Galaxy A6 markalı telefon almış və nəticədə 2999 (iki min doqquz yüz doxsan doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.02.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 902 (doqquz yiiz iki) manat (12 ay x 66 manat + 110 manat ilkin ödəniş) Playstatıon-4 Sony üçün ümumilikdə. 171 (yüz yetmiş bir) manat olmaqla ondan, 132 (yüz otuz iki) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 132 (yüz otuz iki) manat (6 ay x 22 manat - 0 manat ilkin ödəniş) Xiaomi Mi AirDots qulaqlıq üçün ümumilikdə, 12 (on iki) manat olmaqla ondan, 12 (on iki) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2562 (iki min beş yiiz altmış iki) manat (18 ay x 134 manat + 150 manat ilkin ödəniş) Nikon D7500 fotoaparat üçün ümumilikdə, 2448 (iki min dörd yüz qırx səkkiz) manat olmaqla ondan, 1886 (min səkkiz yiiz səksən altı) manat ödənilməmiş hissə, 562 (beş yüz altmış iki) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.09.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 936 (doqquz yiiz otuz altı) manat (24 ay x 39 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********86550 olan Samsung Galaxy A6 markalı telefon üçün ümumilikdə, 368 (üç yüz altmış səkkiz) manat olmaqla ondan, 287 (ikiyiiz səksən yeddi) manat ödənilməmiş hissə, 81 (səksən bir) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 2215 manat təşkil edir. İddiaçı MMC-nin nümayəndəsi X1 məhkəməyə teleqram ünvanlayaraq iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış 16.02.2019-cu il tarixli, № 00517335 saylı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 66 manat ödəmək şərti ilə, ilkin ödəniş 110 manat olmaqla dəyəri 902 manat olan, Playstatıon-4 Sony verilmişdir. İşin materiallarında olan İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış 27.07.2019-cu il tarixli, № 00808562 saylı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 6 ay müddətinə ayda 22 manat ödəmək şərti ilə, ilkin ödəniş 0 manat olmaqla dəyəri 132 manat olan Xiaomi Mi AirDots qulaqlıq verilmişdir. İşin materiallarında olan İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış 04.08.2019-cu il tarixli, № 00824047 saylı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 134 manat ödəmək şərti ilə, ilkin ödəniş 150 manat olmaqla dəyəri 2562 manat olan, Nikon D7500 fotoaparat verilmişdir. İşin materiallarında olan İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış 17.09.2018-ci il tarixli, № 00300251 saylı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 24 ay müddətinə ayda 39 manat ödəmək şərti ilə, ilkin ödəniş 0 manat olmaqla dəyəri 936 manat olan, İMEİ kodu **********86550 və **********86558 olan Samsung Galaxy A6 markalı telefon verilmişdir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 10.06.2020-ci il tarixli bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən müqaviləyə əsasən pul ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə ünvanlanmış 25.05.2021ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 25.05.2021-ci il tarixə 16.02.2019-cu il tarixli, № 00517335 saylı müqaviləyə əsasaən İddiaçı MMC-yə əsas borc üzrə 132 manat, cərimə borcu üzrə 39 manat, 27.07.2019-cu il tarixli, № 00808562 saylı müqaviləyə əsasaən İddiaçı MMC-yə əsas borc üzrə 12 manat, cərimə borcu üzrə 0 manat, 04.08.2019-cu il tarixli, № 00824047 saylı müqaviləyə əsasaən İddiaçı MMC-yə əsas borc üzrə 1886 manat, cərimə borcu üzrə 562 manat, 17.09.2018-ci il tarixli, № 00300251 saylı müqaviləyə əsasaən İddiaçı MMC-yə əsas borc üzrə 287 manat, cərimə borcu üzrə 81 manat, cəmi 2999 manat borcu qalmışdır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış 16.02.2019-cu il tarixli, № 00517335 saylı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 66 manat ödəmək şərti ilə, ilkin ödəniş 110 manat olmaqla dəyəri 902 manat olan, Playstatıon-4 Sony verilmişdir. İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış 27.07.2019-cu il tarixli, № 00808562 saylı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 6 ay müddətinə ayda 22 manat ödəmək şərti ilə, ilkin ödəniş 0 manat olmaqla dəyəri 132 manat olan Xiaomi Mi AirDots qulaqlıq verilmişdir. İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış 04.08.2019-cu il tarixli, № 00824047 saylı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 134 manat ödəmək şərti ilə, ilkin ödəniş 150 manat olmaqla dəyəri 2562 manat olan, Nikon D7500 fotoaparat verilmişdir. İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış 17.09.2018-ci il tarixli, № 00300251 saylı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 24 ay müddətinə ayda 39 manat ödəmək şərti ilə, ilkin ödəniş 0 manat olmaqla dəyəri 936 manat olan, İMEİ kodu **********86550 və **********86558 olan Samsung Galaxy A6 markalı telefon verilmişdir. Cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun İddiaçı MMC-yə əsas borc üzrə 2317 manat, cərimə borcu üzrə 682 manat, cəmi 2999 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə saltılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə saltılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə saltılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə saltılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının saltıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə saltıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək müvafiq olaraq cərimə borcu 13 manat, 188 manat və 28 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 16.02.2019-cu il tarixli, № 00517335 saylı müqaviləyə əsasən əsas borc üzrə 132 manat, cərimə borcu üzrə 13 manat, 27.07.2019-cu il tarixli, № 00808562 saylı müqaviləyə əsasən əsas borc üzrə 12 manat, cərimə borcu üzrə 0 manat, 04.08.2019-cu il tarixli, № 00824047 saylı müqaviləyə əsasən əsas borc üzrə 1886 manat, cərimə borcu üzrə 188 manat, 17.09.2018-ci il tarixli, № 00300251 saylı müqaviləyə əsasən əsas borc üzrə 287 manat, cərimə borcu üzrə 28 manat, cəmi 2546 manat borc məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16.02.2019-cu il tarixli, № 00517335 saylı müqaviləyə əsasən əsas borc üzrə 132 manat, cərimə borcu üzrə 13 manat, 27.07.2019-cu il tarixli, № 00808562 saylı müqaviləyə əsasən əsas borc üzrə 12 manat, cərimə borcu üzrə 0 manat, 04.08.2019-cu il tarixli, № 00824047 saylı müqaviləyə əsasən əsas borc üzrə 1886 manat, cərimə borcu üzrə 188 manat, 17.09.2018-ci il tarixli, № 00300251 saylı müqaviləyə əsasən əsas borc üzrə 287 manat, cərimə borcu üzrə 28 manat, cəmi 2546 manat borc məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1450/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1450/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver