Məhkəmə qərarları › İş №2(014)-146/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-146/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-146/2025 04.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiаçı İddiaçı, Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «borc» tələbinə dаir işə Ağdaş Rayon Məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «borc» tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Cavabdeh İddiaçı xeyrinə 28000 (iyirmi səkkiz min) manat borcun tutulması barədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı ünvana yaxın küçədə yaşayan əvvəllər tanıdığı cavabdeh 2022-ci ilin avqust ayının 31-də ona yaxınlaşaraq qardaşı oğluna toy etmək məqsədi ilə qardaşının evinin cari təmiri, toy avadanlıqlarının o cümlədən qızıl-zinət əşyalarının alınması üçün onların 35000 manat pula ehtiyaclarının olduğunu bildirərək ondan borc istəmişdir. O cavabdehi yaxından tanıdığına görə ona həmin tarixdə 34000 manat borc pul vermiş və cavabdehlə aralarında sadə yazılı formada 31 avqust 2022-ci il tarixdə borc müqaviləsi bağlanaraq hər ikisi tərəfindən imzalanmışdır. Borc müqaviləsinin 2.2.1-ci bəndinin şərltərinə görə Cavabdeh ondan borc aldığı 34000 manat pulu 31 avqust 2024-cü il tarixədək tam həcmdə qaytarmalı idi. Cavabdeh həmin 34000 manat puldan ona yaşa görə pensiyaya çıxandan sonra özünün dediyinə görə bankdan kredit götürərək 6000 manat qaytarmışdır. Bundan sonra dəfələrlə cavabdehdən ona borclu olduğu 28000 manat pulu ona qaytarmasını xahiş və tələb etsə də cavabdeh müxtəlif bəhanələrlə ona olan borcunu qaytarmamış, bununla da ona verdiyi vədə və üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, ona olan 28000 manat borcunu bu günə qədər qaytarmamışdır. Ona görə də o məcburiyyət qarşısında qalaraq cavabdehə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, Cavabdeh ilə aralarında bağlanaraq imzalanmış müqavilə ikitərəfli əqd olaraq ona hazırda 28000 manat borcunun olmasını təsdiq edən sənəd kimi borcun etirafı barədə olan iradəsinin ifadəsidir. İddiаçı İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh ilə bir küçədə qonşudurlar. 34000 manat borcundan 6000 manatını ödəmiş, 28000 manatı qalmışdır. Ona görə də məhkəmədən iddiasının təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, iddiaçı ilə qonşudur. İddia tələbi ilə razıdır. İddiaçıdan pul götürmüş, kredit götürərək həmin borcdan birazını ödəmiş, lakin qalan borcunu ödəyə bilməmişdir. Cavabdeh 03 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə verərək iddia tələbini qəbul etdiyini, borcunu hissə-hissə ödəməyə söz verdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş matеriallarını tədqiq еdərək hеsab еdir ki, iddia təmin еdilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 31 avqust 2022-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 34000 manat məbləğində borc almışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş gəlir məlumatından görünür ki, Cavabdeh 311.36 manat məbləğində müavinət alır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş gəlir məlumatından görünür ki, İddiaçı valideyinlərinə görə 600 manat və yaşa görə 540.72 manat məbləğində müavinət alır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh 2022ci ilin avqust ayının 31-də 34000 manat borc pul vermiş və cavabdehlə aralarında sadə yazılı formada 31 avqust 2022-ci il tarixdə borc müqaviləsi bağlanaraq hər ikisi tərəfindən imzalanmışdır. Borc müqaviləsinin 2.2.1-ci bəndinin şərltərinə görə Cavabdeh ondan borc aldığı 34000 manat pulu 31 avqust 2024-cü il tarixədək tam həcmdə qaytarmalı idi. Lakin cavabdeh iddiaçıya borclu olduğu puldan 6000 manatını qaytarmış, qalan 28000 manat məbləğində pulu isə iddiaçıya qaytarmamışdır. Cavabdeh məhkəmə iclasında iddiaçıya olan borcunu etiraf etmiş və borcunu qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Yuxarıda qeyd edilən hüquq normalarını məhkəmə iclasında müəyyən edilmiş işin faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında borc münasibətləri yaranmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh borc öhdəliyini icra etməkdən imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 28000 manat borc alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20. maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 28000 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 174 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ЕTDİ: İddiа təmin еdilsin. Cavabdeh 28000 (iyirmi səkkiz min) manat pul alınaraq İddiaçı xeyrinə verilsin. İddiaçının ödəməkdən azad edildiyi 174 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) məhkəməsinə apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar