Məhkəmə qərarları › İş №2(014)-1462/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1462/2023

09.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1462/2023 09.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 23 aprel 2006-cı il tarixdə rəsmi nikah qeyd etdirərək evlənmişlər. Birgə nikahlarından 05 iyul 2007-ci il təvəllüdlü X8 və 20 sentyabr 2011-ci il təvəllüdlü X6 doğulmuşdur. Birgə yaşadıqları dövrdə cavabdehlə ilə münasibətləri normal olmuşdur. Lakin sonralar aralarında narazılıqlar baş verdiyindən faktiki olaraq ayrı yaşayırlar. Ağdaş Rayon Məhkəməsinin 2(014)-195/2022 saylı 07 fevral 2007-ci il tarixli qətnaməsi ilə Cavabdeh 13 dekabr 2021-ci il tarixdən başalayaraq 20 sentyabr 2011-ci il təvəllüdlü X6 və 05 iyul 2007-ci il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Belə ki, uşaqlar böyüdüyündən onların xərcləri də artmışdır. Cavabdeh uşaqların saxlanmalarında əlavə olaraq maddi köməklik göstərmir. Özü heç yerdə işləmir. Uşağın saxlanılmasında maddi çətinlik çəkir. Ancaq bugünədək cavabdeh alimentdən başqa uşaqları ilə maraqlanmamış və heç bir maddi yardım göstərməmişdir. Buna görə də hesab edir ki, alimentin miqdarı artırılmalı, hər ay cavabdehdən yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün 220 manat məbləğində aliment tutulmalıdır. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq İddiaçı ilə aralarında mediator X5 iştirakı ilə xx.xx.2021-ci il tarixli Barışıq Sazişi imzalanmış və mediatorun möhrü ilə təsdiqlənmişdir. Həmin Barışıq sazişinin 2-ci maddəsinin 2.1-ci bəndində qeyd edilmişdir ki, tərəflər razılığa gəlirlər ki, ikinci tərəf Saziş imzaladıqdan sonra 1-ci tərəfə onların ümumi övladları olan X4 və X1 üçün uşaqlar yetkinlik yaşına, yəni 18 (on səkkiz) yaşına çatanədək bank hesabına hər ay hər uşaq üçün 100 (yüz) manat, cəmi (iki yüz) manat məbləğində vəsaiti ödəyəcəkdir. Sazişin 2.5-ci maddəsində qeyd edilimişdir: Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. O, həmin Sazişin şərtlərinə riayyət edərək hər ay uşaqlar üçün nəzərdə tutulan alimenti vaxtı-vaxtında ödəmişdir. Bununla bağlı ödəniş qəbzləri mövcuddur. Yəni, tərəfindən Barışıq Sazişinin şərtləri pozulmamışdır. Hal-hazırda iddiaçının alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etməsi Barışıq Sazişinin şərtlərinə İddiaçı tərəfindən riayyət edilməməsi anlamına gəlir. Bundan əlavə, iddiçı iddia ərizəsində heç yerdə işləmədiyini qeyd edib. Bu, tamamilə yanlış məlumatdır, iddiaçı hal-hazırda Ağdaş şəhər Bəkir Nəbiyev adına 3№-li tam orta məktəbdə müəllim kimi çalışır. İddiaçı həm də iddia ərizəsində onun alimentdən savayı uşaqları ilə maraqlanmadığını və heç bir maddi yardım göstərmədiyini qeyd etmişdir. Halbuki bu özü ağ yalandır, uşaqlar daimi onlara gəlir, uşaqlara gücləri çatandan pal-paltar alırlar, ciblərinə pul qoyur. Uşaqlar bu baradə məhkəmədə dindirilə bilər. O, xx.xx.2019-cu il tarixdə X7 ilə yenidən nikaha daxil olmaqla 2-ci dəfə e vlənmişdir və sonuncu nikahından xx.xx.2019-cu il təvəllüdlü X9 doğulmuşdur. 2011-ci ildən Fövqaladə Hallar Nazirliyinin X11 Xüsusi xilasetmə hissəsinin xilasedici-sürücü vəzifəzində çalışır. Bu işindən başqa heç bir yerdə işləmir. Başqa heç bir daimi və ya müvəqqəti qazanc və gəlir gətirən işlə məşğul olmamış və məşgul olan deyildir. Aylıq vəzifə maaş 859.45 (səkkiz yüz əlli doqquz manat, qırx beş qəpik) manat, vergilər çıxıldıqdan sonra isə aylıq gəliri cəmi 750 (yeddi yüz əlli) manat 60 qəpik təşkil edir. Doğrudur uşaqlarının saxlanması ilə əlaqədar ailə qanunvericiliyinə əsasən üzərinə düşən vəzifələrini yaxşı dərk edir. Çox təəssüf ki, yalnız aylıq əmək haqqısından savayı heç bir gəlir (qazanc) yeri olmadığı səbəbindən iddiaçıya hazırda ödədiyi alimentin miqdarından artıq məbləğdə aliment ödəməyi mümkün deyildir, onun buna imkanları qəti şəkildə yoxdur. Hal-hazırda "xxxx" ASC-ə 14700 manat kredit borcu da mövcuddur. AR Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ona görə ki, alimentin miqdarının artırılmasını zəruri edən qanun normalarının tələbinə əsasən ötən müddət ərzində onun maddi vəziyyətində müsbətə doğru hər hansı dəyişikliyin olduğu heç bir əsasla sübut edilmir. Əksinə ailə üzvlərinin sayında ən azı bir azyaşlı və bir nəfər də uşağa qulluq etməli olan arvadı vardır ki, əslində onları da özü saxlamalıdır. Hesab edir ki, daha əvvəllərdən təyin olunmuş alimentin miqdarının artırılması ədalətli hesab oluna bilməz və bunun ödənilməsi onun imkanları xaricində olmuş olacaqdır. Qeyd edilənləri İddiaçı ona qarşı hazırkı 220 (iki yüz iyirmi) manat miqdarında alimentin artırılması və xx.xx.2011-ci ildə anadan olmuş X6 və xx.xx.2007-ci ildə anadan olmuş X4 18 yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat məbləğində alimentin ondan alınıb iddiaçının xeyrinə verilməsinə dair iddiasının əsassız olduğundan rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, eyni zamanda məhkəməyə ərizə ilə müraciət edərək cavabdehdən hər ay hər uşaq üçün 150 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq 760 manat məbləğində əmək haqqı aldığını, ikinci dəfə evləndiyini və ikinci evliliyindən bir uşağının doğulduğunu bildirərək iddianın qismən təmin edilərək müəyyən edilmiş alimentin artırılaraq hər ay hər uşaq üçün 150 manat məbləğində müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 18 iyul 2007-ci il tarixdə Ağdaş rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ, № 955539 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 05 iyul 2007-ci il tarixdə Ağdaş şəhərində doğulmuşdur, atası Cavabdeh, anası isə X2r. İşin materiallarında olan 04 oktyabr 2011-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ, № 754983 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 20 sentyabr 2011-ci il tarixdə Ağdaş şəhərində doğulmuşdur, atası Cavabdeh, anası isə X2r. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-195/2022 saylı 07 fevral 2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, idianın qismən təmin edilməsi, 28 aprel 1984-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Cavabdeh 13 dekabr 2021-ci il tarixdən başlayaraq, 20 sentyabr 2011-ci il təvəllüdlü X6 və 05 iyul 2007-ci il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 05 iyul 2007-ci il təvəllüdlü X8 və 20 sentyabr 2011-ci il təvəllüdlü X6 doğulmuşdur, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşayırlar, Ağdaş Rayon Məhkəməsinin 2(014)-195/2022 saylı 07 fevral 2007-ci il tarixli qətnaməsi ilə Cavabdeh 13 dekabr 2021-ci il tarixdən başlayaraq, 20 sentyabr 2011-ci il təvəllüdlü X6 və 05 iyul 2007-ci il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasının tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşağın mənafeyini, onun saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 120 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini, sonuncu dəfə alimentin müəyyən olunduğu vaxtdan təqribən 1 ilə yaxın müddət keçdiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 150 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 05 iyul 2007-ci il təvəllüdlü X8 və 20 sentyabr 2011ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, İddiaçı ilkin mediasiya sessiyası zamanı ödədiyi pulun 25 manatı Cavabdeh tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatadək olduqda 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatdan aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 05 iyul 2007-ci il təvəllüdlü X8 və 20 sentyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddiaçı ilkin mediasiya sessiyası zamanı ödədiyi pulun 25 manatı Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar