Məhkəmə qərarları › İş №2(014)-1463/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1463/2020

30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1463/2020 30.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi F.Kərimovanın katibliyi ilə «xxxxxxxxxxx» MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı Pul tələbi haqqında iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «xxxxxxxxxxx» MMC Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 «xxxxxxxxxxx» MMC-nin xeyrinə 163 manat əsas borcun, 38 manat cərimə borcu, cəmi 201 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi haqqında iddiasını onunla əsaslandırmışdır ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqaviləsinə əsasən Cavabdeh1 cəmi məbləği 2399 manat məbləğində Samsung markalı soyuducu və LED tv almış, bir müddət borc üzrə ödəniş etsə də,hazırda 163 manat əsas və 38 manat cərimə olmaqla,cəmi 201 manat borc yaranmışdır. Cavabdeh1 öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh2 Cavabdeh1 «xxxxxxxxxxx» MMC qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. Müqavilə üzrə öhdəliklərini tam icra etməyən Cavabdeh1 və Cavabdeh2 163 manat əsas borc, 38 manat cərimə borcu olmaqla, cəmi 201 manat borcu qalmışdır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. İddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, Cavabdeh1 və Cavabdeh2 «xxxxxxxxxxx» MMC-nin xeyrinə 163 manat əsas borcun, 38 manat cərimə borcu, cəmi 201 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması xahiş edilir. İddiaçı «xxxxxxxxxxx» MMC-nin baş direktoru məhkəməyə teleqrama göndərərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini,işə iştirakları olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir,məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqaviləsinə əsasən Cavabdeh1 cəmi məbləği 2399 manat məbləğində Samsung markalı soyuducu və LED tv almış,bir müddət borc üzrə ödəniş etsə də,hazırda 163 manat əsas və 38 manat cərimə olmaqla,cəmi 201 manat borc yaranmışdır. Cavabdeh1 öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh2 Cavabdeh1 «xxxxxxxxxxx» MMC qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. Müqavilə üzrə öhdəliklərini tam icra etməyən Cavabdeh1 və Cavabdeh2 163 manat əsas borc, 38 manat cərimə borcu olmaqla, cəmi 201 manat borcu qalmışdır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. İddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara və göstərilən qanunların tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddianın məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumu tələbinə dair hissəsi də təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 163 manat əsas borcun, 38 manat cərimə borcu və 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 221 manat (iki yüz iyirmi bir manat) tutularaq «xxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar