Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1466/2021 09.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin dekabr ayında o, Ağdaş şəhəri H.Əliyev prospektində, Nəbiyev Rövşənə məxsus dəmirçi sexinə, ona məxsus evin dam örtüyünün təmiri məqsədi ilə müraciyət etmişdir. Rövşən həmin işi görməyi yanında işləyən qardaşı oğlu, Cavabdeh həvalə etmişdir. Cavabdeh sözü gedən evin damına baxdıqdan sonra onunla qiymət barədə razılaşmış və cavabdeh iş üçün lazım olan materialı almaq üçün ondan 72 (yetmiş iki) manat pul almışdır. Lakin daha sonra cavabdeh öhdəsinə götürdüyü işi icra etməmişdir. Buna görə o, dəfələrlə cavabdehin ********** nömrəri telefonuna zəng edərək ondan işini görməsini tələb etmişdir. Cavabdeh əvvəl işi görəcəyinə söz versə də, daha sonra zənglərinə cavab verməmişdir. Buna görə də o, haqqını tələb etmək üçün dəfələrlə cavabdehin yaşadığı Ağdaş şəhəri Aşağı Zeynəddin kəndinə getmişdir. Orada onu qarşılayan cavabdehin atası Elşən oğlunun səhv etdiyini və işin görüləcəyini, yaxud həmin pulun ona qaytarılacağını söz vermişdir. Daha sonra Elşən ona **********, ********** nömrələri ilə zəng edərək müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Buna görə o, RPŞ-yə və İqtisadiyyat Nazirliyinin qaynar xəttinə zəng edərək bu haqda şikayət etmişdir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ona ünvanlanan məktubda cavabdehlə və onun atası ilə əlaqə saxlanıldığını və cavabdehə öhdəliyi icra etməsi tapşırıldığını və cavabdehin öhdəliyi yerinə yetirmədiyi təqdirdə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu izah olunub. Buna baxmayaraq indiyə qədər cavabdeh öhdəliyinə götürdüyü işi görməmiş, yaxud ondan aldığı pulu qaytarmamışdır. Cavabdehin onu aldatması nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. O, yaşadığı ünvandan dəfələrlə cavabdehin yaşadığı ünvana və onun işlədiyi yerlərə gedərək xərclədiyi yol xərci, ərizələrin tərtibi və poçt rüsumları üçün ümumilikdə 50 (əlli) manat vəsait xərcləmişdir. Bundan başqa cavabdehin onu aldatmasına görə mənəvi iztirab və əzab çəkmiş, vaxt itkisinə məruz qalmış və buna görə müəyyən qədər gəlir itkisi ilə üzləşmişdir. Bu səbəbdən ona 100 (yüz) manat mənəvi zərər dəymişdir. Cavabdeh ona vurduğu ümümilikdə 222 (iki yüz iyirmi iki) manat maddi və mənəvi zərəri könüllü ödəməkdən yayındığından aralarında yaranmış dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair mülki mübahisə məhkəmə qaydasında həll edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarına olan Ağdaş rayon Polis şöbəsinin TB-nin sahə rəisi Rahib Abdullayev tərəfindən verilmiş 19.04.2021-ci il tarixli arayışdan görünür ki, 08.04.2021-ci il tarixlərdə Ağdaş şəhəri, Səbuhi Səlimoğlu küçəsi, ev 4-də yaşayan İddiaçı Ağdaş rayon Polis şöbəsinə müraciət edərək 2020-ci ilin dekabr ayında Əmrah adlı ustaya evini təmir etdirmək üçün 72 manat pul verdiyini, lakin evini təmir etmədiyini və pulunu geri qaytarmadığını bildirməsi ilə əlaqədar icraatına 132-6514Q-3121 nömrəli material daxil olmuşdur. Tərəfindən aparılmış araşdırma zamanı ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, ona Ağdaş şəhəri, Səbuhi Səlimoğlu küçəsi, ev 4-də yaşayan İddiaçı Ağdaş rayon Polis şöbəsinə etdiyi müraciətlə əlaqədar izahat verməsini bildirmiş, telefon danışığı zamanı adının Cavabdeh olduğunu, hal-hazırda Bakı şəhərində yaşadığını və işlədiyini izahat vermək üçün Ağdaş rayonuna gələ bilməyəcəyini, İddiaçı ona vermiş olduğu 72 manat pulu imkanı olanda geri verəcəyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı 72 manat almış və qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bundan əlavə, məhkəmə iddia tələbinin 50 manat əlavə xərclərə və 100 manat mənəvi zərərə görə pul tələbinə dair hissədə iddia ərizəsinə qiymət verərək hesab edir ki, iddiaçı tələbinin bu hissəsini əsaslandırmaq üçün məhkəməyə sübut təqdim etmədiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin qismən edilməli, Cavabdeh 72 (yetmiş iki) manat pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 72 (yetmiş iki) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1466/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1466/2021
09.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver