Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-148/2023 26.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi X9 kаtibliyi İddiаçı İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «pul» tələbinə dаir işə 26 aprel 2023-cü il tаriхdə Ağdaş rayon Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, M Ü Ə Y Y Ə N Е T D İ: İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «pul» tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Ağdaş rayonunun Abad yaşayan Cavabdeh xx.xx.2014-cü il tarixdə Ağdaş rayonu Şıxlı kəndində vəfat etmiş X6 mülkiyyətində olan buraxılış ili 1998-ci il, VAZ-21061 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı minik avtomobilini və dövlət qeydiyyat nişanını əsassız varlanmaq məqsədi ilə satmaqla qardaşının ölümündən sonra qanun üzrə vərəsə kimi ona ümumilikdə vurmuş olduğu zərərin əvəzi 6700 (altı min yeddi yüz) manat və dövlət rüsumu hesabına ödəmiş olduğu 87 (səksən yeddi) manat, cəmi 6787 (altı min yeddi yüz səksən yeddi) manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıхаrılmаsını хаhiş еtmişdir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qardaşı X14 xx.xx.2014-cü il tarixdə Ağdaş rayonu Şıxlı kəndində vəfat etmişdir. Ondan miras əmlak olaraq torpaq sahələri, avtomobil və s. qalmışdır. Qardaşı vəfat etdiyi vaxt birinci növbə sayılacak vərəsələri - atası, anası, arvadı, uşaqları olmadığından o və X1 onun qanun üzrə ikinci növbə vərəsələri olmuşlar. Mərhu qardaşından miras qalmış əmlakı faktiki olaraq özü qəbul edərək həmin əmlak üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirmişdir. X1 xx.xx.2021-ci il tarixdə öz vərəsəlik hüququnu rəsmiləşdirməmiş vəfat etmiş və yeganə vərəsə o qalmışdır. Bacısının vəfatından sonra vərəsəlik hüququnu həyata keçirmək istiqamətində iddiası əsasında Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(014)- 1780/2021 saylı qətnaməsi ilə mirasın qəbulu müddətinin uzadılması qət edildi. Bundan sonra ərizə ilə Ağdaş rayon notariat ofisinə müraciət etmişdir. Ağdaş rayon notariat ofisində xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş 2V-485 və 2V-486 reyestr nömrəli vərəsəlik şəhadətnamələri ilə qardaşı X6 adına olan Ağdaş rayonu Şıxlı kəndində yerləşən 0.4653 hektar kənd təsərrüfatı təyinatlı və 0.117 hektar həyətyanı torpaq sahələri üzərində vərəsəlik hüququ tanınmış, lakin qanun üzrə vərəsəlik hüququ haqqında həmin şəhadətnamələrdə miras əmlakdakı pay nisbəti göstərilməmişdir. Ona görə də mərhum qardaşından qalan mirası faktiki qəbul etdiyindən, cavabdeh X16 Feyruzovna mirası qəbul etmədiyindən o Ağdaş rayon notariat ofisinə müraciət edərək sözügedən qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə düzəliş edilərək pay nisbətinin göstərilməsini xahiş etmişdir. Lakin Ağdaş rayon notariat ofisi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsaslanaraq özünün 782 nömrəli, 29 dekabr 2021-ci il tarixli məktubu ilə şəhadətnamədə pay nisbətini göstərməkdən imtina etmişdir. Bundan sonra o iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək Ağdaş rayon notariat ofisində xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş 2V-485 və 2V-486 reyestr nömrəli vərəsəlik şəhadətnamələri ilə qardaşı X6 adına olan Ağdaş rayonu Şıxlı kəndində yerləşən 0.4653 ha və 0.117 ha torpaq sahələri üzərində tanınmış pay hüququnun nisbətinin tam hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Ağdaş Rayon Məhkəməsinin 2(014)- 323/2022 saylı, 30 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bununla da o mərhum qardaşının ölümündən sonra qanun üzrə vərəsə kimi onun ölümündən sonra miras qalmış əmlaka tam irs almışdır. Mərhum qardaşı X11 xx.xx.1998-ci il tarixdən özünə məxsus olan “VAZ-21061” markalı ** BA *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmək üçün xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 19 saylı Notariat Kontorunda reyestrdə 7E-20011 nömrə ilə qeyd edilmiş ƏN-İİ №567928 nömrəli xx.xx.2023-cü il tarixədək qüvvədə olan sərəncam vermək hüquqlu etibarnamə ilə Cavabdeh vermişdir. Cavabdeh mərhum qardaşının xx.xx.2014-cü il tarixdə Ağdaş rayonu Şıxlı kəndində vəfat etdiyini bildiyi halda, onun ondan miras qalmış əmlaka vərəsəlik işi açdırdığını öyrənərək mərhum qardaşının ona etibar etdiyi mübahisə predmeti olan minik avtomobilini qanunsuz varlanmaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə mərhum qardaşı X3 adından qeydiyyatdan çıxararaq Ağdaş rayonu Abad kənd sakini X7 adına qeydiyyata aldırmışdır, daha doğrusu minik avtomobilini 5200 manata ona satmışdır. Avtomobilin ** BA *** dövlət qeydiyyat nişanını isə ayrılıqda 1500 manata başqa şəxsə satmışdır. Halbuki, Cavabdeh mərhum qardaşının xx.xx.2014- cü il tarixdə Ağdaş rayonu Şıxlı kəndində vəfat etdiyini, o vəfat etdiyi üçün etibarnamənin qüvvəsinə xitam verildiyini yaxşı bilirdi. Göründüyü kimi Cavabdeh mərhum qadaşının vəfat etdiyini, qardaşı tərəfdən ona verilmiş etibarnamənin qüvvəsini itirdiyini bildiyi halda, həmin minik avtomobilini və dövlət nömrə nişanını əsassız varlanmaq məqsədi ilə sataraq pulunu mənimsəməklə ona ümumilikdə 6700 manat zərər vurmuşdur. İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və məhkəməyə ərizə təqdim edərək iş üzrə cаvаbdеh Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Cаvаbdеh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izаhаtını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiа təmin еdilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nin Şıxlı kənd İcra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İ 656672 saylı ölüm haqqında şəhadıtnamınin surətindən məlum olur ki, X12 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 016-69742 M-3222 saylı məktubdan məlum olur ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Ağdaş rayonu Şıxlı kəndində qeydiyyatda olan X4 adına xx.xx.1998-ci il tarixdə “VAZ-21061” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, nəqliyyat vasitəsi təqdim edilmiş xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 19 saylı Notariat Konturunda reyestrdə 7E-20011 nömrəsi ilə qeyd edilmiş ƏN-İİ ******* nömrəli xx.xx.2023-cü il tarixədək qüvvədə olan sərəncam vermək hüquqlu etibarnamə əsasında onun adından çıxış edən nümayəndələr tərəfindən xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi ilə C.Cəmiyevin adından qeydiyyatdan çıxarılaraq Ağdaş rayonu, Abad kəndində qeydiyyatda olan X7 adına təkra qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR Vergilər Nazirliyində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış Əmlak Qiymətləndirmə MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 0034 saylı rəydən məlum olur ki, “VAZ-21061” markalı ** BA *** dövlət qeydiyyat nişanlı 1998-ci il buraxılışlı, mühərriki 9152333, ban nömrəsi 1583180, Boz ağ rəngli minik avtomobilinin hazırki bazar qiymətinə əsasən qiymətləndirilməsini avtomobil satış bazarları ilə araşdıraraq müəyyən etmişdir. Qeyd edilən avtomobilin hazırki orta bazar dəyəri 5200 manat avtomobilin ** BA *** dövlət qeydiyyat nişanı isə 1500 manat təşkil edir. Verilən mütəxəssis rəyinə görə yuxarıdakı göstərilən avtomobilin və dövlət qeydiyyat nişanının dəyəri orta bazar qiymətlərinə uyğundur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 64581-1221 saylı məktubdan məlum olur ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan idarəsinin kompüter uçot bazasına Ağdaş rayonu Şıxlı kəndində qeydiyyatda olan X4 adında xx.xx.1998-ci il tarixdən “VAZ-21061” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 309-666-1222 saylı məktubun surətindən məlum olur ki, “VAZ-21061” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən xx.xx.2022-ci il tarixdə X4 adından qeydiyyatdan çıxarılmış, elə həmin tarixdə Ağdaş rayonu Abad kəndində yaşayan X7 adına rəsmiləşdirilmişdir və 03BK243 dövlət qeydiyyat nişanı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(014)-323/2022 saylı qətnamənin surətindən məlum olur ki, iddia təmin edilmiş, Ağdaş rayon Notariat ofisində xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş 2V-485 və 2V-486 reyestr nömrəli vərəsəlik şəhadətnamələri ilə İddiaçı Siracddinovanın qardaşı X6 adına olan Ağdaş rayon Şıxlı kəndində yerləşən 0.4653 ha və 0.117 ha torpaq sahələri üzərində İddiaçı Siracəddinovanın tanınmış pay hüququnun nisbəti tam hissədə müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1057 saylı məktubdan məlum olur ki, Bakı şəhəri 19 saylı notariat ofisində X4 əvəzindən xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən rəsmiləşdirilmiş 7e-23000 reyestrli etibarnamə əsasənda çıxış edərək X15 03BA900 dövlət qeydiyyat nişanlı avtomobilə sərəncam verilməsinə dair Cavabdeh adına etibaranmə rəsmiləşdirilmişdir. “Elketorn notariat” Avtomatlaşdırılmış informasiya Sistemindən əldə edilmiş məlumata əsasən həmin etibarnamə əsasında xx.xx.2014-cü il tarixində X2 nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamə rəsmiləşdirilmişdir. Bundan başqa X4 adına və ya adından hər hansı əməliyyat aşkar olunmamışdır. Vətəndaş vəfat etdikdən sonra onun adına və ya onun adından verilmiş etibarnamələr öz qüvvəsini itirmiş hesab edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Dövlət notariat Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/01-M-220/13 saylı məktubdan məlum olur ki, “Elektron notariat” İnformaisya sistemində mərhum X4 adına və ya adına vəsiyyətnamənin qoyulması barədə məlumat aşkar edilməmişdir. Həmin informasiya sistemində mülkiyyətçi X4 adından 03BA900 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Bakı şəhəri 19 saylı notariat ofisində xx.xx.2012-ci, xx.xx.2012-ci il tarixlərdə Qubadlı rayon dövlət notariat ofisində xx.xx.2012-ci il tarixdə, Sumqayıt şəhəri 6 saylı dövlət notariat ofisində xx.xx.2012-ci il tarixdə, Bakı şəhəri 9 saylı notariat ofisində xx.xx.2012-ci il tarixdə və Ağdaş rayon notariat ofisində xx.xx.2014-cü il tarixdə etibarnamələrin verildiyi müəyyən edilmişdir. Notarial qaydad təsdiq edilmiş etikbarnamələr, həmçinin onların qeydə alındığı 2006-2021-ci illərə dair 7E indeksli notariat reyestrləri arxivə təhvil verilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2012-cı il tarixdə DİN BDYPİ QİŞ tərəfindən verilmiş ƏN 567928 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, “VAZ-21061” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil X8 məxsusdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən məlum olur ki, X5 adına olan “VAZ-21061” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçinin adından etibarnamə əsasında çıxış edən Cavabdeh vasitəsi ilə X7 adına özgəninkiləşdirilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının qardaşı X14 xx.xx.2014-cü il tarixdə Ağdaş rayonu Şıxlı kəndində vəfat etmişdir. Ondan miras əmlak olaraq torpaq sahələri, avtomobil və s. qalmışdır. Qardaşı vəfat etdiyi vaxt birinci növbə sayılacak vərəsələri - atası, anası, arvadı, uşaqları olmadığından o və X1 onun qanun üzrə ikinci növbə vərəsələri olmuşlar. Mərhum qardaşından miras qalmış əmlakı faktiki olaraq özü qəbul edərək həmin əmlak üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirmişdir. X1 xx.xx.2021-ci il tarixdə öz vərəsəlik hüququnu rəsmiləşdirməmiş vəfat etmiş və yeganə vərəsə o qalmışdır. Bundan sonra o iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək Ağdaş rayon notariat ofisində xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş 2V-485 və 2V-486 reyestr nömrəli vərəsəlik şəhadətnamələri ilə qardaşı X6 adına olan Ağdaş rayonu Şıxlı kəndində yerləşən 0.4653 ha və 0.117 ha torpaq sahələri üzərində tanınmış pay hüququnun nisbətinin tam hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-323/2022 saylı, 30 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bununla da o mərhum qardaşının ölümündən sonra qanun üzrə vərəsə kimi onun ölümündən sonra miras qalmış əmlaka tam irs almışdır. Mərhum qardaşı X11 xx.xx.1998-ci il tarixdən özünə məxsus olan “VAZ- 21061” markalı ** BA *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmək üçün xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 19 saylı Notariat Kontorunda reyestrdə 7E-20011 nömrə ilə qeyd edilmiş ƏN-İİ №567928 nömrəli xx.xx.2023-cü il tarixədək qüvvədə olan sərəncam vermək hüquqlu etibarnamə ilə Cavabdeh vermişdir. Cavabdeh iddiaçının mərhum qardaşının xx.xx.2014-cü il tarixdə Ağdaş rayonu Şıxlı kəndində vəfat etdiyini bildiyi halda, ondan miras qalmış əmlaka vərəsəlik işi açdırdığını öyrənərək mərhum qardaşının ona etibar etdiyi mübahisə predmeti olan minik avtomobilini qanunsuz varlanmaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə mərhum qardaşı X3 adından qeydiyyatdan çıxararaq Ağdaş rayonu Abad kənd sakini X7 adına qeydiyyata aldırmışdır, minik avtomobilini 5200 manata ona satmış, avtomobilin ** BA *** dövlət qeydiyyat nişanını isə ayrılıqda 1500 manata başqa şəxsə satmışdır. Cavabdeh mərhum qardaşının xx.xx.2014cü il tarixdə Ağdaş rayonu Şıxlı kəndində vəfat etdiyini, o vəfat etdiyi üçün etibarnamənin qüvvəsinə xitam verildiyini yaxşı bilirdi. Göründüyü kimi Cavabdeh mərhum qadaşının vəfat etdiyini, qardaşı tərəfdən ona verilmiş etibarnamənin qüvvəsini itirdiyini bildiyi halda, həmin minik avtomobilini və dövlət nömrə nişanını əsassız varlanmaq məqsədi ilə sataraq pulunu mənimsəməklə iddiaçıya ümumilikdə 6700 manat zərər vurmuşdur. İddiaçı cavabdehdən 6700 manat zərəri istəsə də, cavabdeh pulu iddiaçıya qaytarmamışdır. Cavabdeh 6700 manat pulu qaytarmaqdan imtina etdiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəхslər mülki hüquqlаrı öz mənаfеlərini gеrçəkləşdirmək üçün irаdələrinə uyğun оlаrаq əldə еdir və həyаtа kеçirirlər. Оnlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvеriciliyə zidd оlmаyаn hər hаnsı müqаvilə şərtləri qоymаqdа sərbəstdirlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. 360.2 Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. 365.1.2. etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi nəticəsində xitam verilir: 365.2. Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1243.3 Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1251. Mirasa daxil olan ayrı-ayrı əşyalar üzərində səlahiyyətsiz şəxsin sərəncam verməsinin nəticələri. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Yuxarıda qeyd edilən hüquq normalarını məhkəmə iclasında müəyyən edilmiş işin faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 6700 manat pul alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238, 239, 241-245-ci maddələrini rəhbər tutaraq
Q Ə T Е T D İ: İddiа təmin еdilsin. Cavabdeh 6700 manat pul və 87 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Ağdaş rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) ərizə verilə bilər. Qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra qiyabi qətnamədən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim N.M.Əliyev