Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1492/2024 04.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh birgə nikahlarından 06 aprel 2010-cu il tarixdə X3 və 14 yanvar 2014-cü il tarixdə X4 adlı övladları anadan olmuşdur. Birgə yaşadıqları dövrdə cavabdehlə ailə münasibətləri normal olmuşdur. Lakin sonralar aralarında narazılıqlar baş verdiyindən faktiki olaraq ayrı yaşayırlar. Məhkəmənin qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(014)-1390/2018 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan hər ay hər iki uşaq üçün 80 manat olmaqla cəmi 160 manat alimentin tutulması qətt edilmişdir. Əvvəllər özü işləyirdi və uşaqlara maddi dəstək olurdu, lakin hazırda işdən azad edilmişdir və heç bir yerdə işləmir. Belə ki, uşaqlar böyüdüyündən onların xərcləridə artmişdir. Cavabdeh uşağın saxlanmasında əlavə olaraq maddi köməklik göstərmir. Uşağın saxlanmasında maddi çətinlik çəkir. Buna baxmayaraq cavabdeh boşandıqdan sonra alimentdən savayı uşağı ilə maraqlanmamış və heç bir maddi yardım göstərməmişdir. Onun tələbatını ödəmək üçün iddiaçıya maddi dəstək olmur. Halbuki, cavabdeh işləyir və yüksək gəlir əldə edir. Bu vaxt ərzində uşağın necə yaşaması və hansı maddi çətinliklərlə böyüməsi barədə maraqlanmayıb. O, uşağının saxlamaq vəzifəsini yadından çıxarıb və təəssüf ki, bu məsuliyyəti hələ də dərk etməyib. Hal-hazırda uşağın bütün maddi xərclərini valideyinləri sayəsində çəkir və onlar iddiaçının ailəsinin himayəsində yaşayırlar. Bütün bunlara əsasən hesab edir ki, uşağın və iddiaçının diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçıdan uşağın saxlanması xərclərini ödəməlidir. Qeyd edir ki, məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, bundan sonra Mediyasiya Şurasına müraciət etmiş, lakin cavabdehlə mediyasiya qaydasında mübahisənin həll edə bilməmişlər. Mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Buna görədə hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(014)-1390/2018 saylı qətnaməsi ilə 06 aprel 2010cu il tarixdə X3 və 14 yanvar 2014-cü il tarixdə X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün tutulan 160 manat alimentin miqdarı artırılaraq 235 manat miqdarında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(014)-1390/2018 saylı qətnaməsi ilə 06 aprel 2010cu il tarixdə X3 və 14 yanvar 2014-cü il tarixdə X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün tutulan 160 manat alimentin miqdarı artırılaraq 235 manat miqdarında müəyyən edilməklə Cavabdeh tutularaq İddiaçı ödənilməsi, məhkəməyə müraciət etmək mediasiya sessiyasının keçrilməsi üçün ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq İddiaçı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğuin izahat verərək, iddia tələbində qeyd etdiklərini müdafiə etdiyini və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Səyyar Asan 9 tərəfindən verilmiş AZE № 11968354 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 14 yanvar 2014-cü il tarixdə Belarusiya, Qomel şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə Xatirə Səfərəliyeva. İşin materiallarında olan Səyyar Asan 9 tərəfindən verilmiş AZE № 11968393 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 06 aprel 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə Xatirə Səfərəliyeva. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli 2(014)-1390/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh 16 may 2018-ci il tarixdən başlayaraq 06 aprel 2010-cu il tarixdə X3 və 14 yanvar 2014-cü il tarixdə X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 80 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qətt edilmişdir. İşin materiallarında olan ilkin mediyasiya sessiyasından iştirak edilməməsi barədə 16 avqust 2024-cü il tarixli, MŞQ/MT035-604 seriyalı arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İMS xərci olan 50 manat pul İddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən ilə 14 yanvar 2014-cü il tarixdə X4 və 06 aprel 2010-cu il tarixdə X3 anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Ağdaş Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli 2(014)-1390/2018 saylı qətnaməsi ilə Cavabdeh 16 may 2018-ci il tarixdən başlayaraq 06 aprel 2010-cu il tarixdə X3 və 14 yanvar 2014-cü il tarixdə X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 80 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qətt edilmişdir. Hazırda iddiaçı övladı barəsində Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulmasını, eyi zamanda məhkəməyə müraciət etmək mediasiya sessiyasının keçrilməsi üçün ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, onların saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün tutulan 80 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq 150 manat məbləğində sabit pul məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, uşağın saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün tutulan 80 manat alimentin hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli 2(014)-1390/2018 saylı qətnaməsinə əsasən 06 aprel 2010-cu il tarixdə X3 və 14 yanvar 2014-cü il tarixdə X1 üçün hər ay hər uşaq üçün tutulan alimentin miqdarı artırılaraq 150 (yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat məbləğində müəyyən edilərək cavabdehdən tutulub İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, İddiaçı ilkin mediasiya sessiyası zamanı ödədiyi 50 manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1680 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 36,80 (otuz altı manat səksən qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli 2(014)- 1390/2018 saylı qətnaməsinə əsasən 06 aprel 2010-cu il tarixdə X3 və 14 yanvar 2014-cü il tarixdə X1 üçün hər ay hər uşaq üçün tutulan alimentin miqdarı artırılaraq 150 (yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat məbləğində müəyyən edillərək cavabdehdən tutulub İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı ilkin mediasiya sessiyası zamanı ödədiyi 50 manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 36,80 (otuz altı manat səksən qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1492/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1492/2024
04.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver