Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-150/2021 15.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «süni maneələrin aradan qaldırılması» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «süni maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-027B qeydiyyat nömrəli şəhadətnamə ilə ümumi mülkiyyətlərinə verilmiş torpaq sahəsinə çıxarış almaq DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni manelərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək izah etdi ki, mərhum X4 xx.xx.2005-ci il tarixdə və anası X6 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Ancaq bugünədək mərhuma məxsus əmlak payına miras bölgüsünə dair heç bir vərəsəlik işi açılmamışdır. Bu səbəbdən də birgə mülkiyyətlərində olan valideyinlərinə məxsus JN- 091F qeydiyyat nömrəli şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə çıxarış almaq zərurəti yaranmışdır. Bununla bağlı həmin torpaq sahəsinə adına çıxarış almaq üçün DƏDRX-nə müraciət etmişdir. Müraciətinə əsasən DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən torpaq sahəsinin ölçülməsi üçün mühəndis göndərilmişdir. Lakin həmin torpaq sahəsi hazırda Cavabdeh istifadəsində olduğu üçün Cavabdeh tərəfindən torpaq sahəsinin müayinəsinə şərait yaradılmamışdır. Halbuki cavabdehin həmin torpaq sahəsinə dair heç bir mülkiyyət hüququ yoxdur. Cavabdeh mühəndisi həyətə buraxmamaqla, yəni onlara qarşı müayinə və ölçü işləri aparmağa süni manelər törətmişdir. Bu səbəbdən torpaq sahəsində inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. DƏDRX-nin 17 say ərazi idarəsindən torpaq sahəsinin hüquqi sənədləşdirilməsi üçün müraciətindən imtina edilmişdir. Bütün bunlara görə, yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində torpaq sahəsinə çıxarış ala biməmişəm, mərhum X4 və mərhum anası X3 məxsus əmlak əmlak payına miras bölgüsünə dair heç bir vərəsəlik işi görə bilməmişdir. Cavabdehlə aralarında razılığa gələ bilmədiyi üçün hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Torpağın Mülkiyyətə verilməsinə dair JN-091F, (kod 90314028) saylı şəhadətnaməyə əsasən Şahmuradov Sırac oğlu, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1998-ci il tarixli 18 saylı qərarına əsasən Ağdaş rayon Kotanarx kəndi ərazisində 0.26 hektar torpaq sahəsi X10, X6 və Cavabdeh mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Yevlax ərazi idarəsinin xx xxxxxx 2019-cu il tarixli **********16 saylı Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən məlum olur ki, xx.xx.2019-cu il tarixində Ağdaş rayon, Kotanarx kəndində yerləşən fərdi yaşayış evini inventarlaşdırmaq məqsədi ilə özəl mərzçəkən MşMehdizadə ərazidiə qeyd olunan ünvana getmişdir. Məlum olmuşdur ki, fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi üzərində ailə üzvləri arasında mübahisə vardır. Mübahisə olduğu üçün ailə üzvləri tərəfindən müayinə işlərinin aparılmasına şərait yaradılmamışdır və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ağdaş rayon icra Hakimiyyəti Başçısının Nehrəxəlil kənd İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 24 saylı arayışdan məlum olur ki, İddiaçı 1968-ci ildə anadan olub, Ağdaş rayon, Kotanarx kəndində yaşayır., qeydiyyatdadır. (zəlzələdə evi uçmuş və Dövlətin köməkliyilə evi tikilmişdir.) İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay rayon Notariat ofisi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 1555 saylı arayışdan məlum olur ki, Ağdaş rayon, Kotanarx kəndində yaşayan İddiaçı miras şərikiniz olan Cavabdeh ilə aranızda Ağdaş rayon, Kotanarx kəndində yerləşən yaşayış evinə və torpaq sahəsinə dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün sizə Ağdaş rayon Məhkəməsinə müraciət etməyi məsləhət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay rayon Notariat ofisi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli 1060 saylı bildirişdən məlum olur ki, Ağdaş rayonu, Nehrəxəlil kəndində yaşayan Cavabdeh Sırac oğlu xx.xx.2019-cu il tarixdə ərizə ilə Göyçay rayon notariat ofisinə müraciət edərək, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X14ndan miras qalmış Ağdaş rayon Kotanarx yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi bildirmişdir, lakin mərhuç X8 adına həmin torpağa və evə dair hüquq müəyyənedici sənədin olmadığı üçün ona vərəsəlik hüququ haqqında şəhadətnaməs verilməsi mümkün deyil. Notariat ofisinə təqdim edilən sənədlərdən görünür ki, Cavabdeh sırac oğlu xx.xx.2005-ci il tarixdə vəfat etmiş X8 qanun üzrə vərəsəsidir.Yuxarıda göstərilənləri nəzərə alaraq bu məktubu sizə təqdim etmiş Cavabdeh Sırac oğlu vasitəsilə həmin əmlakın mərhum Şahmuradov Srac lçın oğluna məxsus olmasına dair Daşınmaz əmlakın Dövlət Reyestrndən çıxarış və texniki pasport verilməsinin mümkünlüyü məsələsinə baxılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Nehrəxəlil kənd iƏDİ-üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 668 saylı arayışdan məlum olur ki, X2 mərhum əri X10 nun adıına Ağdaş rayonu Nehrəxəlil kəndi inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 06 saylı təsərrüfatbaşına kitabının 411 saylı səhifəsində qeydə alınmış, DT və XK-si Ağdaş rayon Şöbəsi tərəfindən 1998-ci il tarixdə 18 saylı nömrə ilə qeydə alınmış, JN 091F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” yə əsasən (paylı) mülkiyyətdə olan 0.26 ha torpaq sahəsi üzərində yerləşən, 2013-cü ildə tikilmiş 1 mərtəbəli 2 otaqlı, ümumi sahəsi 0.56 kv.m olan fərdi yaşayış evi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Nehrəxəlil kənd iƏDİ-üzrə nümayəndəliyi tərəfindən verilmiş aktdan məlum olur ki, Kotanarx kənd sakini X9 öz mülkiyyətini, daşınan və daşınmaz əmlakın, heç bir təzyiq olmadan oğlu İddiaçı etibar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2013-cü il tarixli etibarnamədən məlum olur ki, X9 1930-cu il təvəllüdlü, Kotanarx kənd sakini hal-hazırda bir çatı altında oğlu İddiaçı ilə birlikdə yaşayır. Onun 6 övladı olmağına baxmayaraq, ona baxan, əziyyətini çəkən oğlu İddiaçıdur, odur ki, ona həyat yoldaşı X14ndan birgə yaşadığı dövrdə qalan bütün daşınan və daşınmaz əmlakını öz varlığı ilə, oğlu İddiaçı etibar edir. O, gələcəkdə həmin əmlakı-yəni həyətyanı torpağı, yaşayış evini satmağa və bağışlamağa ixtiyarı var. Əgər o ölərsə, ondan sonra həmin mülkün sahibi, oğlu İddiaçıdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli AZ-İİ 023288 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 xx.xx.2016-cı ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxxx 2016-cı il tarixdə 328 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli AZ-İİ 023294 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X14 xx.xx.2005-ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-cı il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 1277 saylı doğum haqqında arayışın surətindən məlum olur ki, X11 xx.xx.1951-ci il tarixdə Ağdaş rayon Korarax kəndində anadan olmuşdur. xx.xx.1951-ci ildə Ağdaş rayon Yenicə kənd i/N-yi tərəfindən 39 saylı doğum akt qeydi tərtib edilmişdir. X4, X1r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 1332 saylı doğum haqqında arayışın surətindən məlum olur ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Ağdaş rayon Kotanarx kəndində anadan olmuşdur. xx.xx.1968-ci ildə Ağdaş rayon Nehrəxəlil kənd i/N-yi tərəfindən 12 saylı doğum akt qeydi tərtib edilmişdir. X1r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 1333 saylı doğum haqqında arayışın surətindən məlum olur ki, Cavabdeh xx.xx.1970-ci il tarixdə Ağdaş rayon Kotanarx kəndində anadan olmuşdur. xx.xx.1970-ci ildə Ağdaş rayon Nehrəxəlil kənd i/N-yi tərəfindən 30 saylı doğum akt qeydi tərtib edilmişdir. X4, X1r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 1334 saylı doğum haqqında arayışın surətindən məlum olur ki, X12 xx.xx.1957-ci il tarixdə Ağdaş rayon Kotanarx kəndində anadan olmuşdur. xx.xx.1957-ci ildə Ağdaş rayon Cardam kənd i/N-yi tərəfindən 145 saylı doğum akt qeydi tərtib edilmişdir. X1r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 1336 saylı doğum haqqında arayışın surətindən məlum olur ki, X13 xx.xx.1955-ci il tarixdə Ağdaş rayon Kotanarx kəndində anadan olmuşdur. xx.xx.1955-ci ildə Ağdaş rayon Cardam kənd i/N-yi tərəfindən 51 saylı doğum akt qeydi tərtib edilmişdir. X4, X1r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 1341 saylı nikah haqqında arayışın surətindən məlum olur ki, X14 ilə X9 xx.xx.1976-cı il tarixdə 02 saylı nikah qeydi bağlamışlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146.1-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1156.1-ci maddəsinə əsasən əgər vəsiyyət edən vəsiyyətnaməni tərtib etdikdən sonra vəsiyyətnamədə nəzərdə tutulan daşınmaz əmlakı həmin əmlakla əlaqədar əmlakı əldə etmək yolu ilə artırarsa, vəsiyyətnamə tərtib edildikdən sonra əldə edilmiş əmlaka dair yeni sərəncam verilmədikdə bu əmlak mirasa daxil olmur. Mülkiyyət hüququ fundamental insan hüquqları sırasında mühum yer tutduğundan (Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, "İnsan Hüquqlarının və X7 haqqında" Avropa Konveniyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.4, 6.1.7-ci maddələri), mülkiyyətçinin hüququ təsbit olunmuş səlahiyyətləri, yəni ona məxsus əmlaka sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etməyinə dair mənafeyi naminə iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi boşaldılaraq, iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2 saylı Plenumunun Qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahələri ilə bağlı mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsi Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növlərini tanıyır və bütün mülkiyyət növlərinin bərabərhüquqlu olmasını və dövlət tərəfindən qorunmasını təsbit edir. Qeyd olunan maddənin 3-cü bəndində qeyd edilir ki, torpaq sahələri üzərində mülkiyyət hüqüqu mülkiyyətçisinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı mülkiyyətində olan JN-091F qeydiyyat nömərli şəhadətnamə ilə mülkiyyətinə verilmiş torpaq sahəsinə çıxarış almaq üçün DƏDRX-nə müraciət ertmiş və DƏDRX-nin 17 saylı Ərazi idarəsi tərəfindən torpaq sahəsinin ölçülməsi üçün mühəndis göndərilmiş, lakin həmin torpaq sahəsi hazırda Cavabdeh istifadəsində olduğu üçün Cavabdeh tərəfindən torpaq sahəsinin müayinəsinə şərait yaratmamış və inventarlaşma işləri aparılması mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, JN-027B qeydiyyat nömrəli şəhadətnamə ilə ümumi mülkiyyətlərinə verilmiş torpaq sahəsinə çıxarış almaq üçün DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni manelər aradan qaldırılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.21-ci maddəsinə əsasən, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. JN-027B qeydiyyat nömrəli şəhadətnamə ilə ümumi mülkiyyətlərinə verilmiş torpaq sahəsinə çıxarış almaq üçün DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni manelər aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-150/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-150/2021
15.02.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver