Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1500/2020 20.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı Borcun məcburi qaydada alınması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 400 manat əsas borcun və 79 manat cərimə borcunun, cəmi 441 manat borcun, həmçinin dövlət rüsumu hesabına ödədiyi 20 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına iddiasını müdafiə edərək bildirdi ki, cavabdeh xx xxxxxx 2015-ci il tarixdə ona məxsus Ağdaş şəhəri,M.Ə.Rəsulzadə küçəsində yerləşən “X2” mağazasına yaxınlaşaraq 330 manat və 470 manat dəyərində mobil telefon almaq istədiyini bildirmiş, lakin həmin vaxt onun yetəri qədər maddi imkanı olmadığı üçün mobil telefonu müqavilə yazılmaqla almağa razılaşmış, bundan sonra Cavabdeh hissə-hissə 6 ay ödəmək şərti ilə cəmi 800 manat olan mobil telefonu almış,onun tərəfindən 400 manat ödəniş edilmiş qalıq 400 manat borcu qalmış, xəbərdarlıq etməsinə baxmayaraq bu günə qədər borcunu ödəməmişdir. Buna görə də Cavabdeh onun xeyrinə 400 manat əsas borc, 79 manat cərimə borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, kreditə iddiaçıdan telefon götürmüş,maddi imkanı pis olduğu üçün borcunu ödəyib qurtarmamışdır. Hazırda iddiaçıya 400 manat borcu vardır. Odur ki,iddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 800 manat məbləğində telefon kreditə götürmüşdür. Borclu Cavabdeh alqı-satqı müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə 400 manat pul ödəmişdir. Hazırda Cavabdeh 400 manat əsas borcu, 79 manat cərimə borcu qalmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir, iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, əsas borcun miqdarının 400 manat təşkil etdiyi halda dəbbə pulunun miqdarının 79 manat məbləğində olması borclunun mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən gecikməyə görə artırılmış dəbbə pulunun miqdarının əsas borcun miqdarı ilə müqayisədə yüksək olması və işin digər faktiki halları nəzərə alınmaqla iddianın cavabdehdən 79 manat dəbbə pulu tələbinə dair hissəsi qismən – 40 manat həddində təmin edilməlidir. Ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 400 manat əsas borc və 40 manat cərimə borcu, 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 460 manat (dörd yüz altmış manat) borc tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaqalanhissədərəddedilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1500/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1500/2020
20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver