Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1527/2022 28.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 15 nömrəli və 15/1 saylı alğı-satqı müqaviləsinə əsasən Ağdaş rayonu Qəribli kəndi ərazisində 20.00 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu "İddiaçıya" satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 14225,37 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında, 5000,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən (nağd vəsait) avans vəsait, 750,00 manat məbləğində şum, 630,00 manat məbləğində çöp doğrama, 410,00 manat məbləğində dərmanlama, 696,00 manat məbləğində kultivasiya, 240,00 manat məbləğində çiyid səpini, 266,00 manat məbləğində gübrə kultivasiya, 406,00 manat məbləğində səpin qabağı mala, 884,00 manat məbləğində diski mala, 319,98 manat məbləğində gübrə, 151,80 manat məbləğində pestisid, 2150,40 manat məbləğində çiyid, 2321,19 manat məbləğində pambığın yığımına görə ödənilən nağd vəsait nəzərə alınmaqla, ümumilikdə, 14225,37 manat avans verilmiş, işlər görülmüş, xidmət göstərilmişdir. Lakin, "Cavabdeh" müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 6476,82 kq, 4150,76 manat məbləğində xam-pambıq təhvil vermiş, iddiaçıya 10074,61 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə, ödəmə tapşırıqları ilə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı”ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh pambığın oa məcburi əkdirildiyini, buna görə də hazırda borcu olduğunu, lakin borcunu birdəfəyə ödəmək imkanı olmadığını və həmin borcu hissəhissə ödəyəcəyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 15 və 15/1 saylı alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh Ağdaş rayonu Qəribli kəndi ərazisində 20 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu 1-ci növ - 600 Azn/ton, 2-ci növ - 580 Azn/ton, 3-cü növ - 540 Azn/ton və 4-cü növ - 500 Azn/ton hesablaşmsa ilə "xxxx" MMC-yə satmağı öhdəsinə götürmüşdür. İşin materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh hesabına 4921,19 manat pul köçürülmüşdür. İşin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, 15 və 15/1 saylı alqı-satqı müqavilələri üzrə MMC-yə ümumilikdə 10074,61 (on min yetmiş dörd manat, altmış bir qəpik) manat borcu vardır. İşin materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh "xxxx" MMC tərəfindən alqı-satqı müqavilələrinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunmuşlar. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, X1 Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 120,76 (yüz iyirmi manat, yetmiş altı qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 15 və 15/1 saylı alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh Ağdaş rayonu Qəribli kəndi ərazisində 20 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu 1-ci növ - 600 Azn/ton, 2-ci növ - 580 Azn/ton, 3-cü növ - 540 Azn/ton və 4-cü növ - 500 Azn/ton hesablaşmsa ilə "xxxx" MMC-yə satmağı öhdəsinə götürmüş, Cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun 10074,61 (on min yetmiş dörd manat, altmış bir qəpik) manat borcu yaranmışdır. Hazırda iddiaçı cavabdehdən həmin borcun onlara geri qaytarılmasını tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 10074,61 (on min yetmiş dörd manat, altmış bir qəpik) manat məbləğində borc və 120,76 (yüz iyirmi manat, yetmiş altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 10074,61 (on min yetmiş dörd manat, altmış bir qəpik) manat məbləğində borc və 120,76 (yüz iyirmi manat, yetmiş altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1527/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1527/2022
28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver