Məhkəmə qərarları › İş №2(014)-153/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-153/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-153/2021 28.01.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı2 Cavabdeh iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Bir baş erkək dananın pulunun tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı bir baş erkək dananın pulunun tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1300 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı2 məhkəmə iclasında iddiasını qismən müdafiə edərək bildirdi ki, o və digər iddiaçı olan həyat yoldaşı 2019-cu ilin orucluq bayramı vaxtı fərdi təsərrüfatlarında yetişdirdikləri bir baş erkək dananı Cavabdeh 1300 manata nisyə olaraq, pulu bir neçə günə ödəmək şərti ilə satmışlar. Cavabdeh heyvanın dəyərini bir neçə günə ödəməyə söz vermiş, onlar da öz növbəsində heyvanı cavabdehə vermişlər. Qeyd edir ki, cavabdeh daha öncə də onlardan mal-qara almış və pulunu vermişdir. Məhz bu səbəbdən onlar cavabdehə güvənmişlər. Lakin cavabdeh sonuncu dəfə verdiyi sözə əməl etməyərək aldığı heyvanın dəyəri olan 1300 manat pulu ödəməmişdir. Cavabdeh hər səfərində müxtəlif bəhanələrlə borcu qaytaracağına söz versə də, sözündə durmayaraq söz verdiyi müddətdə borcu qaytarmamışdır. Həmçinin davranışları ilə də onu göstərmişdir ki, borcu qaytarmaq niyyətində deyildir. Cavabdeh o və həyat yoldaşı məhkəməyə müraciət etdikdən sonra borc üzrə 250 manat ödəniş etmişdir. Hazırda cavabdehin onlara 1050 manat borcu qalmışdır. Cavabdeh onlara olan borcu ödəməkdən yayınır. Odur ki, iddialarının qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatı olsa da, məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdeh İddiaçı1 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etmiş,məhkəmə İddiaçı1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçılardan 1300 manat dəyərində nisyə olaraq bir baş erkək dana almış, borc üzrə 250 manat ödəniş etmiş,lakin maddi durumuna görə 1050 manat borcu ödəyə bilməmişdir. Hazırda 1050 manat iddiaçılara borclu olmasını qəbul edir,odur ki,iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxxx 2020-ci il tarixli cinayət işi başlamasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanılır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1. alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcələnin 608-ci maddəsinə əsasən Əgər bu paraqrafın (Heyvanların, quşların və balıqların alğı-satqısı) müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmək vəzifəsindən azad edir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur ki, cavabdeh iddiaçıdan 1300 manat dəyərində bir baş erkək dananı nisyə almış və pulunu bir neçə günə ödəməyə söz versə də nisyə alqı-satqı müqaviləsinin tələblərinə tam əməl etməyərək üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməyərək, yalnız 250 manat ödəniş etmişdir. Bütün bunlar iddiaçının izahatı və cavabdehin iddianı qismən etiraf etməsi ilə müəyyən edilir. Satıcının əsas hüququ alınmış əşyanın ödənilməsini tələb etməkdir. Satıcı alınmış əşyanın ödənilməsini, əgər alqı-satqı müqaviləsində ayrı-qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı-qayda irəli gəlmirsə, əşyanı alıcıya bilavasitə təhvil verdikdən əvvəl və ya sonra tələb edə bilər. Nisyə alqı-satqı müqaviləsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Cavabdeh tərəfindən iddia qismən etiraf edildiyindən, iddiaçıların iddiasının əsası kimi istinad etdiyi göstərilən halları sübut etmək vəzifəsindən azad edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Həmçinin ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçılara verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı1 və İddiaçı2 xeyrinə 1050 manat borca görə, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 1080 (bir min səksən) manat tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar