Məhkəmə qərarları › İş №2(014)-1530/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1530/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1530/2022 13.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddiası üzrə işə 13 dekabr 2022-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 1193.00 manat borcun və 31.93 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixil 100 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh Ağdaş rayonu Yenikənd kənd ərazisində yerləşən 19.00 hektar və xx.xx.2018-ci il tarixli 100/1 nömrəli müqaviləsinə əsasən Ağdaş rayonu Aşağı Nemətabad kənd ərazisində 9.00 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu "iddiaçıya" satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar "Cavabdeh" "iddiaçı"dan 4997.93 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarışı əsasında 589.95 manat məbləğində avans (nəğd vəsait) 168.00 manat məbləğində kultivasiya 224.00 manat məbləğində gübrə kultivasiya 264.00 manat məbləğində çiyid səpini, 140 manat məbləğində səpin qabağı mala, 85 manat məbləğində diski mala, 180 manat məbləğində dərmanlama, 945 manat məbləğində gübrə, 97.98 manat məbləğində dərman, 2304 manat məbləğində çiyid, ümumilikdə 4997.93 manat avans verilmiş işlər görülmüş xidmət göstərilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 5990.64 kq 3804.90 manat məbləğində xam-pambıq təhvil vermiş, bununla da "iddiaçı"ya 1193 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərinə görülməsi barədə akt, qaimə, ödəmə tapşırıqları ilə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “cavabdeh” “iddiaçıya” olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçı nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17 mart 2018-ci il tarixli 100 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, bu müqavilə X4 MMC ilə Cavabdeh arasında bağlanmışdır. Müqaviləyə əsasən bu müqavilənin şərtləri daxilində istehlakçı mülkiyyət hüququ özünə məxsus olan və ya icarəyə götürdüyü torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətlə X4 MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan AR Kənd Təsərüüfatı Nazirliyi Aqrolizinq ASC Yevlax regional nümayəndəliyinin Ağdaş rayon bölməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli aktın surətindən məlum olur ki, həqiqətən 2018-ci il pambıq əkini ilə əlaqədar Aqrolizinq ASC-nin Yevlax RN-nin Ağdaş rayon bölməsi tərəfindən İddiaçı MMC ilə müqavilə bağlamış Cavabdeh 2018-ci ilin may və iyun ayları ərzində aşağıda göstərilən miqdarda mineral gübrələr və pestisidlər satılmışdır. İş materiallarında olan AR Kənd Təsərüüfatı Nazirliyi Aqrolizinq ASC Yevlax regional nümayəndəliyinin Ağdaş rayon bölməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli aktın surətindən məlum olur ki, həqiqətən Cavabdeh 2018-ci il pambıq əkini ilə əlaqədar Aqrolizinq ASC-nin Yevlax RN-nin Ağdaş rayon bölməsi tərəfindən İddiaçı MMC ilə müqavilə bağlamış Cavabdeh 2018-ci ilin may və iyun ayları ərzində aşağıda göstərilən miqdarda pestisidlər satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 01/519 saylı bildirişdən görünür ki, Cavabdeh borcunun qaytarılmasını əks halda həmin vəsaitin tərəflərindən ödənilməsini təmin etmək üçün haqqlarında qanuna müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh təhvil verdiyi xam pambığın 3804.90 manat dəyəri və qaytardığı 0.00 manat nəqdi vəsait nəzərə alınmaqla qalıq borcu 1193 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə təsdiq olundu ki, Ağdaş rayon Kənd Təsərrüfatı MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, bu müqavilənin şərtləri daxilində istehlakçı mülkiyyət hüququ özünə məxsus olan və ya icarəyə götürdüyü torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətlə Ağdaş rayon Kənd Təsərrüfatı MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 100 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq maliyyə arayışına əsasən Cavabdeh İddiaçı MMC-yə olan borcu 1193 manat təşkil edir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Lakin cavabdeh müqaviləsinin şərtlərinə uyğun olaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, müəyyən edilmiş şərtlər daxilində götürdüyü avansın əvəzini iddiaçıya ödəməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilərək Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1193 manat pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1193 manat borc və dövlət rüsumuna görə ödənilmiş 31.93 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar