Məhkəmə qərarları › İş №2(014)-1533/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1533/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1533/2022 31.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müfadiə edərək bildirdi ki, Cavabdeh özünə məxsus olan fermada mal-qaraya baxılması üçün çobançı kimi onunla əmək müqaviləsi bağlamadan əvvəl çoban təcrübəsini yoxlamaq üçün işə götürmüş, lakin hər ay özünə qol çəkdirərək 800 manat olmaqla hər ayın 26-sı maaşını tam şəkildə verirdi. Bir müddət sonra cavabdehin iş təcrübəsi, yəni çoban kimi yaxşı və bacarığı olduğunu görmüş və cavabdehlə 08 aprel 2022-ci il tarixdə əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsi bağlanmazdan əvvəl isə maaşını imza etdirirərək verirdi. 25 dekabr 2021-ci il tarixdə 1150 manat borc avans kimi, yanvar, fevral, mart, aprel aylarını da hər ay imza etdirirərək maşını tam şəkildə verirdi. Aprel ayında cavabdeh ona pul lazım olduğunu, may ayının maaşını əvvəlcədən verilməsini bildirmiş, o, da 800 manatı, yəni may ayının maaşını az-az olmaqla cavabdehə verdi və bir müddətdən sonra iyun ayının maaşından da 200 manat verdi. Cavabdeh pulu aldıqdan sonra rayona gedib gələcəyini bildirdikdə o da, cavabdehə inanaraq icazə vermiş, lakin cavabdeh may ayından qaçıb getmiş və ona 2150 manat borcu qalıb. O, Rəfaelə dəfələrlə zəng edib işə çağırmış, lakin cavabdeh gəlmədiyi üçün, 07 may 2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalamış və işdən çıxartmışdır. O, 11 may 2022-ci il tarixdə rəsmi olaraq Ağcəbədi rayon Polis şöbəsinə müraciət etmiş və ona yaranmış məsələnin mülki mübahisə olduğundan məhkəmə qaydasında həll edilməli olduğu bildirilmişdir. Buna görə də xx xxxxxxx 1982-ci ildə Ağdaş rayonu, Aşağı Ləki kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 2150 manat borcun və dövlət rüsumu olaraq ödəmiş olduğu 92 manat pulun məcburi qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılması xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan 29 avqust 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdən xxxxxxx000200 nömrəli müddətsiz əmək müqaviləsi imzalanmışdır. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 02 nömrəli əmrin surətindən görünür ki, “Ümumi” bölməsində “ÇOBAN” vəzifəsində işləyən Cavabdeh ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a” – tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan Ağcəbədi rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 36/129-94520 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı 11 may 2022-ci il tarixlidə Ağcabədi rayon Polis Şöbəsinə yazdığı ərizəsinə cavab olar bildirilmişdir ki, müraciəti əsasında tərəflərindən araşdırma aparılmış, araşdırma zamanı tələbinin mülki tələb olmaqla məhkəmə səlahiyyətlərinə aid olması müəyyən edildiyindən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. İş materiallarında olan əl yazmadan görünür ki, Cavabdeh öz imzası ilə təsdiq edərək xx.xx.2021-ci il tarixədə borc olaraq 1150 manat, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlər maaş olaraq 800 manat, may ayının maaşı isə hissə-hissə olmaqla, 400 manat+105 manat+100 manat+195 manat və iyun ayının maaşı 200 manat olmaqla İddiaçı pul almışdır. Azərbaycan Respublikası Mülki Məclləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərlir ki, «Qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır». Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən edildi ki, cavabdeh iddiaçı ilə razılığa gələrək onunla işləməyə razılaşaraq aralarında əmək müqaviləsi bağlanmış, cavabdeh əmək müqaviləsi bağlanmadan əvvəl 1150 manat borc avans almış, bir neçə ay mütəmadi aylıq maaşını almasına baxmayaraq cavabdeh iddiaçının etibarından sui-istifdə edərək əvvəlcədən 2022-ci il may ayının maaşını hissə-hissə, iyul ayının maaşından isə 200 manat alaraq may ayından iş yerini tərk etmiş, dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılıb işə geri çağırılmasına baxmayaraq geri qayıtmamış və iddiaçıya olan cəmi 2150 manat məbləğində borcu qaytarmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehdən 2150 manat borc və 92 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçının xeyrinə verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2150 manat məbləğində pul və 92 manat ödənilmiş dövlət rüsumu, cəmi 2242 manat (iki min iki yüz qırx iki manat) pul alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qayada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar