Məhkəmə qərarları › İş №2(014)-1536/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1536/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1536/2022 29.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iribuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olur. Cavabdeh ilə birgə bir neçə dəfə iribuynuzlu heyvanlar almış və daha sonra sataraq əldə etdikləri gəliri aralarında bölmüşlər. Cavabdeh iribuynuzlu mal-qara almaq üçün ondan bir neçə dəfə pul almış, həmin pula söz verdiyi kimi iribuynuzlu mal-qara alaraq daha sonra birgə satmışlar və əldə etdikləri gəlir aralarında bölünmüş, beləliklə aralarında bir-birlərinə etibar yaranmışdır. Cavabdeh 2021-ci ilin avqustun əvvəllərində ona zəng edərək Ucar rayonunda 3 baş iribuynuzlu mal-qara olduğunu və əgər həmin heyvanları alıb satdıqları təqdirdə yaxşı gəlir götürəcəklərini ona bildirmişdir. Odur ki, bunun üçün ondan 4540 manat pul istəmişdir. O, cavabdehin sözünə güvənərək ona Ümid Əhmədov vasitəsilə 4540 manat məbləğində pul göndərmişdir. Belə ki, Ümid Əhmədovun ona 2170 manat borcu var idi. O, X4 iribuynuzlu mal-qara alması üçün 4540 manat pul verəcəyini bildirmiş, pulu özünün aparıb verməyə vaxtının olmadığını qeyd edərək Ümid Əhmədovdan ona olan borcunun, yəni 2170 manat pul məbləğinin üzərinə ona verəcəyi 2370 manat pulu əlavə edərək aparıb cavabdehə verməsini xahiş etmişdir. Odur ki, Ümid ona qaytarmalı olduğu 2170 manat pul məbləğinin üzərinə ona verdiyi 2370 manatı da əlavə edərək cavabdehin yaşadığı ünvanda cavabdehin özünə şəxsən vermişdir. Daha sonra o, cavabdehlə mobil telefon vasitəsi ilə əlaqə saxlasa da cavabdeh telefonlara cavab verməmişdir. Cavabdeh onun pulunu alaraq ona söz verdiyi kimi 3 baş iribuynuzlu mal-qaranı alıb ona verməmişdir. Qısası, ona olan güvənindən və etibarından sui-istifadə etmişdir. O, cavabdehdən Ağdaş Rayon Polis şöbəsinə şikayət etmişdir. Beləliklə, polis şöbəsindən cavabdehi dəvət etmişlər, cavabdeh Ağdaş rayon Polis şöbəsində verdiyi izahatda onun cavabdehə, yəni X5 vasitəsi ilə göndərdiyi 4540 manat pula Ucar rayonundan 3 baş iribuynuzlu heyvan aldığını, lakin baha qiymətə sata bilmədiyini odur ki, öz qiymətinə satdığını, daha sonra özünün borclu olduğu adamların onun ünvanına gələrək ondan borclarını tələb etdiklərini məhz bu səbəbdən məcburiyyət qarşısında qalaraq əlində olan 4540 manat pulu həmin şəxslərə verdiyini, ondan utandığı üçün onun zənglərinə cavab vermədiyini, onun pulunu qısa müddətdə qaytaracağını bildirmişdir. Lakin buna baxmayaraq aradan uzun müddət keçsə də cavabdeh onun pulunu müxtəlif bəhanələrlə qaytarmaqdan imtina edir. Belə olan halda hesab edir ki, aralarında olan mübahisə məhkəmə qaydasında həll edilməlidir. İddianın predmeti pul, qiyməti isə 4540 manat təşkil edir. İddia tələbinin əsası kimi istinad etdiyi fakt və hallar şahid X2 ifadəsi, Ağdaş rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı Elçin Mütəllimovun cinayət işinin rədd edilməsi haqqında 25 aprel 2022-ci il tarixli qərarı (həmçinin onun şikayət ərizəsi əsasında toplanmış sənədlər (bu sənədlərin Ağdaş rayon Polis Şöbəsindən alınıb iş materiallarına əlavə olunması üçün vəsatəti mövcuddur)), həmçinin cavabdeh məhkəmə iclasında iştirak edəcəyi təqdirdə onun izahatı ilə sübut oluna bilər. Buna görə də Cavabdeh 4540 manat pulun və ödənilmiş 65 manat 40 qəpik dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə iddiaçıdan Ucar rayonunda 3 baş iribuynuzlu mal-qara olduğunu və əgər həmin heyvanları alıb satdıqları halda yaxşı gəlirlərinin olacağını deyərək 4540 manat pul istədiyini, iddiaçının həmin pulu 2 dəfəyə verdiyini, Pərvizin ona pul verdiyini etiraf etdiyini, ona 4540 manat pul borclu olduğunu təsdiq edərək, yanvar ayından başlayaraq borcunu ödəyəcəyini bildirmiş, məhkəmə iclasında iştirak edə bilməyəcəyi üçün işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, cavabdehin ərizəsini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş üzrə şahid X3 məhkəmə iclasında ifadə verərək İddiaçıla iş yoldaşı olduğunu, Pərvizə 2170 manat borcu olduğunu, Pərvizin ona zəng edərək Anara iribuynuzlu malqara almaq üçün 4540 manat pul verməli olduğunu, lakin vaxtının olmadığını, ona olan borcunun üzərinə 2370 manat pul əlavə edərək, həmin pulun Anara çatmalı olduğunu, bundan sonra Pərvizə verməli olduğu 2170 manat borcun üzərinə Pərvizin verdiyi 2370 manat pul ilə birlikdə cəmi 4540 manat pulu apararaq Anarın yaşadığı ünvanda ona verdiyini bildirdi. İş materiallarında olan 05 aprel 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdəAğdaş rayonu, Qarağan Sədi kənd sakini İddiaçı Ağdaş RPŞ-nə ərizə ilə müraciət edərək Ağdaş rayonu, Tofiqi kənd sakini Anar adlı şəxsin onu aldadaraq onun 4540 manat pulunu mənimsəməsi barədə məlumat vermiş və bu barədə qanuni tədbir görülməsini xahiş etmiş, Ağdaş rayonu, Qarağan Sədi kənd sakini İddiaçı şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilə bilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müaviq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozaraq icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-cü maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübkt etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən edildi ki, iddiaçı 3 baş iribuynuzlu mal-qara almaq üçün Ümid adlı şəxs vasitəsi ilə cavabdehə 4540 manat məbləğində pul göndərmiş, həmin 4540 manat məbləğində pulun cavabdehə verilməsi cavabdehin məhkəməyə göndərdiyi etiraf ərizəsi və şahid ifadəsi ilə öz əksini tapdığından məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehdən 4540 manat məbləğində pul və 65.40 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçının xeyrinə verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4540 manat borca görə, 65.40 manat ödənilmiş dövlət rüsumu, cəmi 4605 manat 40 qəpik (dörd min altı yüz beş manat qırx qəpik) pul tutularaq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qayada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar