Məhkəmə qərarları › İş №2(014)-1541/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1541/2020

25.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1541/2020 25.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı Maddi ziyanlığın ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanlığın ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtoqəza zamanı ona vurulmuş 746 manat maddi ziyanın, əlavə olaraq 400 manat miqdarında dəymiş maddi ziyanlığın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, cavabdeh xx.xx.2020 tarixində saat 18:10 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində Bayraq Meydanı istiqamətində özünə məxsus BMV 320 minik markalı **-MX-*** dövlət nömrə nişanlı avtomaşınla ehtiyatsızlığı nəticəsində qəfil manevr zamanı ona məxsus VAZ 2107 markalı **-HS-*** dövlət nömrə nişanlı avtomaşınının avtoqəza törətməsi nəticəsində ona xeyli midarda maddi ziyanlıq yetirmişdir. Hadisədən sonra Ağdaş rayonu YPX baş inspektoru X1 hadisə yerində olmuş, tərəfindən xx.xx.2020-çi il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokolda cavabdeh tərəfindən törədilmiş inzibati xətalar sübuta yetirilmiş, hadisənin cavabdehin təqsiri ucbatından baş verməsi də öz əksini tapmışdır. İXP ******* nömrəli protokol əsasında cavabdeh AR. İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 40 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Cavabdeh qanun pozuntusuna yol verməklə törətdiyi avto qəza nəticəsində ona xeyli miqdarda maddi ziyanlıq vurulmuşdur. Dəymiş maddi ziyanlıqla bağlı Xəzər Lada ASC-nin Ağdaş rayon filialına müraciət etmişdir. Filialın mütəxəssisləri tərəfindən avtomobilə baxış keçirilmişdir. Bundan sonra avtomobilə dəymiş maddi ziyanlıqla bağlı mütəxəssis tərəfindən akt tərtib edilərək ona verilmişdir. Tərtib edilmiş akta əsasən avtomobilinə cavabdeh tərəfindən avtoqəza zamanı 746 manat maddi ziyanlıq dəyməsi qeyd olunmuşdur. Bundan əlavə olaraq taksi xidməti ilə məşğul olduğu üçün avtoqəza zamanı maşın xəsarət aldığı üçün günlərdir ki, qazanc əldə edə bilmirş. Bu səbəbdən də ona təqribən 400 (dörd yüz) manat məbləğində maddi ziyanlıq dəymişdir. Odur ki, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh Ağdaş şəhəri, H.Əliyev prospektində Bayraq Meydanı istiqamətində özünə məxsus BMV 320 minik markalı **-MX-*** dövlət nömrə nişanlı avtomaşınla hərəkət edərək yolun sağ hissəsində dayanmışdır ki, geriyə manevr etmək istəyərkən arxadan gələn Vaz 2107 markalı **-HS-*** dövlət nömrə nişanlı avtomobili gözləmədən sola manevr edərək həmin avtomaşını sağ yan hissəsindən vurmuşdur. Ağdaş rayonu YPX baş inspektoru X1 hadisə yerində olmuş, tərəfindən xx.xx.2020-çi il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Dəymiş maddi ziyanlıqla bağlı Xəzər Lada ASC-nin Ağdaş rayon filialına müraciət edilmiş, tərtib edilmiş akta əsasən avtomobilinə cavabdeh tərəfindən avtoqəza zamanı 746 manat maddi ziyanlıq dəyməsi qeyd olunmuşdur. Cavabdeh sözügedən pulu iddiaçıya ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məclləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərlir ki, «Qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» xx xxxxxx 2008-ci il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır». Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardAn istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddianın maddi zərər tələbi haqqında hissəsi mülki işdə olan sübutlarla sübuta yetdiyindən, belə ki, cavabdehin təqsiri nəticəsində iddiaçıya 746 manat ziyan dəyməsi müəyyən edildiyindən,iddia maddi ziyan tələbi hissəsində təmin edilməli,iddiaçı cavabdehin təqsiri nəticəsində əldən çıxmış faydanın əvəzi kimi 400 manat tələb etsə də,bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən,iddia qalan hissədə rədd edilməlidir.Tərəflərin əmlak və əsaslı mənafeləri nəzərə alınaraq ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 746 manat maddi ziyana görə, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 776 (yeddi yüz yetmiş altı) manat tutulsun. İddia qalan hissədə rədd edilsin. QətnAmə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə Apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar