Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-155/2021 27.01.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin nümayəndəsi F.Rüstəmovun Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı Ziyanın ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzi Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 330 manat pulun alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin “KapitalBank”ın Bərdə rayon şöbəsinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Fuad Rüstəmov məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, Cavabdeh dəfələrlə ona edilən şifahi xəbərdarlıqlara baxmayaraq özünə məxsus 12 (on iki) baş iri buynuzlu mal-qara heyvanlarını meşə sahəsinə gətirərək 2019-cu ilin yazında salınmış 5.0 ha aqrobağın 1.5 ha mədəni meşə əkinlərinin və təbii bərpasını otarmaqla məhv etmişdir. Əraziyə baxış keçirərkən qeyd olunan faktlar üzrə Mərkəzin işciləri tərəfindən bu barədə xx.xx.2020-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Baxış zamanı müəssisəyə 330 manat ziyan aşkar edilmişdir. Cavabdeh X7 Təsərrüfatı Mərkəzinə vurduğu ziyanı ödəməsi barədə edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh vurduğu ziyanı bu günədək könüllü ödəməkdən imtina etmişdir. Ona görə də Cavabdeh tərəfindən Bərdə RMTM-nə vurmuş olduğu 330 manat dəyərindi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilməsinə zəruriyyət yaranmışdır. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, o, Kotavan kəndində yaşayır. Bütün kənd camaatı meşədə öz heyvanları otarırlar. Ola bilsin ki,nə vaxtsa onun heyvanları nəzarətdən çıxaraq meşəyə getmişlər. Lakin o, heç vaxt heyvanları meşəyə otlamaq üçün aparmamışdır. xx xxxxxx 2020-ci il tarixdə heyvanları meşəyə otlamağa getməmişdir. Hər hansı bir şəxsin heyvanlarının meşəyə vurduğu ziyanlığı ona ödətməyə çalışırlar. Belə ki, meşəbəyi və köməkçisi o, yoldan keçərkən ona akta imza etməyi təklif edərək onun heyvanlarının meşəyə ziyan vurduğunu bildirmişlər,o da öz növbəsində akta imza etməkdən imtina etmişdir. Belə ki,bir daha qeyd edir ki, onun ma-qarası meşənin əkin sahəsinə daxil olmamış və meşəyə hər hansı bir ziyanlıq yetirməmişlər. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını və şahid ifadəsini dinləyərək, iş üzrə toplanmış sübutlara tam, hərtərəfli obyektiv qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə şahid Yusif Yunusov məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, meşəbəyi köməkçisi işləyir. Qeyd edir ki,o,kəndin bütün mal-qarasını tanıyır. Mal-qaraların kimə məxsus olduğunu bilir. Meşəbəyliyin bir saylı meşə dolayının ərazisində qəfləti reys keçirən zaman Cavabdeh məxsus 12 baş iribuynuzlu mal-qaranın dolayın 10-cu kvartalında 2019-cu ilin yaz mövsumundə ərik cinsindən 5x4 sxemdə əkilmiş 5 hektar aqrobağın 1,50 hektar ərazisində tinglərin pöhrələrini yeyərək məhv etmişdir. Cavabdeh bu barədə xəbərdarlıq edərək akt tərtib etmişlər. Lakin Cavabdeh akta imza etməkdən imtina etmişdir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli Aktından və fotoşəkillərdən məlum olur ki, Müəssisənin əməkdaşları meşəbəyliliyinin 1 saylı meşə dolayısına baxış keçirərkən Ağdaş rayonu Kotavan kənd sakini Cavabdeh özünün 12 (on iki) baş iri buynuzlu mal-qara heyvanlarını meşə sahəsinə gətirərək 2019-cu ilin yazında salınmış 5.0 ha aqrobağın 1.5 ha mədəni meşə əkinlərinin və təbii bərpasını otarmaqla məhv etdiyini aşkar etmişlər. Onlar Cavabdeh məxsus heyvanların fotoşəkillərini çəkmiş, bu barədə akt tərtib etmişlər, lakin Cavabdeh bu aktı imza etməkdən imtina etmişdir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh özünün 12 (on iki) baş iri buynuzlu mal-qara heyvanlarını meşə sahəsinə gətirərək 2019-cu ilin yazında salınmış 5.0 ha aqrobağın 1.5 ha mədəni meşə əkinlərinin və təbii bərpasını otarmaqla İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilən inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh özünün 12 (on iki) baş iri buynuzlu mal-qara heyvanlarını meşə sahəsinə gətirərək 2019-cu ilin yazında salınmış 5.0 ha aqrobağın 1.5 ha mədəni meşə əkinlərinin və təbii bərpasını otarmaqla meşəbəyliyinin 3 saylı meşə dolayısında otararaq İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 400 manat inzibati cərimə cəzası verilmişdir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilən 476 saylı, xx xxxxxx 2020-ci il tarixli bildirişin surətindən məlum olur ki, X5 və Bərpası Müəssisəsi tərəfindən Ağdaşrayonu, Kotavan kənd sakini Cavabdeh Müəssisənin özünün 12 (on iki) baş iri buynuzlu mal-qara heyvanlarını meşə sahəsinə gətirərək 2019-cu ilin yazında salınmış 5.0 ha aqrobağın 1.5 ha mədəni meşə əkinlərinin və təbii bərpasını otarmaqla meşəbəyliyinin 3 saylı meşə dolayısında otardığı üçün ona tətbiq edilmiş 330 manat cərimənin 10 gün müddətində ödənilməsini təmin etməsi, əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquqü pozuntusu( delikt) nəticəsində fiiziki şəxsin səviyyəsinə və ya əmlakına vururlmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vururlmuş zərəin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1993-cü il tarixli 636 saylı Qərarının 1-ci maddəsinin “ə” bəndinə əsasən meşə qanunvericiliyinin pozulmasında təqsirkar olan müəssisələr, idarələr, təşkilatlar, kolxozlar, digər hüquqi şəxslər və vətəndaşlar lazımi icazə alınmadan meşələrdə və dövlət meşə fondunun meşəsiz torpaqlarında özbaşına ot çalınması, mal-qara otarılması, habelə biçənək və otlaq yerlərinin korlanmasına görə maddi məsuliyyət daşıyırlar. Beləliklə məhkəmədə müəyyən olundu ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin əməkdaşları xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 X2 meşəbəyliliyinin 1 saylı meşə dolayısında yoxlama apararkən cavabdeh Ağdaş rayonu Kotavan kənd sakini Cavabdeh özünün 12 baş iribuynuzlu heyvanlarını qanunsuz olaraq özbaşına gətirib 5 hektar aqrobağın 1,5 ha hissəsini otararaq məhv etdiyini aşkar etmişlər. Bu barədə onlar akt tərtib etmiş, lakin cavabdeh həmin aktı imzalamaqdan imtina etmişdir. Cavabdehin mal-qarasının vurduğu ziyanın məbləği 330 manat müəyyən edilmişdir. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq müəssisəyə vurduğu ziyanı ödəməmişdir. Cavabdeh meşədə öz mal-qarasını otarmadığını,meşəyə onun heyvanları tərəfindən hər hansı məbləğdə ziyan vurulmadığını bildirsə də,cavabdeh məhkəməyə bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı tərəfdən isə iddianın əsaslı olması barədə müvafiq sübutlar məhkəməyə təqdim edilmişdir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumunu ödəməkdən azad olunduğuna və iddia tam həcmdə təmin olunduğuna görə Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunu ilə müəyyən edilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, Azərbaycan Respublikası Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Resublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxıldıqdan sonra həmin süutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyytli olan və onlara məlum olah faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. X3 Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı; “X4rşı” iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, maddələrini rəhbər tutaraq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 330 (üç yüz otuz) manat pul alınaraq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 X1 ASC-nin Bərdə rayon şöbəsinin hesabına ödənilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınaraq dövlət nəfinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-155/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-155/2021
27.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver