Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1557/2021 13.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən özünə məxsus mənzili 2019-cu ilin noyabr ayında İsmayıl adlı tanışı vasitəsi ilə tanıdığı Cavabdeh kirayəyə vermişdir. Cavabdeh həmin ünvanda yaşadığı müddətdə, yəni 15 yanvar 2020-ci il tarixdə yanğın törətmiş, ona və qonşuya əmlak ziyanı vurmuşdur. Belə ki, cavabdeh həmin vaxt sərxoş olmuş, yuxuya gedərkən əlindəki siqaret döşəməyə düşmüş, daha sonra yanğın başlamışdır. Fakta görə cinayət işi başlanmış və bu hal öz təsdiqini tapmışdır. Aparılmış araşdırmadan bəlli olmuşdur ki, yanğın məhz cavabdehin günahı üzündən baş vermişdir. Azərbaycan Respublikası FHNnin X1 Xidmətinin 3-cü ərazi Dövlət Yanğın İdarəsinin 22.01.2020-ci il tarixli yanğın aktında bu hal təsdiqini tapmışdır. Eləcə də, bu halı məhkəmə-yanğın-texniki ekspertizası da təsdiq edir. Həmin vaxt təyin edilmiş kompleks məhkəmə-əmtəəşünaslıq və tikinti-texniki ekspertizasının rəyləri ilə ona dəymiş ziyan müəyyənləşdirilmiş, tikintiyə dəymiş ziyanın məbləği 4.833 manat, mənzildə olan əşyaların məbləği 1.740 manat müəyyən edilmişdir. Yəni ona cəmi 6.573 manat maddi ziyan vurulmuşdur. Cavabdeh ona maddi ziyandan başqa, həm də mənəvi ziyan vurmuşdur. Belə ki, cavabdehin etdiyi məsuliyyətsiz hərəkət nəticəsində mütəmadi olaraq təzyiqi qalxmış, stress keçirmiş, həkimlərə müraciət etmişdir. Buna görə də Cavabdeh maddi ziyana görə 6.573 manat, mənəvi ziyana görə 5.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddiasını qismən müdafiə edərək Cavabdeh etiraf etdiyi məbləğdə, yəni 4.000 manat maddi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən etiraf edərək iddiaçıya vurulmuş maddi ziyana görə 4.000 manat ödəməyə razı olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddiasını qismən, yəni cavabdehin etiraf etdiyi hissədə müdafiə etdiyi üçün iddia həmin hissədə təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. Bakı şəhəri Xətai rayon prokuroru, S.İmanovun cinayət işi üzrə icraata xitam verilməsi haqqında 27 fevral 2021-ci il tarixli qərarının surətindən görünür ki, 15 yanvar 2020-ci il tarixdə iş üzrə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən mənzildə yanğının Cavabdeh tərəfindən təqsirli olaraq törədilməsi, vurulmuş ziyanın məbləğinin 4.833 manat olması müəyyən edilmiş, Cavabdeh cinayət məsuliyyətindən azad edilmiş, cinayət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavidə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 4.000 manat, 30 manat ödənilmiş dövlət rusumu, cəmi 4.030 (dörd min otuz) manat tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1557/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1557/2021
13.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver