Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1560/2025 21.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiаçı İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «borc» tələbinə dаir işə Ağdaş Rayon Məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «borc» tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Cavabdeh 47704 (qırx yedi min yeddi yüz dörd) manat pulun və ödənilmiş 233.20 (iki yüz otuz üç manat iyirmi qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsinə dair qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona məxsus satış mağazasında 2023-cü ilin avqust ayından kassir vəzifəsində işləmişdir. O həmin ilin dekabr ayında analıq məzuniyyətinə çıxmış və 2024-cü ilin iyun ayında yenidən işə qayıtmışdır. Bildirir ki, Cavabdeh işlədiyi dövrdə müxtəlif malların süni satışını və mallarını geri qaytarılmasını həyata keçirərək ona məxsus pulları özününkiləşdirmişdir. Qeyd edir ki, bu faktın üzə çıxmasına səbəb ona məxsus mağazada satılan malların yuvarlaq qiymətə olmamasıdır. İnci həmin malların saxta geri qaytarılmasını həyata keçirməklə onun kassasından ümumilikdə 47704 manat pulu mənimsəmişdir. Bu fakt tərəfindən aşkar edildikdən sonra özü bu barədə əl yazısı ilə yazaraq etdiyi əməli etiraf etmişdir. Hesab edir ki, cavabdeh tərəfindən ona məxsus mənimsənilmiş pullar, yəni 47704 manat pul ona geri qaytarılmalıdır. İddiаçı İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh tərəfindən ona 47704 manat ziyan vurulmuşdur. Cavabdeh həmin borcundan 8700 manatını qaytarmışdır. Cavabdeh 430 manat maaş alırdı, onun maaşından mart, aprel, may aylarından 470 manat pul tutulmuşdur. Cavabdeh mallara geri qaytarma vuraraq oğurluq edirdi və özü də oğurluğunu təsdiq etmişdir. Həmin mağaza özünün adınadır. Sənədləri şəxsi komputerindən çıxartmışdır. Xanım işlədiyi dövrdə malları geri qaytarma vuranda mallar minusa düşürdü. Hazırda cavabdeh ilə aralarında barışıq əldə olunmuşdur. Cavabdehin 18000 manat qaytarmasına razıdır. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının iddiasını qismən qəbul edir. 2023-cü ilin iyul ayında mağazada işə başlamışdır. 2024-cü ilin fevral ayının 5də övladı dünyaya gəlmişdir. 2024-cü ilin yanvar ayından analıq məzuniyyətinə çıxmışdır. 2024-cü ilin avqust ayının 1-dən işə qayıtmışdır. İşlədiyi vaxt mağazada mallara geri qaytarma edərək pul götürmüşdür. Lakin iddiaçının iddiasında qeyd etdiyi qədər 40000 manat məbləğində yox, 26000-27000 manat məbləğində olmuşdur. Ərizəni yazarkən qorxduğundan 40000 manat yazmışdır. Mallara geri qaytarma vuranda mənfiyə çıxırdı. Kassada mənfiyə çıxan malları göstərmirdi. Satılan malları göstərirdi. Hazırda iddiaçı ilə aralarında barışıq əldə olunmuşdur. İddiaçıya 18000 manat pul ödəməyə razıdır. Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, tərəflər arasında razıllıq əldə olunmuşdur. Ona görə də iddia tələbinin qismən təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştrakçılarının izahatlarını dinləyib, iş matеriallarını tədqiq еdərək hеsab еdir ki, iddia qismən təmin еdilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 13 fevral 2025-ci il tarixdə Cavabdeh tərəfindən yazılmış əl yazmasından görünür ki, Cavabdeh Ağdaş rayonunda anadan olmuşdur. Hal hazırda Ağdaş rayonunda yaşayır. Ağdaş AVM mağazasında 2023-cü ildə kassiz olaraq işə başlamışdır. İşə başladıqdan bir müddət sonra kassalarda boşluqları görərək müxtəlif üsullarla kassalardan toplam 40 000 manat pul çıxarmışdır. Bu işlər 15 ay müddətində olmuşdur. Bir müddət sonra dekretlə bağlı işdən çıxsa da, 7-8 ay sonra yenidən işə qayıtmağı rəhbərlikdən xahiş etmiş, o, yaxşı işçi olduğu üçün işə qaytarılmışdır. Bu işi görməkdə səbəb krediti və borcları olmuşdur. Kassalara mütəmadi olaraq gündəlik admin kart vasitəsilə 100, 150, 200 manat geri qaytarılma mal vurub və sonda artıq gəlməsin deyə vurduğu geri qaytarmanı mağazaya gələn qohum dost tanış vasitəsi ilə kassadan çıxarmışdır. Əməlindən çox peşmandır, İddiaçı söz verir ki, kassalardan götürdüyü 40 000 manatı ona hissə-hissə olmaqla az vaxta qaytaracaqdır. İzahatı özü öz xoşluğu ilə yazmış və ona heç bir təzyiq olmamışdır. O rəhbəri İddiaçı razıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən iddiaçı tərəfindən təqdim edilmiş CD diskdən məlum olur ki, cavabdeh mağazadan pul götürdüyünü etiraf edir və həmin pulu iddiaçıya ödəyəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən cavabdeh tərəfindən təqdim edilmiş CD diskdən məlum olur ki, cavabdeh müəyyən vaxtlar ərzində iddiaçıya borcundan ödənişlər etmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 233.20 (iki yüz otuz üç manat iyirmi) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cаvаbdеh Cavabdeh iddiаçı İddiaçı məxsus satış mağazasında 2023-cü ilin avqust ayından kassir vəzifəsində işləmiş, Cavabdeh işlədiyi dövrdə müxtəlif malların süni satışını və malların geri qaytarılmasını həyata keçirərək iddiaçıya məxsus 40000 manat pulu özününkiləşdirmişdir. Bu cavabdeh tərəfindən iddiaçıya təqdim olunmuş əl yazması ilə öz təsdiqini tapır. Cavabdeh İddiaçı 40000 pul götürdüyünü etiraf etmiş, həmçinin CD disklərdən məlum olur ki, cavabdeh həmin borcundan iddiaçıya ödənişlər etmiş, bu faktı iddiaçı məhkəmə zalında etiraf edərək bildirmişdir ki, həqiqətən Cavabdeh həmin puldan ödənişlər etmişdir. Bundan başqa məhkəmə iclasında tərəflər aralarında barışıq edərək, iddiaçı cavabdeh tərəfindən 18000 manat borcun ödənilməsinə razı olduğunu bildirmiş, cavabdeh iddiaçıya 18000 manat pulu ödəyəcəyinə söz vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Yuxarıda qeyd edilən hüquq normalarını məhkəmə iclasında müəyyən edilmiş işin faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında borc münasibətləri yaranmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh borc öhdəliyini icra etməkdən imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 18000 manat borc alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 233 manat 20 qəpik dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, yəni 144 manat cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ЕTDİ: İddiа qismən təmin еdilsin. Cavabdeh 18000 (on səkkiz min) manat pul və 144 (yüz qırx dörd) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı xeyrinə verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) məhkəməsinə apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1560/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1560/2025
21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver