Məhkəmə qərarları › İş №2(014)-1582/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1582/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1582/2020 16.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi F.Kərimovanın katibliyi ilə «xxxxxxx» KB ASC-nin X3 qarşı Borcun tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «xxxxxxx» KB ASC X3 qarşı borcun tələbi haqqında sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 «xxxxxxx» KB ASC-nin xeyrinə 268,20 manat əsas borc, 43,62 manat faiz borcu, 0,88 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 312,70 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə əlavə araşdırmaya zərurət yarandığı üçün iş iddia icraatına keçirilmişdir. İddiaçı «xxxxxxx» KB ASC iddiasını onunla əsaslandırmışdır ki, «xxxxxxx»KB ASC ilə X4 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən X3 istehlak məqsədləri üçün 84 ay müddətinə 300 manat məbləğində kredit limiti ayrılmışdır. Müqavilə üzrə öhdəliklərini icra etməyən X2 268,20 manat əsas borc, 43,62 manat faiz borcu, 0,88 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 312,70 manat borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Odur ki, cavabdehdən «xxxxxxx»KB ASCnin xeyrinə 268,20 manat əsas borc, 43,62 manat faiz borcu, 0,88 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 312,70 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması xahiş edilir. İddiaçı «xxxxxxx» KB ASC-nin nümayəndəsi Y.Novruzov məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini bildirərək, işə iştirakı olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə daxil olmuş yazılı məlumatdan görünür ki, iş üzrə cavabdeh X4 qeydiyyatda olduğu Ağdaş rayonu Ləki qəsəbəsi Yeni Massivdə yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iş üzrə cavabdeh X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, «xxxxxxx»KB ASC ilə X4 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən X3 istehlak məqsədləri üçün 84 ay müddətinə 300 manat məbləğində kredit limiti ayrılmışdır. Müqavilə üzrə öhdəliklərini icra etməyən X2 268,20 manat əsas borc, 43,62 manat faiz borcu, 0,88 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 312,70 manat borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Həmçinin iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddianın məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən «xxxxxxx»KB ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 268,20 manat əsas borc, 43,62 manat faiz borc, 0,88 manat cərimə borcu və 20 manat ödənilmiş dövlət rüsumu,cəmi 332,70 manat (üç yüz otuz iki manat yetmiş qəpik) tutularaq «xxxxxxx»KB ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar