Məhkəmə qərarları › İş №2(014)-1584/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1584/2020

28.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1584/2020 28.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və X1 nümayəndəsi V.İsmayılovun Cavabdeh iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və X1 Cavabdeh qarşı Dəymiş zərərin ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və X3 Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbiətə dəymiş olan ziyana görə 330 manat pulun tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və X1 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və X3 iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh Ağdaş rayon Qoşaqovaq bələdiyyəsinin inzibati binasının həyətində diametri 14 am,1 ədəd, 20 sm. 1 ədəd kök üstə yaş tut ağaclarını kəsərək məhv etmişdir.Bununla da təbiətə 330 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh İXM-in 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Cavabdehdən dəfələrlə dəymiş ziyanın ödənilməsi tələb edilsə də,cavabdeh təbiətə dəymiş ziyanı ödəməmişdir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və X1 nümayəndəsi V.İsmayılov məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək təbiətə bilmədən ziyan yetirdiyini bildirdi. Dəymiş ziyana görə tələb edilən məbləğin ondan tutulmasına etiraz etmədiyini, lakin borcun hissə-hissə ödənilməsinə maddi gücünün yetdiyini bildirərək,iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatının dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşə əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Ağdaş rayon Qoşaqovaq bələdiyyəsinin inzibati binasının həyətində diametri 14 am,1 ədəd, 20 sm. 1 ədəd kök üstə yaş tut ağaclarını kəsərək məhv etmiş,bununla da İXM-in 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə əlavə edilmiş inzibati tənbeh vermə haqqında ******* saylı qərardan görünür ki, Cavabdeh İXM-in 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. İşə əlavə edilmiş 8 saylı Regional Ekologiya və X2 tərtib edilmiş dəymiş ziyanın hesablanmasına dair cədvəldən məlum olur ki, Ağdaş rayon Qoşaqovaq bələdiyyəsinin ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanlığın 330 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məclləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuqtusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 1998-ci il 639 №-li Qərarına əsasənəgər yer təkinin qanunsuz işlənməsi zamanı ətraf mühitin digər komponentlərinə də (torpaq, bitki və digər sərvətlər) zərər yetirilərsə, ziyanın ümumi məbləği götürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iclasında araşdırılmış subutlar nəticəsində müəyyən edilmişdir ki,Cavabdeh Ağdaş rayon Qoşaqovaq Bələdiyyəsinin həyətində yaş tut ağaclarını kəsərək təbiətə 330 manat məbləğində ziyan vurmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir, iddiaçının ödəməkdən azad olunduğu 20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə keçirilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh təbiətə dəymiş zərərə görə 330 manat (üç yüz otuz manat) tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və X1 hesabına ödənilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınaraq dövlət mədaxilinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar