Məhkəmə qərarları › İş №2(014)-1602/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1602/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1602/2021 27.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı nümayəndəsi G.Bağırovanın Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı Borcun məcburi qaydada alınması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3250 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh 17 fevral 2017-ci ildə ondan 13 ay müddətinə hər ay 200 manat qaytarmaq şərti ilə 2000 manat borc pul almış və bu barədə ona yazılı qəbz vermişdir. Bundan iki ay sonra 16 aprel 2017-ci ildə cavabdeh ondan ayda 150 manat ödəmək şərti ilə 2000 manat yenə borc pul almış və bu barədə ona yazılı qəbz vermişdir. Cavabdeh ona olan borcundan cəmi 650 manat pul ödəmişdir. Sonuncu dəfə cavabdeh 2018-ci ilin iyun ayında ona 50 manat pul vermişdir. Daha sonra o, cavabdehdən dəfələrlə borcu qaytarmasını xahiş etsə də, cavabdeh ona borcu könüllü qaytarmamışdır. İddiaçı nümayəndəsi Gülxanim Bağırova məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı etiraf edərək bildirdi ki, o,iddiaçıdan uşağı xəstə olduğu üçün cəmi 4000 manat borc pul almışdır. Borc üzrə müəyyən məbləğdə ödənişlər etsə də, hazırda onun iddiaçıya 3250 manat borcu vardır. İddianı etiraf edir, lakin borcu az-az ödəyə biləcəyini nəzərə çatdırmaq istəyir. Odur ki, iddianın təmin edilməsinə hər hansı bir etirazı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 17 fevral 2017-ci il və 16 aprel 2017-ci il tarixli iltizamlardan görünür ki, İddiaçı Cavabdeh cəmi 4000 manat borc pul almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmək vəzifəsindən azad edir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı 3250 manat borclu olması və bu günə kimi qaytarılmaması faktı cavabdeh tərəfindən etiraf edildiyindən, İddiaçı iddiasının əsası kimi istinad etdiyi göstərilən halları sübut etmək vəzifəsindən azad edir. Belə ki, Cavabdeh məhkəməyə ərizə təqdim edərək, İddiaçı 3250 manat borclu olmasını etiraf etmişdir və qaytaracağını bildirmişdir. Bununla da Cavabdeh İddiaçı 3250 manat məbləğində borcunun olmasını tam etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Odur ki, cavabdeh iddianı etiraf etdiyindən Cavabdeh 3250 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3250 manat borca görə, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3280 (üç min iki yüz səksən) manat pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar