Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1624/2021 21.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı və onun vəkili X2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı yaşadığı evin həyətində cücə saxlayaraq böyüdüb satmaqla məşğul olmaqla ailəsini dolandırır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 28 aprel 2021-ci il tarixdə, yaşadığı Göygöl rayonunun Xaqani kəndinə həyətinə gələrək saxladığı cücələri almaq istədiklərini bildirmişlər. Cavabdehlər onun mülkiyyətində olan cücələrə baxmışlar, cücələrdən bir ədədini 2,20 (iki manat iyirmi qəpik) manat, cəmi 1570 (min beş yüz yetmiş) manat dəyərində 714 ədəd cücəni alaraq, idarə etdikləri avtomobilə yığmışlar. Cavabdehlər aldıqları 1570 (bir min beş yüz yetmiş) manat dəyərində 714 ədəd cücəni mülkiyyətlərinə keçirmişlər. Cavabdehlər 1570 (min beş yüz yetmiş) manat pulu bir-iki günə kimi verəcəklərinə söz vermişlər, əlavə olaraq Cavabdeh1 sürücülük və şəxsiyyət vəsiqəsini girov kimi onda qoymuşdur. O, cavabdehlərə inanaraq, yəni etibar edərək, eləcə də bu işlə məşğul olduğuna görə müştərini itirməmək üçün 1570 (min beş yüz yetmiş) manat dəyərində 714 ədəd cücəni vermişdir. O, öhdəsinə götürdüyü işi axıra kimi yerinə yetirərək cavabdehlərə 1570 (min beş yüz yetmiş) manat dəyərində 714 ədəd cücəni vermiş, lakin cavabdehlər öhdəsinə götürdüyü pul öhdəliklərindən irəli gələn 1570 (min beş yüz yetmiş) manat pulu ödəməkdən imtina edirlər. Bu səbəbdən o, cavabdehlərə bir neçə dəfə pul öhdəliklərinin icra edilməsini xatırlatmışdır. Lakin cavabdehlər müqavilədə nəzərdə tutulan pul öhdəliyini yerinə yetirməkdən imtina etdilər. Bu səbəbdən Göygöl rayon Polis şöbəsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmişdir. Göygöl rayon PŞ-nin TB-nin təhqiqatçısı Rəşad Zeynalovun 15 may 2021-ci il tarixli qərarı ilə toplanmış materialda cinayət tərkibi olmadığı üçün rədd edilmiş, Cavabdeh1 və Cavabdeh2 barədə məhkəməyə mülki qaydada müraciət olunması tövsiyə olunmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər etibarından istifadə etmə və aldatma yolu ilə 1570 manat pulu mülkiyyətinə keçirərək, onun maddi durumunu xeyli zəiflətmişlər. Belə olan halda cavabdehlər 1570 manat pulu vaxtında ödəməmiş, gecikdirmiş, həmin məbləğdən əldə edəcəyi fayda onların qanunsuz hərəkəti nəticəsində əlindən çıxmışdır. Ona görə də əlindən çıxan faydaya görə cavabdeh faizlər ödəməlidir. Göstərilən qanunun tələblərinə əsasən cavabdeh 1570 manatdan faydalanmağına görə ondan göstərilən məbləğin 5% faizləri onun xeyrinə ödəmələri məhkəmə qaydasında müəyyən olunmalıdır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibardan sui-istifadə etmə, aldatma yolu 1570 (min beş yüz yetmiş) manat pulun alınaraq xeyrinə ödənilməsi,1570 (min beş yüz yetmiş) manat pulu vaxtında ödəməyərək 2 ay ərzində gecikdirib ondan faydalandıqlarına görə onlardan göstərilən məbləğin faizləri Azərbaycan Respulikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi uçot dərəcəsi, yəni 5% faizlə 156 (yüz əlli altı) manat və ödədiyi 30 manat dövlət rüsumu, cəmi 1756 (min yeddi yüz əlli altı) manat pulun alınaraq onun xeyrinə verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və bildirmişdir ki, cavabdehlər ona olan borclarından 500 manat ödəniş etmişlər, bun a görə də hazırda Cavabdeh1 və Cavabdeh2 1070 (min yetmiş) manat pulun alınaraq xeyrinə ödənilməsi, 1070 (min yetmiş) manat pulu vaxtında ödəməyərək 6 ay ərzində gecikdirib ondan faydalandıqlarına görə cavabdehlərdən göstərilən məbləğin faizləri Azərbaycan Respulikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi uçot dərəcəsi, yəni 5% faizlə 6 ay ərzində 321 (üç yüz iyirmi bir) manat və ödədiyi 30 manat dövlət rüsumu, cəmi 1421 (min dörd yüz iyirmi bir) manatın alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, şahidlərin ifadələrini dinləyib və işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, iddiaçı onun oğludur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cücə almağa gələn günü cücələrin sayılıb verilməsinə kömək etmişdir. Oğlu ilə cavabdehlər arasında olan danışığa görə ona Cavabdeh1 və Cavabdeh2 ona 1570 manat ödəniş etməli idi. Cavabdehlər sonradan borclarından 500 manat ödəsələr də, qalan borclarını ödəmədilər. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, iddiaçı onun qonşusudur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cücə almağa gələn günü o da orada olmuş, cücələrin sayılıb verilməsinə kömək etmişdir. Onda olan məlumata görə cavabdehlər Mirdamətə 1570 manat pul verməli idilər. Lakin sonradan cavabdehlərin borclarını və 1070 manat borclarının qaldığını eşitmişdir. İşin materiallarında olan Göygöl rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı Rəşad Zeynalov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15.05.2021-ci il tarixdə qərar qəbul olunmuşdur. Həmin qərardan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarında İddiaçı 1570 manat borclarının olmasını, borclarını gecikdirdiklərini, borclarından 500 manat ödədiklərini hazırda 1070 manat borclarının yaranmasını etiraf edirlər. İşin materiallarında olan Azərbaycan Respulikası Mərkəzi Bankının internet saytından çıxarışlardan görünür ki, 18.12.2020-ci il tarixdən 17.09.2021-ci il tarixədək bank uçot faiz dərəcəsi 6,25 faiz olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı 1070 manat borcu vardır. Cavabdehlər 30 aprel 2021-ci il tarixədək öhdəliklərini icra etməli olduqları halda, iddia tələbinin dəqiqləşdirildiyi 21 sentyabr 2021-ci il tarixədək, yəni 5 ay ərzində öhdəliklərini icra etməmişlər. Buna görə də hazırda iddiaçı cavabdehlərdən həmin müddət ərzində Azərbaycan Respulikası Mərkəzi Bankının müəyyənləşdirdiyi uçot faiz dərəcəsi nəzərə alınmaqla faiz tələb edir. Həmin faiz dərəcəsi pul öhdəliyinin icra olunmadığı tarixlərin daxil olduğu vaxtda uçot faiz dərəcəsi Mərkəzi Bank tərəfindən 6,25 faiz kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Qeyd olunanlara əsasən faizlər illik ödənilməli olduğundan, lakin hazırkı halda öhdəlik cəmi 5 ay gecikdirildiyindən, Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ilə hesablanmış faizlər 5 ay üçün nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin qismən edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1070 (min yetmiş) manat məbləğində borc, 27,86 (iyirmi yeddi manat səksən altı qəpik) manat Azərbaycan Respulikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi uçot dərəcəsi ilə hesablanmış faiz, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1127,86 (min yüz iyirmi yeddi manat səksən altı qəpik) manat pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin qismən edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1070 (min yetmiş) manat məbləğində borc, 27,86 (iyirmi yeddi manat səksən altı qəpik) manat Azərbaycan Respulikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi uçot dərəcəsi ilə hesablanmış faiz, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1127,86 (min yüz iyirmi yeddi manat səksən altı qəpik) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1624/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1624/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver