Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1645/2020 12.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı nümayəndəsi A.Əzizovanın Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi haqqında iddiasına, Cavabdeh İddiaçı qarşı aliment ödəməkdən azadetmə haqqında qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından xx xxxxxx 2014-cü ildə anadan olmuş X10 adlı uşağın saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 170 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı aliment ödəməkdən azadetmə haqqında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ona qarşı alimentin miqdarının artırılması barədə iddiasının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək onun İddiaçı himayəsində olan birgə nikahından xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş X1 üçün aliment ödəməkdən azad olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X14 məhkəmə iclasında iddianı müdafiə edərək,qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, tərəflər nikahlarını xx xxxx 2010-cu ildə qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından xx xxxxxxx 2010-cu il tarixdə anadan olmuş Məhəmməd və xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş Aysun adlı iki uşaqları var. İddiaçının cavabdehlə evləndikləri ilk vaxtlar münasibətləri normal olsa da, sonradan ailə münasibətləri pozulmuşdur. Odur ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2017-cı il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, xx xxxxxxx 2010-cu il tarixdə anadan olmuş X8 atası Cavabdeh himayəsində, xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş X15 anası İddiaçı himayəsində saxlanılmışdır. Daha sonra Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə Aysun adlı uşağın saxlanılması üçün hər ay 60 manat məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı ikinci dəfə ailə qurmuşdur. Qızı olan iddiaçı Bakıda yaşayır və ikinci nikahdan 5 aylıq körpəsi vardır. İddiaçının ikinci əri Bakı şəhərində ofisiant işləyir. Hazırda bir uşaq iddiaçıda,bir uşaqda cavabdehin himayəsindədir. Məhəmməd adlı uşağa cavabdeh Aysun adlı uşağa iddiaçı baxır. İddiaçı cavabdehdə olan uşağın saxlanılması üçün aliment ödəmir. Uşağın böyüdükcə tələbatı artır. Məhkəmə qətnaməsi ilə qət edilmiş aliment məbləği uşağın normal inkişafına, sağlam şəraitdə böyüdülməsinə vaxtı-vaxtında müayinə və müalicə olunmasına yetmir. İddiaçı özü heç bir yerdə işləmir və uşağa baxır. Buna görə də alimentin miqdarının artırılmasına ehtiyacı vardır. Cavabdehin şəxsi mağazası və adına aktiv VÖEN-i vardır. Həmçinin qeyd edir ki, cavabdeh bir neçə aydır ki, alimenti ödəmir. Odur ki, iddia əsaslı olduğu üçün iddianın təmin edilməsi,qarşılıqlı iddianın rədd edilməsi və cavabdehdən hər ay uşağın saxlanılması üçün 170 manat alimentin tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında ilk iddianı qəbul etməyərək,qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, İddiaçı ilə birgə nikahından xx xxxxxxx 2010-cu il tarixdə anadan olmuş Məhəmməd və xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş Aysun adlı iki uşağı vardır. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə onun ilə İddiaçı arasında bağlanmış Ağdaş rayon Qeydiyyat şöbəsində xx xxxx 2010-cu ildə 153 № ilə qeyd edilmiş nikahın pozulması, xx xxxxxxx 2010-cu il tarixdə anadan olmuş X2 onun himayəsində, xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş X7 anası İddiaçı himayəsində saxlanılması qət edilmişdir. O gündən etibarən Məhəmməd adlı uşaq onun himayəsindədir. Qeyd edir ki, himayəsində olan uşağın saxlanılması üçün İddiaçı hər hansı köməklik etmir, uşağın bütün ehtiyaclarını o qarşılayır, lakin Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə ondan cavabdehin xeyrinə cavabdehin himayəsində olan Aysun adlı uşağın saxlanılması üçün 60 manat aliment tutulması qət edilmişdir. Qeyd edir ki, qətnamədə 60 manat aliment tutulmasına səbəb onun tərəfdən iştirak edən nümayəndənin iddianı qismən etiraf etməsi olmuş,yəni həmin vaxt aliment ödəməyinə razılıq verməyi olmuşdur. Nəzərə çatdırır ki, alimentlə bağlı qətnamə çıxan zaman o, işləyirdi və müvafiq olaraq ailəsinə qazanc gətirirdi, həmçinin evlənməmişdir. Lakin hazırda ikinci dəfə evlənmiş və himayəsində ikinci nikahdan Teyfur adlı bir övladı daha vardır. Həyat yoldaşı işləmir. Həmçinin hazırda özü də işləmir. İşaxtaran kimi qeydiyyatdadır. 2-ci qrup əlildir və aylıq 130 manat pensiyadan başqa gəliri yoxdur. Onun ailə və maddi vəziyyətində pisə doğru dəyişiklik olmuşdur. Odur ki, o, artıq bir neçə aydır qət edilmiş 60 manat alimenti ödəyə bilmir. Bir daha qeyd etmək istəyir ki, o, İddiaçı birgə nikahından anadan olmuş Məhəmməd adlı uşağın saxlanılması üçün aliment almır, həmçinin İddiaçı Məhəmmədin saxlanılması üçün ona hər hansı köməklik göstərməmişdir. Həmçinin nəzərə çatdırmaq istəyir ki, məhkəmənin uşaqla ünsiyyətdə olmağa dair qanuni qüvvəyə minmiş qətnaməsi olmasına baxmayaraq İddiaçı ona Aysun adlı uşaqla ünsiyyətdə olmağına da icazə vermir. Lakin bütün bu hallara baxmayaraq ondan aliment tələb edir. Odur ki, İddiaçı ona qarşı alimentin miqdarının artırılması barədə iddiasının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək onun İddiaçı himayəsində olan birgə nikahından xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş X1 üçün aliment ödəməkdən azad olunmağı barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə ilk iddia rədd edilməlidir, qarşılıqlı iddia təmin edilməlidir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi barədə sənəddən görünür ki, Cavabdeh adına ********** saylı VÖEN vardır. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 2014-cü ildə anadan olmuş X7 valideynləri Cavabdeh və İddiaçıdır. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx xxxxxx 2014-cü ildə anadan olmuş X15 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2017-ci ildən başlayaraq hər ay 60 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış Ağdaş rayon Qeydiyyat şöbəsində xx xxxx 2010-cu ildə 153 № ilə qeyd edilmiş nikahın pozulması, xx xxxxxxx 2010-cu il tarixdə anadan olmuş X2 Cavabdeh himayəsində, xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş X7 anası İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X11 arasındakı nikah xx xxxxxx 2018ci ildə pozulmuşdur. Nikah pozulduqdan sonra qadın Əzizova soyadını qəbul etmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X12 arasında xx xxx 2020-ci ildə rəsmi nikah qeyd edilmiş,nikah bağlandıqdan sonra qadın ərinin soyadını qəbul etmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 2020-ci ildə anadan olmuş X4 valideynləri Cavabdeh və X5r. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki,Cavabdeh ikinci qrup ömürlük əlildir,hər ay 130 manat pensiya alır. İş materialında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 19 saylı Ərazi məşğulluq mərkəzi filialının xx xxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Kərimov X6 Alt Sistemində işaxtaran şəxs kimi qeydiyyatdadır. Cavabdeh adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yoxlamaların Avtomatlaşdırılmış İnformasiya sistemində X3 üzrə əmək müqaviləsi bildirişi altsistemində hazırda qüvvədə olan əmək müqaviləsi qeydə alınmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimenti ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən x xxxxxx 2020-ci ildən uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxx 2016-cı il tarixli plenum qərarından görünür ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflərin birgə nikahından anadan olmuş uşaqlarından biri iddiaçının, digəri isə cavabdehin himayəsindədir, cavabdehdən iddiaçının xeyrinə aliment qət edilən zaman cavabdeh ikinci dəfə evlənməmişdir, hazırda isə cavabdeh yeni nikaha daxil olmuş,ikinci nikahdan daha bir övladı dünyaya gəlmiş və əlavə xərcləri yaranmışdır, iddiaçı da ikinci dəfə evləmiş,lakin iddiaçının nümayəndəsinin izahatından məlum olmuşdur ki,iddiaçı işləməsə də,onun hazırki həyat yoldaşı işləyir və ailənin ehtiyaclarını o qarşılayır.Həmçinin məhkəmə iclasında müəyyən edildi ki,cavabdeh əlildir və hazırda işsiz olduğu üçün işaxtaran şəxs kimi qeydiyyatdadır. Odur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu tərəflərin izahatı və işdə olan müvafiq sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki,ilk iddia rədd edilməli,qarşılıqlı iddia isə təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi haqqında iddiası rədd edilsin. Cavabdeh İddiaçı qarşı aliment ödəməkdən azadetmə haqqında qarşılıqlı iddiası təmin edilsin. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə xx xxxxxx 2014-cü ildə anadan olmuş uşağı X1 üçün İddiaçı xeyrinə hər ay 60 manat sabit pul məbləğində alimentin ödənilməsindən azad edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə Apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1645/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1645/2020
12.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver