Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1662/2021 28.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 03.07.2020-ci il və 03.07.2020-ci il tarixli müqaviləsinə əsasən, imei kodu **********72920 olan Samsung Galaxy A20s markalı telefon, Hoffmann LED TV, Philips Ütü, Hoffmann Mini soba almış və nəticədə 2773 (iki min yeddi yüz yetmiş üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1412.6 (min dörd yüz on iki manat altmış qəpik) manat (12 ay x 117.3 manat + 5 manat ilkin ödəniş) olan imei kodu **********72920 olan Samsung Galaxy A20s markalı telefon, Hoffmann LED TV üçün ümumilikdə, 1794 (min yeddi yüz doxsan dörd) manat olmaqla ondan, 1407.6 (min dörd yüz yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, güzəşt olaraq 386.4 (üç yüz səksən altı manat qırx qəpik) manat dəbbə; 03.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 874.8 (səkkiz yüz yetmiş dörd manat səksən qəpik) manat (18 ay x 48.6 manat + 0 manat ilkin ödəniş) olan Philips ütü, Hoffmann Mini soba üçün ümumilikdə, 979 (doqquz yüz yetmiş doqquz) manat olmaqla ondan, 834.8 (səkkiz yüz otuz dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 144.2 (yüz qırx dörd manat iyirmi qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 45 manat təşkil edir. İddiaçı MMC-nin nümayəndəsi X1 məhkəməyə teleqram ünvanlayaraq iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış 03.07.2020-ci il tarixli, № 21003603 saylı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 117,30 manat ödəmək şərti ilə, ilkin ödəniş 5 manat olmaqla dəyəri 1412,60 manat olan, imei kodu **********72920, **********72927 olan Samsung Galaxy A20s markalı telefon, Hoffmann LED TV verilmişdir. İşin materiallarında olan İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış 03.07.2020-ci il tarixli, № 21003567 saylı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 48,60 manat ödəmək şərti ilə, ilkin ödəniş 0 manat olmaqla dəyəri 874,80 manat olan Philips ütü, Hoffmann Mini soba verilmişdir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 02.02.2021-ci il tarixli bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən müqaviləyə əsasən pul ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə ünvanlanmış 23.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 23.06.2021-ci il tarixə 03.07.2020-ci il tarixli, № 21003603 saylı müqaviləyə əsasaən İddiaçı MMC-yə əsas borc üzrə 1407,60 manat, cərimə borcu üzrə 386,40 manat, 03.07.2020-ci il tarixli, № 21003567 saylı müqaviləyə əsasaən İddiaçı MMC-yə əsas borc üzrə 834,80 manat, cərimə borcu üzrə 144,20 manat, cəmi 2773 manat borcu qalmışdır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış 03.07.2020-ci il tarixli, № 21003603 saylı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 117,30 manat ödəmək şərti ilə, ilkin ödəniş 5 manat olmaqla dəyəri 1412,60 manat olan, imei kodu **********72920, **********72927 olan Samsung Galaxy A20s markalı telefon, Hoffmann LED TV verilmişdir. 03.07.2020-ci il tarixli, № 21003567 saylı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 48,60 manat ödəmək şərti ilə, ilkin ödəniş 0 manat olmaqla dəyəri 874,80 manat olan Philips ütü, Hoffmann Mini soba verilmişdir. Cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun İddiaçı MMC-yə əsas borcu üzrə 2242,40 manat, cərimə borcu üzrə 530,60 manat, cəmi 2773 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə saltılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə saltılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə saltılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə saltılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının saltıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə saltıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək müvafiq olaraq cərimə borcu 47 manat və 187 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 03.07.2020-ci il tarixli, № 21003603 saylı müqaviləyə əsasən əsas borc üzrə 1407,60 manat, cərimə borcu üzrə 140 manat, 03.07.2020-ci il tarixli, № 21003567 saylı müqaviləyə əsasən əsas borc üzrə 834,80 manat, cərimə borcu üzrə 83 manat, cəmi 2465,40 manat borc məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 03.07.2020-ci il tarixli, № 21003603 saylı müqaviləyə əsasən əsas borc üzrə 1407,60 manat, cərimə borcu üzrə 140 manat, 03.07.2020-ci il tarixli, № 21003567 saylı müqaviləyə əsasən əsas borc üzrə 834,80 manat, cərimə borcu üzrə 83 manat, cəmi 2465,40 manat borc məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1662/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1662/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver