Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1676/2024 18.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 13 saylı X3 Mərkəzinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 13 saylı X3 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 13 saylı X3 Mərkəzi Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 saylı X3 Mərkəzinin əməkdaşları tarixdə Mərkəzin Qarxun meşəbəyliyinin 3 saylı meşə dolayısının 7-ci kvartalında yoxlama aparan zaman Ağdaş rayonu Eymur kənd sakini Cavabdeh X5 sahəsində 2023-cü ili payızında əkilmiş 2.30 hektar meşə əkini olan tut tinglərini biçməsi faktı müəyyən edilmişdir. Cavabdeh barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanılmış material İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Eyni zamanda Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 253 (iki yüz əlli üç) manat məbləğində maddi zərərin vurulması müəyyən edildiyindən xx.xx.2024-cü il tarixli 3-14-27-13/2-164/2024 nömrəli məktubla vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin o bundan imtina etmişdir. Qeyd edilənlərə əsasən meşə fondu sahəsində meşə əkinini məhv etməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi 253 (iki yüz əlli üç) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub 13 saylı X3 Mərkəzinin “Kapital Bank”ın Bərdə rayon şöbəsinin AZ 62 CTRE 000 000 *** **** ******* saylı hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 13 saylı X3 Mərkəzinin nümayəndəsi X4 izahatında iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddia ərizəsində qeyd edilənlərin əsassız olduğunu, qeyd edilən ərazini uzun illər əkdiyini, sonuncu dəfə həmin əraziyə buğda məhsulu əkdiyini, bundan sonra Meşə idarəsinin əməkdaşları tərəfindən həmin əraziyə tut əğacları əkildiyini, bu səbəbdən də buğdasının məhv olduğunu, buna görə də iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 13 saylı X3 Mərkəzinin Qarxun meşəbəyliyinin 27 avqust 2024cü il tarixli № 003196 saylı aktından görünür ki, 13 saylı X3 Mərkəzinin əməkdaşları tərəfindən 27 avqust 2024-cü il tarixdə Mərkəzin Qarxun meşəbəyliyinin 3 saylı meşə dolayısının 7-ci kvartalında yoxlama aparan zaman Ağdaş rayonu Eymur kənd sakini Cavabdeh X5 sahəsində 2023-cü ili payızında əkilmiş 2.30 hektar meşə əkini olan tut tinglərini biçməsi faktı müəyyən edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 13 saylı X3 X2 meşəbəyliyi tərəfindən verilmiş hesablama cədvəlindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 13 saylı X3 X2 meşəbəyliyi 27 avqust 2024-cü il tarixli № 003196 saylı aktında göstərilən meşə pozuntularının nəticəsində 253 manat məbləğində ziyan dəymişdir. İşin materiallarında olan 29 avqust 2020-ci il tarixli, 3-14-27-13/2-164/2024 saylı bildirişin surətindən görünür ki, Cavabdeh ziyanın ödənilməsi ilə bağlı bildiriş göndərilmişdir. İşin materiallarında olan 27 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 253.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşin materiallarında olan 17 sentyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-in 253.1-ci maddəsi ilə təqsirli bilinib, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 13 saylı X3 Mərkəzinin Qarxun meşəbəyliyinin əməkdaşları tərəfindən 27 avqust 2024-cü il tarixdə Mərkəzin Qarxun meşəbəyliyinin 3 saylı meşə dolayısının 7-ci kvartalında yoxlama aparan zaman Ağdaş rayonu Eymur kənd sakini Cavabdeh X5 sahəsində 2023-cü ili payızında əkilmiş 2.30 hektar meşə əkini olan tut tinglərini biçməsi faktı müəyyən edilmişdir. Bu barədə akt tərti edilmiş və akta göstərilən meşə pozuntularının nəticəsində 253 manat məbləğində ziyan dəymişdir. Cavabdeh ziyanın ödənilməsi ilə bağlı bildiriş göndərilmişdir. Eyni zamanda Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 257-ci maddəsi ilə 27 avqust 2024cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qəbul edilmiş 17 sentyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-in 253.1-ci maddəsi ilə təqsirli bilinib, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Hazırda iddiaçı Meşə Təsərrüfatına dəymiş 253 manat ziyanın ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 13 saylı X3 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 253 (iki yüz əlli üç) manat miqdarında ziyan alınaraq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 13 saylı X3 Mərkəzinin hesabına ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 253 (iki yüz əlli üç) manat miqdarında ziyan alınaraq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 13 saylı X3 Mərkəzinin hesabına ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1676/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1676/2024
18.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver