Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1682/2023 17.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə iddiaçıdan ehtiyacı olduğu üçün 850 (səkkiz yüz əlli) manat, xx.xx.2021-ci il tarixdə də 650 (altı yüz əlli) manat borc pul almışdır. Cavabdeh bu məbləği 3-4 ayadək qaytaracağını bildirərək bunun sübutu kimi də yazılı borc müqaviləsi bağlamışdır. O, iddiaçını 3-4 ay ərzində pulu ödəyəcəyinə əmin edərək söz vermişdir. Həmçinin Cavabdeh1 də xx.xx.2022-ci il tarixdə iddiaçıdan ehtiyacı olduğu üçün 2000 (iki min) manat borc pul almışdır. Cavabdeh1 də bu məbləği bir neçə ayadək qaytaracağını bildirərək bunun sübutu kimi də yazılı borc müqaviləsi bağlamışdırvə onu pulu ödəyəcəyinə əmin edərək söz vermişdir. Ancaq cavabdehlərin heç biri verdiyi sözlərə əməl etməmişdir. Bundan sonra cavabdehlər 2021-ci və 2022-ci ilin sonunadək borclarını ödəyəcəklərini bildirsələr də bugünədək həmin məbləği ödəməkdən boyun qaçırmışlar. Dəfələrlə cavabdehlərə borclarını könüllü ödəməsini, borc məsələsini aralarında mübahisəsiz həll etmələrini xahiş etsə də cavabdehlər hər dəfəsində borclarını tezliklə ödəyəcəklərini bildirmişlər, lakin bu günədək heç bir məbləğ ödəməmişdirlər. Dəfələrlə çalışsa da cavabdehlərdə olan pulunu ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh2 1500 (min beş yüz) manat miqdarında borcun, Cavabdeh1 2000 (iki min) manat borcun, hüquqi yardımın göstərilməsi üçün 200 (iki yüz) manatın və ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh2 1500 (min beş yüz) manat miqdarında borcun tutulmasını xahiş etmişdir, həmin məbləğin səhvən 1500 (min beş yüz) manat kimi qeyd etmiş, əslində Cavabdeh2 ona 2000 (iki min) manat borcu vardır. Nəzərə alınmasını xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində gösətrilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan əlyazmadan görünür ki, Cavabdeh2 İddiaçı xx.xx.2020-ci il tarixdə 850 manat məbləğində borc pul almış, həmin pulu 3 ay müddətində qaytaracağını qeyd edək imzası ilə təsdiqləmişdir. İşin materiallarında olan əlyazmadan görünür ki, Cavabdeh2 İddiaçı xx.xx.2021-ci il tarixdə 650 manat məbləğində borc pul almış, həmin pulu 4 ay müddətində qaytaracağını qeyd edək imzası ilə təsdiqləmişdir. İşin materiallarında olan əlyazmadan görünür ki, Cavabdeh1 İddiaçı xx.xx.2022-ci il tarixdə 2000 manat məbləğində borc pul almış, həmin pulun 1000 manatını noyabr ayının sonunadək, qalan hissəsini isə hər ay əmək haqları verilərkən 150 manat ödəyəcəyini qeyd edək imzası ilə təsdiqləmişdir. İşin materiallarında olan tapşırıq müqaviləsindən və ödəniş “mpay” ödəniş ternimalına aid qəbzdən görünür ki, İddiaçı ona hüquqi yardımın göstərilməsi ilə əlaqədar X2 ilə müqavilə bağlamış və hüquqi yardımın göstərilməsi üçün X1 adına 200 manat məbləğində ödəniş etmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 35 (otuz beş) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh2 iki dəfə olmaqla ümumilikdə 1500 (min beş yüz) manat, Cavabdeh1 2000 (iki min) manat məbləğində borc pul vermişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə Cavabdeh2 1500 (min beş yüz) manat, Cavabdeh1 isə 200 (iki min) manat məbləğində borcu yaranmışdır. Həmçinin cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün hüquqi yardım almasında dair 200 (iki yüz) manat məbləğində xərc cəkmişdir. Hazırda iddiaçı cavabdehlərdən həmin borcların ona geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh2 1500 (min beş yüz) manat məbləğində borc, Cavabdeh1 2000 (iki min) manat məbləğində borc alınaraq iddiaçıya verilməli, eyni zamanda cavabdehlərdən müştərək qaydada hüquqi yardımın göstərilməsi üçün 200 (iki yüz) manat və 55 (əlli beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh2 1500 (min beş yüz) manat məbləğində borc alınaraq İddiaçı verilsin. Cavabdeh1 2000 (iki min) manat məbləğində borc alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada hüquqi yardımın göstərilməsi üçün 200 (iki yüz) manat və 55 (əlli beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1682/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1682/2023
17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver