Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1682/2025 27.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli 8(014)-280/2025 saylı qərardadına əsasən müəyyən edilmiş alimentin artırılaraq Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 300 manat olmaqla cəmi 600 manat alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, mediasiya üçün ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. Birgə yaşadıqları dövrdə cavabdehlə ailə münasibətləri normal olmuşdur. Lakin sonralar aralarında narazılıqlar baş verdiyindən faktiki olaraq ayrı yaşayırlar və məhkəmənin qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Ağdaş Rayon Məhkəməsinin 8(014)-280/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə borclu Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.43 misli həddində sabit pul məbləğində aliment tutularaq tələbkar İddiaçı verilməsi qərara alınmışdır. Hazırki halda 0.43 misli 172 manat etdiyindən hesab edir ki, həmin məbləğ uşağın tələbatını ödəmir. Belə ki, Cavabdeh Müdafiə Nazirliyinin N saylı Hərbi Hissədə işləməklə aylıq 1500 manatdan çox əməkhaqqı alır. Onun əməkhaqqısı barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmişdir. Hesab edir ki, uşaqlar böyüdüyündən onların xərcləridə artmışdır. Cavabdehin hərbi hissədə işləməsinə baxmayaraq, uşaqlarının saxlanmasında əlavə olaraq maddi köməklik göstərməmişdir. O heç yerdə işləmir. Uşağın saxlanmasında maddi çətinlik çəkir. Qeyd edir ki, məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, bundan sonra Mediyasiya Şurasına müraciət etmiş, lakin cavabdehlə mediyasiya qaydasında mübahisələrini həll edə bilməmişlər. Mediasiya xərcləri onun tərəfindən tam şəkildə ödənilmişdir. Buna görədə hesab edir ki, alimentin miqdarı artırılmalı, hər-ay cavabdehdən yetkinlik yaşına çatmayan iki uşağın saxlanması üçün 600 manat aliment tutulmalıdır. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə müdafiə edərək bildirdi ki, qızının himayəsində iki övladı var. Uşaqlardan birinin gözündə, birinin isə belində problem var. Uşaqlar Bakı şəhərində yaşayırlar, orada xəstəxanada müalicələr alırlar. Aliment təyin olunduqdan sonra cavabdehin hərbi qulluqçu işlədiyini və yüksək əmək haqqı aldığını öyrənib, məhkəməyə alimentin artırılması barədə ərizə yazmışdır. İddia tələbinin təmin edilməsini xahiş edirəm. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, evlidir, ikinci nikahından bir uşağı var. İddiaçı özü işləyir, əmək haqqısı var. Alimenti 1 il ödəyə bilmədiyindən, həbs olunmuşdur. Övladı ilə görüşmək hüququ olsa da, görüşə bilmir. Alimentin 50 manat və ya 80 manat məbləğində artırılmasına etirazı yoxdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanmaqla işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Naxçıvan şəhər Nigah evi tərəfindən verilmiş 25 iyul 2013-cü il tarixli, AZ-İİ 859395 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 08 iyul 2013-cü il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan Naxçıvan şəhər Nigah evi tərəfindən verilmiş 22 fevral 2012-ci il tarixli, AZ-İİ 666439 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 05 fevral 2012-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 iyun 2024-cü il tarixli AZ-İ 483434 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah xx.xx.2023-cü il tarixli qətnaməyə əsasən pozulmuşdur. Nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra qadına Hüseynova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş 2(014)- 951/2023 saylı xx.xx.2023-cü il tarixli qətnamənin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 02 avqust 2011-ci il tarixdə Naxçıvan şəhər Nikah Evi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 244 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 05 fevral 2012-ci il təvəllüdlü X7 və 08 iyul 2013-cü il təvəllüdlü X8 anaları İddiaçı yanında saxlanılması, Cavabdeh 22 may 2023-cü il tarixdən başlayaraq 05 fevral 2012-ci il təvəllüdlü X7 və 08 iyul 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, İddiaçı ilkin mediasiya sessiyası zamanı ödədiyi pulun 25 manatı və ödənilmiş dövlət rüsumunun 25 manatı Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh 56 (əlli altı) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş 18 iyun 2025ci il tarixli 8(014)-280/2025 saylı qərardadın surətindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-951/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası üsulu və qaydası dəyişdirilərək həmin qətnamə ilə borclu Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.43 misli həddində sabit pul məbləğində aliment tutularaq tələbkar İddiaçı ödənilməsi, hazırkı qərardad qanuni qüvvəyə mindikdən sonra miqdarı dəyişdirilmiş alimentin məbləğinin hesablanması qərara alınmışdır. İşin materiallarında olan Ağdaş RİHB-nın Ağdaş şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 may 2025-ci il tarixli 5-32-12/2-H-1121/2025 saylı arayışdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. İşin materiallarında olan xx.xx.2025-ci il tarixli 454 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Alimentin miqdarının artırılması tələbi” mübahisəsi üzrə 01 avqust 2025-ci il tarixində saat 11:30-da İddiaçı iştirak etmişdir. Lakin Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediyasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci təkbaşına ödəmişdir. İşin materiallarında olan 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 iyul 2025-ci il tarixli AZ-V 131914 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 22 iyun 2025-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X2r. İşin materiallarında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən verilmiş AZ-İİ 655422 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasındakı nikah 24 noyabr 2024-cü il tarixdə 2467 saylı akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Soltanova soyadı verilmişdir. İşin materiallarında olan N saylı hərbi hissəsinin komandiri tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh aylıq pul təminatı vergilər və digər məcburi tutulmalar tutulduqdan sonra- aylıq pul təminatı 1727.10 manat, illik məzuniyyəti 659.60 manat, illik maddi yardım 779.88 manat, illik birdəfəlik pul mükafatı 1608 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 doğulmuş, tərəflərin nikahları pozulmuş, Ağdaş Rayon Məhkəməsinin 8(014)-280/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə borclu Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.43 misli həddində sabit pul məbləğində aliment tutularaq tələbkar İddiaçı verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, tərəflərin maddi və ailə vəziyyətlərini, uşaqlarla bağlı məsrəflərin artdığını nəzərə alaraq uşaqların saxlanması üçün cavabdehdən hər uşaq üçün minimum əmək haqqının 0.43 misli həddində alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əlavə edilmiş 8.4-1 yarımbəndinə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, İMS-nın keçirilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərci cavabdehdən tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 31.52 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-951/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş, 18 iyun 2025-ci il tarixli 8(014)-280/2025 saylı qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarı artırılsın. Cavabdeh ilə İddiaçı birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. İMS-nın keçirilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərci cavabdehdən tutularaq İddiaçı ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi 31.52 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1682/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1682/2025
27.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver