Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1686/2023 16.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə İddiaçı Cavabdeh1 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı fərdi yaşayış və torpaq sahəsinə müayinə aparılması üçün yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı fərdi yaşayış və torpaq sahəsinə müayinə aparılması üçün yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı nümayəndəsi Nümayəndə ünvan 1 ünvanında yaşamış, xx.xx.1996-cı il tarixində ölmüş mərhum qaynanası X1 vərəsəsi İddiaçı nümayəndəsi olaraq Ağdaş rayon Notariat Ofisinə ərizə ilə müraciət edərək X.Həmidovadan miras qalmış Ağdaş şəhərində yerləşən fərdi yaşayış və torpaq sahəsini vərəsəlik qaydasında rəsmiləşdirməsini xahiş etmişdir. Lakin əmlakın mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə bağlı sənəd təqdim etmələri mümkün olmamışdır. Əlaqədar olaraq da Ağdaş rayon Notariat Ofisi Mülki Məcəllənin 1151 və 139-cu, eyni zamanda "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 22.2-ci maddəsinə, "Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat"-ın 7-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qeydiyyata alınmamış həmin fərdi yaşayış evi və torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması barədə reyestrdən Çıxarış verilməsini xahiş etmişdir. Bundan sonra ərizənin icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisi xx.xx.2023-cü il tarixində fərdi yaşayış evinin və torpaq sahəsinin müayinəsi üçün baxış keçirmək istədikdə Cavabdeh1 maneəçilik yaratmışdır. Hətta poliə müraciət etmişlər və polis cavabdehi çağıraraq onunla danışıqlar aparmış və polisdə verdiyi ifadəyə əsasən maneəçilik törədəcəyinə söz vermişdir. Lakin cavabdeh sözünə yenə əməl etməyərək, mütəxəssisə öz işini görməkdə çətinliklər yaratmışdır. Nəticə olaraq da müayinə baş tutumamışdır. Müayinəyə şərait yaradılmadığı üçün inventarlaşdırma işlərinin aparılması mümkün olmadığından 17 saylı Yevlax Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli, 3-21-3-35/2-1893/2023 saylı məktubu ilə imtina etmişdir. Göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınması barədə reyetsrdən Çıxarış verilməsi məqsədi ilə Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən müayinə işlərinin aparılmasına dair cavabdeh tərəfindən maneəçiliyin aradan qaldırılması öhdəliyinin qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, mərhum nənənsi Xanım Həmidova 1996-vı ildə ölmüş və ölməmişdən əvvəl mübahis predmeti olan torpaq sahəsi və üzərində inşa edilmiş yaşayış evini vəsiyyətnamə əsasında ona bağışlanmışdır. Həmin evdə 46 ildir ki, yaşayır. İddiaçının iddiası əsassızdır. Buna görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin materiallarında olan Ağdaş rayon Notariat Ofisi tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli, 263 nömrəli tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə ünvanlanmış məktubun surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində olan və İddiaçı təqdim etdiyi sənədlərə əsasən X.Həmidovanın ölümünədək daşınmaz əmlakın dövlət reyestrində hüquqlarının qeydiyyata alınması üçün əsas olmasına baxmayaraq hər hansı səbəbdən qeydiyyata alınmamış fərdi yaşayış evi və torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən Çıxarış verilməsi xahiş edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən İddiaçı nümayəndəsi Nümayəndə ünvanlanmış 22 may 2023-cü il tarixli, 3-21-3-35/2-1893/2023 saylı məktubdan görünür ki, 16 may 2023-cü il tarixdə 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisi Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi üçün həmin ünvanda olmuş. Lakin yerində baxış keçirilən zaman yaranmış ailə daxili mübahisə nəticəsində müayinəyə şərait yaradılmadığı üçün inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evi mərhum X2 məxsus olmuşdur. Mərhumun ölümündən sonra həmin yaşayış evinə və torpaq sahəsinə Çıxarış almaq üçün iddiaçı müvafiq orqanlara müraciət etmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının naturada ara mərz nişanlarını ölçmək üçün həmin əraziyə gəlmişlər, lakin cavabdeh ölçmə işlərinə mane olmuşdur. Bu da iddiaçının özünə məxsus torpağından istifadə hüquqlarının pozulmasına səbəb olur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınması barədə reyetsrdən Çıxarış verilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən müayinə işlərinin aparılmasına dair Cavabdeh1 tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, Cavabdeh1 100 (yüz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh1 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı fərdi yaşayış və torpaq sahəsinə müayinə aparılması üçün yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınması barədə reyetsrdən Çıxarış verilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən müayinə işlərinin aparılmasına dair Cavabdeh1 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Cavabdeh1 100 (yüz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1686/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1686/2023
16.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver