Məhkəmə qərarları › İş №2(014)-1686/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1686/2025

12.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1686/2025 12.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X12 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2165 manat maddi ziyan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 41,65 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ona qarşı 14 fevral 2023cü il tarixdə məhkəməyə müraciət edərək, RX seriyalı ******* nömrəli, **********95 reyestr nömrəli çıxarışa əsasən iddiaçı Cavabdeh mülkiyyətinə verilmiş Ağdaş rayonu, Kotanarx kəndində yerləşən torpaq sahəsinin cavabdeh İddiaçı, yəni onun tərəfindən zəbt edilmiş 1,8557 hektarından çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh İddiaçı, yəni ondan tutularaq iddiaçi Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə ekspertiza təyin edilmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən rəy verilməsi üçün tərəfindən 95 manat ödəniş edilmişdir. Bundan başqa hər dəfə 20 manat, ümumilikdə 360 manat xərcləməklə 18 dəfə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə gedərək rəisin qəbulunda olmuşdur. Ekspertiza xərclərinə dair bildirişə əsasən 50 manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödəmişdir. Nəticədə Ağdaş Rayon Məhkəməsinin (hakim Cavid Sultanov) qətnaməsi ilə iddia tələbi qismən, yəni iddiaçının xeyrinə haqsız təmin edilmişdir. Qətnamə əsassız və haqsız olduğuna görə apellyasiya qaydasında şikayət vermək üçün 50 manat dövlət rüsumu ödəmişdir. Şikayəti əsaslı olduğuna görə mülki iş apelyasiya qaydasında baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X11 sədrliyi ilə baxılan mülki iş üzrə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2(014)-9/2024 nömrəli qətnaməsi qismən - “Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 3 oktyabr 1998-ci il tarixli, 18 saylı qərarına əsasən iddiaçı Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə 2,86 hektar torpaq sahəsinin 1,6166 hektar hissəsindən cavabdeh İddiaçı məcburi qaydada çıxarılması hissəsində ləğv edilmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı zəbt olunmuş 1,8557 ha torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılması tələbinə dair iddiası Cavabdeh və ailə üzvlərinin adına 23 mart 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli **********95 reyestr nömrəli çıxarışla verilmiş Ağdaş rayonu, Kotanarx kəndində yerləşən 1,8557 ha torpaq sahəsinin 1,6166 hektar hissəsində (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 1 noyabr 2024-cü il tarixli, 3-21-3-35/2-4492/2024 saylı rəyinə əlavə edilmiş sxemdə göstərilən koordinatlar və döngə nöqtələri) rədd edilmiş, qətnamə mübahisələndirilən iddianın təmin edilmiş qalan 0,0534 ha hissəsində dəyişdirilmədən saxlanılmışdır. Mülki işə Şəki Apellyasiya Məhkəməsində baxılması müddətində hər dəfə 40 manat, ümumilikdə 160 manat xərcləməklə 4 dəfə apelyasiya məhkəməsinə getmişdir. Cavabdeh ona qarşı haqsız və əsassız iddia tələbinə görə həm birinci instansiya, həm də apelyasiya instansiya məhkəmələri ərzində həm gözündən ciddi müalicə almış, həm də əsəb xəstəliyindən müalicə almışdır. 1200 manat xərcləyərək gözünü müalicə və əməliyyat etdirmiş, 250 manat xərcləyərək əsəb xəstəliyindən müalicə almışdır. Nəticə olaraq 2165 manat (95+360+50+50+160+1200+250) xərcləmiş ki, bu məbləği də Cavabdeh ona ziyan vurmuşdur. Cavabdehdən ona vurulmuş maddi ziyanı - 2165 manat pulu başqa yolla ala bilmir. Cavabdeh məhkəməyə iddia tələbinə dair etiraz ərizəsi ünvanlayaraq, İddiaçı qeyd etdiyi xüsusatları tamamilə rədd edir. Belə ki, hər hansı bir rəsmi fəaliyyət üçün qanunun tələbinə uyğun dövlət rüsumları istisna olmaqla iddiaçının fərdi fəaliyyətində hər hansı bır səlahiyyətli şəxslə görüşməsinə getmək üçün xərclədiyi vəsait heç bir rəsmi sənədlə qeydə alınmayıb. Məhkəmə prosesləri ərəfəsində bu fəaliyyətləri o da etmişdir. Məhkəmə prosesləri ərzində ümumiyyətlə İddiaçı qarşı tərəfindən heç bir təhqiramiz ifadələr işlənilməmiş, fiziki xəsarətlər yetirilməmişdir. Belə olan halda yaşla əlaqədar vətəndaşın sağlamlığında olan hər hansı bir xəstəliyin müalicəsinə qeyrisi cavabdeh deyildir. Mülki iş məhkəmə yolu ilə həll edilməsi üçün ilk olaraq Ağdaş Rayon Məhkəməsində (hakim Cavid Sultanov) tərəfindən X5 qarşı iddia qaldırılmış və tələbi qismən, yəni onun xeyrinə 28 fevral 2024 tarixdə, 2(014)-9/2024 nömrəli qətnamə çıxarılmış, iddias; təmin edilmişdir. X2 Rayon Məhkəməsinin qətnaməsindən narazı qaldığı üçün mülki iş apellyasiya qaydasında baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsində o cavabdeh olaraq təqdim etdiyi dövlət sənədlərinin (dövlət aktı, çrxanşlar) mahiyyətini nəzərə alınmadan iddiaçı X4 xeyrinə qətnamə çıxarışdır. Belə ki, ona JN156, 156A kod 40314028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən 17 saylı Yevlax Ərazi İdarəsindən 23 mart 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli **********95 reyestr nömrəli çıxarış verilib. X4 alqı-satqı ilə aldığı JN:218 KOD 90314028 nömrəli Dövlət Aktına əsasən 17 saylı Yevlax Ərazi idarəsinin verdiyi çıxarış 01 iyun 2022ci il tarixlidir. X1 17 saylı Yevlax Ərazi İdarəsi 7 (yeddi) il sonra çıxarış vermişdir. Buradan belə bir nəticə hasil olur ki, Ağdaş rayon Kotanarx kəndində eyni koordinatlarda yerləşən 1,6160 ha torpaq sahəsi iki ayrı-ayrı şəxslərin mülkiyyətinə verilmişdir. Hansı ki, texniki baxımdan bu qətiyyən mümkün olmayan bir haldır. Yuxarıda qeyd etdiyi məqamların prosses zamanı məhkəmə tərəfindən nəzərə alınmasını və tələbin rədd edilməsini xahiş etmişdir. 19 oktyabr 2025-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq, Cavabdeh 140 manat maddi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(014)-9/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün 50 (əlli) manat dövlət rüsumu, həmçinin iş üzrə ekspert rəyinin alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə mütəxəsis rəyinin verilməsi üçün 95 (doxsan beş) manat rüsumu ödəmişdir. Həmin ziyan ona cavabdehin günahı üzündən dəymişdir. Hazırda Cavabdeh 140 manat maddi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsində göstərilənləri qəbul etməyərək bildirdi ki, İddiaçı həqiqətəndə ona məxsus torpaq sahəsini zəbt etmişdir. O, da bununla bağlı məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi əsasında İddiaçı ona məxsus torpaq sahəsindən çıxarılması qətt edilmişdir. İddiaçı heç bir maddi ziyan vurmamışdır. Buna görə də məhkəmədən İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(014)-9/2024 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilməsi, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 3 oktyabr 1998-ci il tarixli 18 saylı qərarına əsasən iddiaçı Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə 2,86 hektar torpaq sahəsinin 1,67 hektar hissəsindən cavabdeh İddiaçı məcburi qaydada çıxarılması, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun 50 (əlli) manatı cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat cavabdeh İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qətt edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(107)-56/2025 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməsi, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2(014)-9/2024 nömrəli qətnaməsi qismən – “Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 3 oktyabr 1998-ci il tarixli 18 saylı qərarına əsasən iddiaçı Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə 2,86 hektar torpaq sahəsinin 1,6166 hektar hissəsindən cavabdeh İddiaçı məcburi qaydada çıxarılması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı zəbt olunmuş 1.8557 ha torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılması tələbinə dair iddiası Cavabdeh və ailə üzvlərinin adına xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli **********95 reyestr nömrəli Çıxarışla verilmiş Ağdaş rayonu, Kotanarx kəndində yerləşən 1.8557 ha torpaq sahəsinin 1,6166 hektar hissəsində (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 1 noyabr 2024-cü il tarixli, 3- 21-3-35/2-4492/2024 saylı rəyinə əlavə edilmiş sxemdə göstərilən koordinatlar və döngə nöqtələri) rədd edilməsi, qətnamə mübahisələndirilən iddianın təmin edilmiş qalan 0.0534 ha hissəsində dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 100 manat iddiaçı Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilməsi qətt edilmişdir. Qətnamə 11 iyul 2025-ci il tarixdə qanuni qüvvəsini almışdır. 19008 nömrəli qəbzdən görünür ki, İddiaçı 17 saylı Yevlax Ərazi İdarəsinə mütəxəsis rəyinin verilməsi üçün 95 (doxsan beş) manat rüsum ödəmişdir. ********** nömrəli qəbzdən görünür ki, İddiaçı Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verməsi üçün 50 (əlli) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. 1-********** nömrəli qəbzdən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 41,65 (qırx bir manat, altmış beş qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Аzərbаycаn Respublikаsının Mülki Məcəllənin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İddiaçı iddiа tələbində (iddia tələbinin həcminin azaldılması nəzərə alınmaqla) Ağdaş Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(014)-9/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün ödədiyi 50 (əlli) manat dövlət rüsumu, həmçinin iş üzrə ekspert rəyinin alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə mütəxəsis rəyinin verilməsi üçün ödədiyi 95 (doxsan beş) manat rüsuma görə maddi zərərə düşdüyünü həmin zərərin əvəzi olan 140 manat cavabdehdən tutulmasını tələb edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanunu 8.6-cı bəndinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlk öncə məhkəmə onu qeyd edir ki, mülki prosessual qanunvericilikdə məhkəmə xərcləri dedikdə mülki işlərə baxılması və onların həlli ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdiyi, yaxud dövlət büdcəsindən ödənilən xərclər başa düşülür. Hazırki iş üzrə İddiaçı tələb etdiyi pul vəsaitləri maddi zərər deyil, Şəki Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(107)-56/2025 saylı mülki iş üzrə məhkəmə xərcləridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 229.1-ci maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə o zaman baxıla bilər ki, bu Məcəllənin 229.1-ci maddəsində nəzərdə tutulmuş hallar qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək aşkar olunsun. Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə ərizə qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək məhkəməyə təqdim edilir. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi işə baxmağa mane olmur. Əlavə qətnamə və ya əlavə qərardad ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində qəbul olunur. Əlavə qətnamə və ya əlavə qərardadın çıxarılması qətnamə və ya qərardadın qanuni qüvvəyə minməsini təxirə salmır. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarına əsasən, həmçinin toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar