Məhkəmə qərarları › İş №2(014)-1696/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1696/2022

05.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1696/2022 05.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Mən Ağdaş rayon məhkəməsinin hakimi Əliyev Nizam Mübariz oğlu, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277.4* manat vəsaitin alınıb İddiaçınə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Ağdaş rayon məhkəməsinin 1(*14)- 55/2*2* saylı *7.*7.2*2*-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, *2 il *6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh *4.*5.2*2*-ci il tarixdən *7.*7.2*2*-ci il tarixədək həbsdə saxlanıldığı 2 ay *3 gün müddət Azərbaycan Rsepublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığlın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi *4 ay *6 gün, təyin edilmiş cəzadan çıxılması və *2 il *1 ay 24 gün müddətə azadlığın məhdudlaşdırlması cəzası təyin edilmişdir. Cavabdeh barəsində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22.*2.2*18-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təyin edilmiş 35** manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökümlə təyin edilmiş *2 il *1 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə birləşdirilməsi və qəti cəza, *2 il *1 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 35** manat cərimə cəzası təyin edilmişdir. Cavabdeh saat 23:**-dan *7:**-a yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək və cəzanın icrasına nəzarət edən orqan iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmışdır. 31.*8.2*2*-ci il tarixdə şöbənin böyük icra məmuru (probasiya üzrə) X1 müvafiq protokol tərtib etmiş və onun üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edirələk tətbiq edilmişdir. 13.*4.2*21-ci il tarixdə müvafiq aktla *1 ədəd mobil nəzarət qurğusu, *1 ədəd elektron qolbaq, *1 ədəd enerjiyığan məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Lakin, elektron nəzarət vasitəsinin vəziyyəti haqqında “Attenti” şirkətinin texniki rəyinə əsasən Cavabdeh verilmiş elektron nəzarət vasitəsinə *2.*8.2*22-ci il tarxdə texniki baxış keçirilmiş, texniki baxışın nəticələrinə əsasən ana platada radioelektron elementlərin korroziyası aşkar olunmuş, istifadəyə tam yarasızdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına görə yararsız vəziyyətə düşmüş avadanlığın dəyəri 2277.4* manat təşkil edir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizisi məhkəmədə baxılmalı olmaması əsası ilə mümkün hesab edilməməli, iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilməlidir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 avqust 2**7-ci il tarixli 136 nömrəli qərari ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatın 2.1-ci bəndinə əsasən İcra Xidməti və Probasiya Qrumları inzibati orqan hesab edılir. İnzibati orqan olan İddiaçı “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun İV fəslinə uyğun olaraq cavabdeh barəsində inzibati icraat işi açılmalı, Qanunu 57-62-ci maddələrinə əsasən onun barəsində inzibati akt-qərar qəbul edə bilər. Qanunun 82.1-ci maddəsində qeyd edilir ki, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin bir qurumu olmaqla həmin qəbildən olan işlərə baxılaraq müvafiq qərar qəbul etməli olduğu halda, Cavabdeh barəsində toplanmış materialları iddia formasında baxılması üçün məhkəməyə göndərmişdir. Ona görə də hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığına görə iddia ərizəsini icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 153 263-264 və 279-cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini qəbul etməkdən imtina edilsin. İddiaçıya izah edilsin ki, inzibati orqan vurulmuş ziyanın ödənilməsi barədə “İnzibati Akt” qəbul edilməklə, həmin ziyanı cavabdehdən tələb edə bilər. Qərardadın surəti, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçınə qaytarılsın. Məhkəmənin hakimi: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar