Məhkəmə qərarları › İş №2(014)-1698/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1698/2022

28.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1698/2022 28.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 1(*14)- 9/2*2* saylı 28.*1.2*2*-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, *2 il *6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh *2.11.2*19-cu il tarixdən 28.*1.2*2*-ci il tarixədək həbsdə saxlanıldığı iki ay iyirmi altı gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi beş ay iyirmi iki gün, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti cəza, *2 il *8 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cavabdeh saat 23:**-dan *6:**-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmışdır. 23.*4.2*2*-ci il tarixdə şöbənin böyük icra məmuru (probasiya üzrə) X2 müvafiq protokol tərtib etmiş və onun üzərində cəza çəkdiyi müddət ərzində elktron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. *8.*4.2*21-ci il tarixdə müvafiq aktla *1 ədəd mobil nəzarət qurğusu, *1 ədəd elektron qolbaq, *1 ədəd enerciyığan məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları məhkuma izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. Lakin, elektron nəzarət vasitəsinin vəziyyəti haqqında Attenti şirkətinin texniki rəyinə əsasən Cavabdeh verilmiş elektron nəzarət vasitəsinə *2.*8.2*22-ci il tarixdə texniki baxış keçirilmiş, texniki baxışın nəticələrinə əsasən ana platada radioelektron antenanın pini zədələnib, təkrar qaynağı mümkün deyildir. Cavabdehin günahından, yəni lazımi məsuliyyəti olmadığından və müdaxiləsi nəticəsində elektron nəzarət qurğusu yararsız vəziyyətə salınmış və nəticədə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına görə həmin yararsız vəziyyətə düşən avadanlığın dəyəri 2277.4* manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Buna görə də Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277.4* manat vəsaitin alınıb İddiaçınə verilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh elektron nəzarət vasitəsi tətbiq olunduqdan təxminən on gün sonra Cavabdeh İddiaçınə gəlmiş, elektron nəzarət aparatının işləmədiyini bildirdikdən sonra, Cavabdeh yeni elektron nəzarət aparatı tətbiq olunmuş və ondan təhvil alınan elektron nəzarət aparatı yoxlanılması üçün Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsinə göndərilmişdir. Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsi tərəfindən verilmiş Elektron Nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyə əsasən “ana platada radioelektron antenanın pininin rədələndiyi, təkrar qaynağı mümkün olmadığı və istifadəyə tam yararsız olduğu qeyd edilmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək İddiaçınə dəvət olunduğunu, ona elektron nəzarət aparatının tətbiq olunduğunu, sonradan icra şöbəsinə gələrək həmin aparatın işləmədiyini bildirdiyini və aparata heç bir müdaxilə etmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 1(*14)-9/2*2* nömrəli, 28.*1.2*2*-ci il tarixli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilərək Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cavabdeh *2 noyabr 2*19-cu il tarixdən 28 yanvar 2*2*-ci il tarixədək həbsdə saxlanıldığı iki ay iyirmi altı gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi beş ay iyirmi iki gün, təyin edilmiş cəzadan çıxılması və üzərində qəti cəza, iki il səkkiz gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Cavabdeh saat 23:**-dan saat *6:**-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılması, Cavabdeh cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməsi, məhkəmə iclası zalında həbsdən azad edilməsi, hökm qanuni qüvvəsinə minənə qədər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi hökm edilmişdir. İş materiallarında olan 18 fevral 2*2*-ci il tarixli, 1(*14)-*9/2*2* nömrəli hökmün icrası barədə göstərişin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 1(*14)-*9/2*2* saylı, 28 yanvar 2*2*-ci il tarixli hökmü icra edilməsi üçün İddiaçınə göndərilmişdir. İş materiallarında olan İddiaçı c/1-1*6 nömrəli, 23.*4.2*2*-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hökmü İddiaçı böyük icra məmuru (probasiya üzrə) İ dərəcəli ədliyyə qulluqçusu Sahib Hümmətov icraatına qəbul etmişdir. İş materiallarında olan Cavabdeh ünvanlanmış c/1-1*7 nömrəli, 23.*4.2*2*-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh hökmün icrası ilə əlaqədar İddiaçınə dəvət olunmuşdur. İş materiallarında olan Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə *8.*4.2*21-ci il tarixli Protokolun surətindən görünür ki, məhkum Cavabdeh 35622988 saylı bir ədəd mobil qurğu və 1 ədəd *78CE39799 saylı qolbağ vurulmuşdur. Məhkuma məhkəmə hökmünün (qərarın) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinə ünvanlanmış c/i-2762 nömrəli, 23.11.2*21-ci il tarixli məktubun və təqdimatın surətindən görünür ki, Azadlığın məhdudlaşdırılması növündə növündə cəzaya məhkum edilmiş Cavabdeh barəsində “*8 noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin *5.11.2*21-ci il tarixli Qərarının tətbiq edilməsi barədə təqdimat baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 7(*14)-48/2*21 nömrəli, *3.12.2*21-ci il tarixli Qərarın surətindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 1(*14)- 9/2*2* saylı 28 yanvar 2*2*-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1ci maddəsi ilə təqsirli bilinərək iki il səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2*21-ci il tarixli Qərarının 2-ci hissəsinin 2.5-ci bəndinə əsasən cəzasının çəkilməmiş altı ay hissəsindən azad edilməsi, «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2*21-ci il tarixli Qərarının 3-cü hissəsinin 7-ci bəndinə əsasən Cavabdeh üzərindən məhkumluq götürülməsi qərara alınmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsi tərəfindən verilmiş Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh tətbiq edilmiş 35622988 seriya nömrəli Attenti V6 mobil qurğusuna *2.*8.2*22-ci ildə texniki baxış keçirilmiş və ana platada radioelektron antenanın pini zədələndiyi, təkrar qaynağın mümkün olmadığı, istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. İş materiallarında olan 29.*7.2*21-ci il tarixli, ED-M-№ 96-21 nömrəli məktubun surətindən görünür ki, probasiya xidmətinin qeydiyyatında olan, “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında, aşağıdakı cədvəldə qeyd olunan həmin vasitələrin dəyəri nəzarət subyektindən tutulması 1 ədəd 193* manat dəyərində sadə elektron qolbaq – sadə elektron qolbaq – x1, mobil nəzarət qurğusu – x1, elektrik adapteri – x1, proqram lisenziyası – x1, ƏDV 347.4* manat, cəmi 2277.4* manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davaranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratamsı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən olundu ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, *2 il *6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın icrası ilə əlaqədar Ağdaş Rayon İcra və Prosbasiya Şöbəsinə dəvət edilərək ona elektron nəzarət aparatı tətbiq edilmiş və ona elektron nəzarət aparatının istifadə qaydaları izah olunmuş, buradə protokol tərtib edilmiş, cavabdeh həmin protokola imza edərək, hüquq və vəzifələri ilə tanış olmuş, həmçinin bu barədə ona yaddaş kitabçası təqdim edilmişdir. Lakin cavabdeh vəzifələrini icra etməyərək elektron nəzarət aparatına müdaxilə etmiş, müdaxilə nəticəsində həmin elektron nəzarət vasitəsinin yararsız vəziyyətə salınmış, iş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsinin rəyi ilə də həmin elektron nəzarət qurğusunun yararsız olması öz əksini tapır və dəymiş ziyanın dəyəri 2277.4* manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehdən 2277.4* manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri olan 2277 manat 4* qəpik (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) alınaraq İddiaçına verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar