Məhkəmə qərarları › İş №2(014)-1708/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1708/2025

12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1708/2025 12.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X5 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Sabirli Nərmin Kamal qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat məbləğində pulun alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, bərbər işləyir və Cavabdeh onun müştərisi olmuşdur. Təxminən 3 ilə yaxındır ki, Pərvini tanıyır. Cavabdeh usta işləyir. Evinin təmir işlərini görməsi üçün cavabdehə müraciət etmiş və razılığa gəlmişlər. Bir müddət işlədikdən sonra cavabdeh ona borcunun olduğunu bildirmiş və 2000 (iki min) manat məbləğində borc pul istəmişdir. O, isə həm evində işlədiyinə, həm də əvvəldən olan münasibətlərinə görə ona etibar etmiş və istədiyi pulu Pərvinə vermişdir. Borcun verilməsinə dair Cavabdehlə Sumqayıt şəhər 4 saylı notariat ofisində 12 sentyabr 2024-cü il tarixdə borc müqaviləsi bağlamış, müqavilə üzrə cavabdeh ondan borc olaraq aldığı 2000 (iki min) manat pulu 12 oktyabr 2024-cü il tarixədək geri qaytaracağını öhdəsinə götürmüşdür. Lakin keçən müddət ərzində Pərvin Quliyev aldığı borcdan heç bir ödəniş etməmişdir. Belə ki, pulu aldıqdan sonra cavabdeh evdə təmir işləri görməmiş, həmin vaxtdan əlaqəni kəsmişdir. Cavabdeh mübahisənin məhkəmədən kənar həlli ilə bağlı müraciət etsə də heç bir nəticəsi olmamışdır. 08 oktyabr 2025-ci il tarixli məhkəmənin hazırlıq iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh onun evində usta işləmişdir. Həmin vaxt Cavabdeh pula ehtiyacı olduğunu bildirib ondan borc pul istəmiş və 2024-cü ilin oktyabr ayınadək borcu geri qaytaracağını bildirmişdir. O da Cavabdeh əvvəldən tanıdığından və evində usta olaraq işlədiyindən Pərvinin sözlərinə inanıb ona 2000 manat məbləğində borc pul vermiş və bunula bağlı notariat ofisində aralarında bprc müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh verdiyi sözə əməl etməyərək borc aldığı pulu geri qaytarmamış, həmçinin evdə təmir işlərini də bitirməyərək onunla əlaqəni kəsmişdir. Dəfələrlə Cavabdeh borcu geri istəsə də, Pərvin borcu geri qaytarmamışdır. Bundan başqa, İddiaçı məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Ağdaş şəhər İnzibatı Ərazi Dairəsi üzrə nümayəndəliyindəliyindən daxil olmuş 09 oktyabr 2025-ci il tarixli, 5-32-12/2-Q-2896/2025 saylı məktubdan görünür ki, iş üzrə Cavabdeh qeydiyyatda olduğu Ağdaş şəhəri, Məşəd küçəsində yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt şəhər 4 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 12 sentyabr 2024-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 2000 manat məbləğində pulu tam olaraq notariat ofisinin depozit hesabına qoyaraq “Kapital Bank ASC-nin 4 saylı Notariat şöbəsi vasitəsi ilə borc verilmiş, borcun Cavabdeh 12 oktyabr 2024-cü il tarixədək borcu geri qaytaracağını öhdəsinə götürmüşdür. TT**********281200 nörməli, 12 sentyabr 2025-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 2000 manat məbləğində borc "xxxx" ASC-nin vasitəsi ilə 3626 saylı, 12 sentyabr 2024-cü il tarixli borc müqaviləsinə əsasən 4 saylı Notariat şöbəsinin notarisu X1 hesabına köçürülmüşdür. ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 40 (qırx) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 12 sentyabr 2024-cu il tarixli borc müqaviləsinə əsasən Cavabdeh 12 sentyabr 2024-cü il tarixdə Sumqayıt şəhər 4 saylı notariat ofisi vasitəsi ilə 2000 manat məbləğində borc pul vermiş, cavabdeh 12 oktyabr 2024-cü il tarixdə borcu geri qaytaracağına dair üzərinə öhdəlik götürsə də, həmin borcdan ödəniş etməmişdir. Hazırda iddiaçı cavabdehdən həmin pulun ona geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2000 (iki min) manat məbləğində pul və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar