Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-175/2025 26.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277.40 manat vəsaitin alınıb İddiaçınə verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 1(107)- 102/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 gün müddət eyni zamanda xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 6 ay 28 gün müddət olmaqla, ümumilikdə 7 ay müddət CM-nin 68.1.1-1-ci maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 1 il 02 ay müddət təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cavabdeh saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənmin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 1(107)- 102/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkumun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. xx.xx.2024-cü ildə böyük icra məmuru (probasiya üzrə) X3 müvafiq protokol tərtib edərək 01 ədəd mobil nəzarət qurğusu, 01 ədəd elektron qolbaq, 01 ədəd enerji yığan məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları məhkuma izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. Məhkum Cavabdeh xx.xx.2024-cü ildə şöbəyə gələrək ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin itirdiyini bildirmişdir. Bununla məhkum Cavabdeh xx.xx.2024-cü ildə şöbəyə gələrək ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin itirdiyini bildirmişdir. Bununla məhkum Cavabdeh günahından, maddi məsuliyyət daşıması barədə xəbərdar olmasına baxmayaraq elektron nəzarət qurğusunu itirmiş və nəticədə maddi ziyan dəymişdir. AR Ədliyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına görə həmin yararsız vəziyyətə düşən avadanlığın dəyəri 2277.40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazıki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Cavabdeh 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası tədbiq edilmişdir, məhkum spirtli içki qəbul edirdi, yatdığı zaman elektron nəzarət qurğusu oğurlanmışdır. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçının izahatlarını dinləyib, iş üzrə toplanmış materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1(107)-102/2024 saylı qərarın surətindən görünür ki, CM-in 69.3-cü maddəsinə əsasən Cavabdeh ibtidai istintaq zamanı 04 dekabr 2022-ci il tarixdən 06 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 gün müddət eyni zamanda xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 6 ay 28 gün müddət olmaqla, ümumilikdə 7 ay müddət Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 1 il 2 ay müddət təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması qərara alınmışdır. İşin materiallarında olan Ağdaş Rayon və İcra Probasiya Şöbəsi tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli 0/1-401 saylı məktubun surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 1(107)-102/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hökmü icraata qəbul edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon və İcra Probasiya Şöbəsi tərəfindən 11 mart 2024-cü il tarixli 0/1-402 saylı Cavabdeh verilmiş bildirişə əsasən şəxsiyyətini təsdiq edən sənədlə xx.xx.2024-cü il tarixdə saat 10:00-da İddiaçındə olmağı tələb olunmuşdur. İşin materiallarında olan məhkumun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xx.xx.2024-cü il tarixli məlumat vərəqəsinin surətindən görünür ki, Cavabdeh 10 ay müddətində azadlıqdan məhdudlaşdırılmışdır. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli protokolun surətindən görünür ki, məhkum Cavabdeh attenti markalı 35654568 saylı mobil qurğu və 1** CE ***15 saylı elektron sadə qolbağ tətbiq edilmişdir. İşin materiallarında olan izahatın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə izahat vermişdir. Beləliklə, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron qolbağın dəyəri olan 2277.40 manat vəsaitin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Məhkəmə qeyd edir ki, sözügedən “Atenti” markalı elektron nəzarət kompleksi (elektron qolbağ) Ədliyyə Nazirliyinin mülkiyyətindədir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 73.4-cü maddəsinə əsasən, “hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir.” Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 362.5-ci maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. İş materiallarında isə Ədliyyə Nazirliyinin adından məhkəmədə iddia qaldırmaq üçün İddiaçı adına hər hansı bir etibarnamə aşkar edilməmişdir. Göründüyü kimi iddiaçının “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamamışdır. Yəni, iddiaçı onun mülkiyyətində olmayan əmlakın dəyərinin alınıb ona verilməsini xahiş etmişdir. Həmçinin, İddiaçı məhkəmədə Ədliyyə Nazirliyinin adından iddia ərizəsini imzalamaq səlahiyyəti, Ədliyyə Nazirliyinin adından iddia qaldırmaq hüququ da olmamışdır. Məhkəmə iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, İddiaçı Cavabdeh qarşı yararsız vəziyyətə düşən avadanlığın dəyəri olaraq 2277.40 manat vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-175/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-175/2025
26.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver