Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1753/2023 15.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə birgə nigaha daxil olmaqla nikahlarını 16 mart 2002-ci il tarixdə 95 saylı nikah haqqında akt qeydi ilə Ağdaş rayon Qeydiyyat şöbəsində qeydə aldırmışıar. Birgə nikahlarından 26 dekabr 2003-cü il təvəllüdlü X5, 04 iyun 2006-cı il təvəllüdlü X6 və 21 fevral 2008-ci il təvəllüdlü X4 doğulmuşdur və uşaqlar hazırda iddiaçının himayəsindədir. Cavbdehlə ailə münasibətləri pozulduğundan, yəni ona qarşı pis davrandığından artıq 2021-ci ilin sonlarından faktiki olaraq ayrılmışlar, hazırda cavabdehlə ayrı yaşayırlar və məhkəmədə nikahın pozulması tələbinə dair mülki işləri olmuşdur. Göstərdiyi vaxtdan o, azyaşlı uşaqları ilə birlikdə Ağdaş rayonu, Orta Ləki kəndində valideynlərinin yanında yaşayır. Cavabdehlə ayrıldıqları vaxtdan o, uşaqları ilə maraqlanmamış, onların saxlanılması üçün heç bir maddi yardım göstərməmişdir. Cavabdeh uşaqları ilə maraqlanmadığından və onun saxlanılması üçün könüllü yardım (aliment) etmədiyindən iddiası əsasında Ağdaş Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə 3 uşaqlarının yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər biri üçün 120 manat sabit pul məbləğində alimentin Cavabdeh aliment alınaraq ona verilməsi qət edilmişdir. Cavabdehlə birgə nikahlarından doğulmuş Veysəl Rusiya Federasiyasında Universitetdə oxuyur. Hazırda uşaqlar azyaşlı olduğundan, məktəb oxuduqları üçün və onlara qulluq etmək məcburiyyətində qaldığından işləyə bilmir. Məhkəmə tərəfindən qət edilmiş alimentlə uşağın saxlanılmasında, yəni sağlam böyüdülməsində, qidalanmasında və vaxtlıvaxtında müayinə və müalicə olunmağında bir çox çətinliklərlə üzləşir ki, bütün bunlar da onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Cavabdeh kəsilən alimenti vaxtı vaxtında vermir və uşaqların düzgün təhsil və tərbiyə almasında heç bir maddi-mənəvi köməklik göstərmir. Çox çıxılmaz vəziyyətdədir. Lakin cavabdeh bütün bunları nəzərə almayaraq fərdi əməklə məşğul olmasına və gəlirinin yüksək olmasına baxmayaraq o, məhkəmənin qət etdiyi alimenti ödəməməklə öz valideynlik vəzifəsini yerinə yetirmiş hesab edir. Bununla da o, uşağın saxlanılmasında və qeyd etdiyi və üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün könüllü əlavə yardım göstərməkdən yayınır. Ona görə də alimentin miqdarı ilə əlaqədar cavabdehlə aralarında yaranmış mübahisənin həll edilməsi məqsədi ilə məhkəmə qaydasında əvvəllər məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək artırılmasına zərurət yaranmışdır. Göstərilənlərə əsasən Ağdaş rayonu, Orta Ləki kəndində yaşayan Cavabdeh birgə nikhalarından doğulmuş 04 iyun 2006-cı il təvəllüdlü X6 və 21 fevral 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin dəyişdirilərək, yəni artırılaraq hər ay hər uşaq üçün 210 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq iddiaçının xeyrinə verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 01 avqust 2009-cu il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, № 298524 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 04 iyun 2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası isə X2r. İşin materiallarında olan 01 avqust 2009-cu il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, № 298525 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 21 fevral 2008-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası isə X2r. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-271/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında Ağdaş rayon Qeydiyyat şöbəsində qeydə alınmış 16 mart 2002-ci il tarixli 95 saylı nikah qeydinin pozulması, nikah pozularkən birgə nikahlarından doğulmuş 26 dekabr 2003-cü il təvəllüdlü X5, 04 iyun 2006-cı il təvəllüdlü X6 və 21 fevral 2008-ci il təvəllüdlü X3 himayəsində saxlanılması, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, 26 dekabr 2003-cü il təvəllüdlü X5, 04 iyun 2006-cı il təvəllüdlü X6 və 21 fevral 2008-ci il təvəllüdlü X3 18 yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumunun alınaraq Dövlət büdcəsinə ödənilməsi, qətnamənin aliment tələbinə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 26 dekabr 2003-cü il təvəllüdlü X5, 04 iyun 2006-cı il təvəllüdlü X6 və 21 fevral 2008-ci il təvəllüdlü X4 adlı üç uşaqları doğulmuş sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşayırlar, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 271/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikah pozularkən birgə nikahlarından doğulmuş 26 dekabr 2003-cü il təvəllüdlü X5, 04 iyun 2006-cı il təvəllüdlü X6 və 21 fevral 2008-ci il təvəllüdlü X3 himayəsində saxlanılması, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, 26 dekabr 2003-cü il təvəllüdlü X5, 04 iyun 2006-cı il təvəllüdlü X6 və 21 fevral 2008-ci il təvəllüdlü X3 18 yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda Veysəl adlı uşaqları yetkinlik yaşına çatmışdır. İddiaçı övladları 04 iyun 2006-cı il təvəllüdlü X6 və 21 fevral 2008-ci il təvəllüdlü X4 barəsində Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər iki uşaq üçün 210 manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, onların saxlanması üçün cavabdehdən bir uşaq üçün 120 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 2(014)-271/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 04 iyun 2006-cı il təvəllüdlü X6 və 21 fevral 2008-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün tutulan alimentin miqdarı artırılaraq 150 (yüz əlli) manat məbləğində müəyyən edilməli, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatadək olduqda 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatdan aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 2(014)-271/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 04 iyun 2006-cı il təvəllüdlü X6 və 21 fevral 2008-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq tutulan alimentin miqdarı artırılaraq 150 (yüz əlli) məbləğində müəyyən edilsin. Cavabdeh 04 iyun 2006-cı il təvəllüdlü X6 və 21 fevral 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1753/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1753/2023
15.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver