Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1753/2025 07.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli 29-TK-2-0-339- 24 saylı kredit müqaviləsi üzrə 394.85 manat əsas borc, 74.89 manat faiz borcu, 2.03 manat borcun tutulması, Cavabdeh İddiaçı ASC-in xeyrinə xx.xx.2024-cü il tarixli 29- Y-l-0- 338-24 saylı kredit müqaviləsi üzrə 21524.01 manat əsas borc, 1914.23 manat faiz və 12.66 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 23450.9 manat məbləğində borcun və 161.77 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 29-TK-2-0- 339-24 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25% faizlə 48 ay müddətinə 500 manat kredit götürmüşdür. xx.xx.2024-cü il tarixli 29-Y-1-0-338-24 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən illik 14.9%-lə 36 ay müddətinə 26000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırır. 2025-cü il mayın 19-dək Cavabdeh banka xx.xx.2024-cü il tarixli 29- TK-2-0-339-24 saylı kredit müqaviləsi üzrə 394.85 manat əsas borc, 74.89 manat faiz borcu, 2.03 cərimə borcu olmaqla cəmi 471.77 manat borcu vardır. 2025-ci il mayın 19-dək Cavabdeh banka xx.xx.2024-cü il tarixli 29-Y- 1-0-338-24 saylı kredit müqaviləsi üzrə 21524.01 manat əsas borc, 1914.23 manat faiz, 50.62 manat cərimə borcu olmaqla cəmi 23488.86 manat borcu vardır Cavabdeh banka xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 50.62 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 15.66 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə 07 oktyabr 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə saat 11:00-a təyin olunmuşdur. Üzürlü səbəbdən həmin vaxt məhkəmədə iştirak edə bilməyəcəyini bildirib, iddia tələbini tam şəkildə müdafiyə etdiklərini bildirərək, iştirakları olmadan məhkəmə baxış iclasını keçirib, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul etməyinizi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı nümayəndəsinin ərizəsini nəzərə alıb, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış Cavabdeh xx.xx.2024-cü il tarixli 29-TK-2-0-339-24 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25% faizlə 48 ay müddətinə 500 manat kredit götürmüşdür. İşin materiallarında olan İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 29-Y-1-0-338-24 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən illik 14.9%-lə 36 ay müddətinə 26000 manat məbləğində kredit götürmüşdür. İşin materiallarında olan İddiaçı ASC tərəfindən məhkəməyə ünvanlanmış 19 may 2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh banka xx.xx.2024-cü il tarixli 29-TK-2-0-339-24 saylı kredit müqaviləsi üzrə 394.85 manat əsas borc, 74.89 manat faiz borcu, 2.03 manat və xx.xx.2024-cü il tarixli 29- Y-l-0-338-24 saylı kredit müqaviləsi üzrə 21524.01 manat əsas borc, 1914.23 manat faiz və 12.66 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 23450.9 manat borcu qalmışdır. İşin materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 12 may 2025-ci il tarixli, KBD-2608 nömrəli xəbərdarlıqdan görünür ki, Cavabdeh bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin əməkdaşları, direktor Kazımov Kamran və operator Bəhruz Məmmədov tərəfindən imzalanmış aktdan görünür ki, İddiaçı ASC tərəfindən verilmiş (qaimə nömrəsi 207709) Cavabdeh (Ağdaş rayonu, Nehrəxəlil ə/d, Nehrəxəlil kəndi) göndərilmiş məktub “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 161.77 (yüz altmış bir manat, yetmiş yeddi qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Yelo Bank” ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 29-TK-2-0-339-24 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən illik 25% faizlə 48 ay müddətinə 500 manat və xx.xx.2024-cü il tarixli 29-Y-1-0-338-24 saylı kredit müqaviləsinə əsasən illik 14.9%-lə 36 ay müddətinə 26000 manat məbləğində kredit verilmişdir. Cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka xx.xx.2024-cü il tarixli 29-TK- 2-0-339-24 saylı kredit müqaviləsi üzrə 394.85 manat əsas borc, 74.89 manat faiz borcu, 2.03 manat borcu və xx.xx.2024-cü il tarixli 29-Y-l-0-338-24 saylı kredit müqaviləsi üzrə 21524.01 manat əsas borc, 1914.23 manat faiz və 12.66 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 23450.9 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli 29-TK-2-0-339-24 saylı kredit müqaviləsinə əsaəsn 394.85 (üç yüz doxsan dörd manat səksən beş qəpik) manat əsas borc, 74.89 (yetmiş dörd manat səksən doqquz qəpik) manat faiz borcu, 2.03 (iki manat üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 471.77 (dörd yüz yetmiş bir manat yetmiş yeddi qəpik) manat və xx.xx.2024-cü il tarixli 29-Y-l-0-338-24 saylı kredit müqaviləsinə əsasən 21524.01 (iyirmi bir min beş yüz iyirmi dörd manat bir qəpik) manat əsas borc, 1914.23 (bir min doqquz yüz on dörd manat iyirmi üç qəpik) manat faiz və 12.66(on iki manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 23450.9 (iyirmi üç min dörd yüz əlli manat doxsan qəpik) manat borc və 161.77 (yüz altmış bir manat yetmiş yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 29-TK-2-0-339-24 saylı kredit müqaviləsinə əsasən 394.85 (üç yüz doxsan dörd manat səksən beş qəpik) manat əsas borc, 74.89 (yetmiş dörd manat səksən doqquz qəpik) manat faiz borcu, 2.03 (iki manat üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 471.77 (dörd yüz yetmiş bir manat yetmiş yeddi qəpik) manat və xx.xx.2024-cü il tarixli 29-Y-l-0-338-24 saylı kredit müqaviləsinə əsasən 21524.01 (iyirmi bir min beş yüz iyirmi dörd manat bir qəpik) manat əsas borc, 1914.23 (bir min doqquz yüz on dörd manat iyirmi üç qəpik) manat faiz və 12.66(on iki manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 23450.9 (iyirmi üç min dörd yüz əlli manat doxsan qəpik) manat borc və 161.77 (yüz altmış bir manat yetmiş yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1753/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1753/2025
07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver