Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-176/2023 27.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Alimentin miqdarının dəyişdirilməsi (artırılması)” tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Alimentin miqdarının dəyişdirilməsi (artırılması)” tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 04 oktyabr 2014-cü il tarixdə rəsmi nikah qeyd edərək ailə qurmuşlar. Birgə nikahlarından 03 mart 2017-ci il təvəllüdlü X3 adlı bir uşaqları olmuşdur. Cavabdeh ilə birgə yaşadıqları dövrdə ilk vaxtlar ailə münasibətləri yaxşı olmuşdur. Lakin sonradan cavabdehlə xasiyyətləri uyğun gəlməmiş, ailədə bir-birlərini başa düşmədikləri üçün aralarında tez-tez mübahisələri yaranmışdır. Bütün bunların nəticəsində 16 yanvar 2019-cu il tarixdən Ağdaş Rayon Məhkəməsində ailə münasibətləri tam pozulmuşdur. Ağdaş Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli məhkəmə qətnaməsinə əsasən cavabdehdən bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat məbləğində aliment verilməsi müəyyən edilmişdir. Halhazırda maddi vəziyyətini nəzərə alınsa çıxılmaz vəziyyətdədir. Buna görə də Cavabdeh birgə nikahlarından anadan olmuş 03 mart 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat məbləğində alimentin tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək İddiaçı iddia ərizəsində vəziyyətinin ağır olduğunu, lakin bununla bağlı hər hansı sübut təqdim etmədiyini, ona təyin olunmuş alimenti çox çətinliklə olsa da vaxtlı-vaxtında ödədiyini, belə ki, özü "xxxx" MMC-də işlədiyini, cəmi 293.80 manat əmək haqqı aldığını, alimentin məbləği artırılarsa alimenti ödəyə bilməyəcəyini, onun əmək haqqısından başqa heç bir gəlir mənbəyinin olmadığını iddiaçının iddia ərizəsində göstərdiklərinin yalan, əsası olmayan və gerçəkliyə söykənməyən boş sözlər olduğunu, onun əmək haqqından başqa bir gəliri varsa, bu barədə iddiaçının məhkəməyə sübut təqdim etməsini bildirdi və alimentin məbləğinin artılmasına qəti etiraz edərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməyərək etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək oğlunun maddi imkanın olduqca zəif olduğu üçün tələb edilən alimenti ödəmək ixtiyarında olmadığını, buna görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 03 mart 2017-ci il tarixli X1 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MŞŞ/1/01040 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli 2(014)-94/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiası təmin edilərək Ağdaş Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2(014)-94/2019 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış Ağdaş rayon Qeydiyyat şöbəsində 04 oktyabr 2014-cü ildə 263 № ilə qeyd edilmiş nikahın pozulması, 03 mart 2017-ci ildə anadan olmuş X1 anası İddiaçı yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli, 2(014)-2228/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Ağdaş Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli, 2(014)-2228/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 100 manat məbləğində aliment və əlavə xərc kimi xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 3 yaşı tamam olanadək 20 manat alınaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materillarında olan "xxxx" MMC-dən verilmiş 09 yanvar 2023-cü il tarixli, 01 nömrəli arayışdan görünür ki, Cavabdeh hal-hazırda "xxxx" MMC-də vitrin tərtibatçısı vəzifəsində işləyir və ona hər ay 293.80 manat əmək haqqı hesablanır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimenti ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2023-cü il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2023-cü ildən uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli plenum qərarından görünür ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, iş üzrə tərəflərin maddi və ailə vəziyyəti, hər iki valideynin uşaqlarını saxlamağa borclu olması, uşaqların mənafeyi və 01 yanvar 2023-cü il üçün uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu nəzərə alınaraq cavabdehdən iddiaçının xeyrinə 03 mart 2017-ci il tarixdə doğulmuş X1 18 yaşına çatana qədər saxlanılması üçün hər ay 140 manat aliment tutulmalıdır. İddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət mədaxilinə keçirilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli Plenum Qərarı nəzərə alınaraq aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə uşağın saxlanılması üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 03 mart 2017-ci il tarixdə doğulmuş X1 18 yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə hər ay 140 (yüz qırx) manat aliment tutulsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-176/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-176/2023
27.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver